Bəstəkarlar İttifaqı 75 illik yubileyə ciddi hazırlaşır
09.09.2009 [09:24]
Uzunmüddətli fasilədən sonra Azərbaycan bəstəkarlıq məktəbinin müasirləri dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamına əsasən əsaslı təmir olunaraq yenidən qurulan doğma ocaqlarına qayıtdılar. Yaranmasının 75 illiyini qeyd edən Azərbaycan Bəstəkarlar İttifaqı indi əsl yubiley əhval-ruhiyyəsindədir. Bu istiqamətdə aparılan işlər haqqında məlumat almaq üçün İttifaqın sədri, Xalq artisti Firəngiz Əlizadəyə müraciət etdik. Professor F.Əlizadəyə ünvanladığımız ilk sualımız da elə məhz hazırlıq məsələlərinə dair oldu.
- Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin 75 illiyi ilə əlaqədar geniş tədbirlər planı hazırlanıb. İlk olaraq noyabr ayında Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Artıq xarici ölkələrin təmsilçilərinə məktublar ünvanlanıb. Hətta onlardan bir neçəsinin razılığına dair cavab məktublarını da almışıq. Festivalda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən savayı, qonaqlarımızın əsərlərinin də ifa olunması nəzərdə tutulub.
Noyabrın 12-dən 17-nə kimi reallaşacaq yubiley festivalı çərçivəsində bir neçə tədbirin həyata keçirilməsi planlaşdırılıb. Bunlardan biri beynəlxalq simpoziumdur. Bu simpoziumda yerli musiqişünaslarla paralel olaraq əcnəbi qonaqlarımızın da məruzələri dinləniləcək. Burada əsas məqsəd Azərbaycan bəstəkarlıq məktəbinin təbliğidir. ötən 75 il müddətində əldə olunan naliyyətlər ilə yanaşı, qüsurlarımız, perspektivlərimiz də müzakirə olunacaq.
Festivalın bir günü isə gənclərə həsr ediləcək. Avanqard musiqiçilər ilə rəssamların müştərək işi nəzərdə tutulub. Bəstəkarlar İttifaqının konsert salonunda avanqard konsert baş tutacaq. Konsertdən öncə isə foyedə gənc rəssamların rəsm əsərləri sərgilənəcək. Burada isə əsas məqsəd musiqi və təsviri sənətin vəhdətini yaratmaqdır. Festivalın açılış konserti noyabrın 12-də, bağlanış konserti isə 17-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Noyabrın 14-də isə Heydər Əliyev Sarayında estrada konserti olacaq. Peşəkar bəstəkar mahnılarından ibarət olacaq konsertin məqsədi rəqabət qurmaqdan ibarətdir. Daha dəqiq desək, peşəkar bəstəkarlıq nümunələrinin müqayisəsini aparmaq istəyirik. Mən demirəm ki, konservatoriyanı bitirməyənlər musiqi yaza bilməz. Sadəcə, rəqabət mühiti yaratmaq lazımdır ki, dinləyici peşəkarı qeyri-peşəkardan ayıra bilsin. Bilirsiniz, Tofiq Quliyev Moskva Dövlət Konservatoriyasını bitirmişdi. Yüksəksəviyyəli bəstəkar, əsl mütəxəssis idi. Elə ona görə də mahnıları gözəldir. Daha sonra, Polad Bülbüloğlunu nümunə gətirə bilərik. Onun 60-cı illərdə yazdığı mahnılar bu gün də populyardır. çunki, o, Qara Qarayevin bəstəkarlıq fakultəsini bitirib. Bir tərəfdən simfoniya və balet yazır, digər tərəfdənsə gözəl mahnılar bəstələyir. Ciddi janrda olan yüksəksəviyyəli mahnıya da öz təsirini göstərir.
Qayıdaq, Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr olunan beynəlxalq festivala. Festival çərçivəsində gənc bəstəkarların müsabiqəsi elan olunacaq. Qalib seçilən bəstəkarın əsərinin festivalın yekun konsertində səsləndirilməsini nəzərdə tutmuşuq.
Bundan başqa, 75 illik yubiley ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə I Beynəlxalq Muğam Festivalı keçirildi. Bu layihə üzərində gərgin çalışmalarımız oldu. Daha sonra, İttifaqın məsul katibi Lalə Hüseynovanın yubiley üçün tərtib etdiyi kitabın təqdimatı da nəzərdə tutulub. Uzun illərdir yazılan bu nəşri Azərbaycan Bəstəkarlar İttifaqının tarixi salnaməsi də adlandırmaq olar.
- Qarşıdan dahi bəstəkar üzeyir Hacıbəylinin doğum günü, həm də Milli Musiqi Günü gəlir. Bu istiqamətdə nə kimi işlər görülür?
- Hazırda Bəstəkarlar İttifaqı tərəfindən iki böyük laiyhə işlənilir. Azərbaycan dilində təqdim olunan Muğam ensiklopediyası rus dilində hazırlanıb. Digər böyük laiyhə isə “üzeyir dünyası” adlanır. İnandırıcı səslənməyə bilər, amma bu bir həqiqətdir ki, “Koroğlu” partiturası heç vaxt nəşr olunmayıb. Hələ 1970-ci illərdə Qara Qarayevin rəhbərliyi ilə partituranın üç pərdəsinin hazırlanması nəzərdə tutulmuşdu, amma müəyyən səbəblərdən başa çatdırılmadı. Sonralar, bu işin yarımçıq qalmasına 90-cı illərin məlum qanlı-qadalı hadisələri səbəb oldu. Nəhayət ki, bunu yekunlaşdıra bildik. Bu, redaktələrin çoxluğundan məsuliyyət tələb edən nəzəriyyə işidir. çünki, 1937-ci ildən 2009-cü ilə qədər bu partitura fərqli ifalarda səslənib. Bu zaman dəyişikliklərin və əlavələrin olduğunu nəzərə alıb, bunların hamısını cəmləşdirmişik, hazırda partitura nəşrdədir. Bundan başqa, üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasını da hazırlamışıq. Bu beşinci muğam üzeyir bəyin yaradıcılığında çox vacib yer tutur. Daha sonra, ən qabaqcıl musiqişünaslara üzeyir Hacıbəyli haqqında kitablar sifariş vermişik. üzeyir Hacıbəyli haqqında yüzlərlə kitab yazılıb, amma bu, digərlərinin bəyənilməməsi demək deyil. Sadəcə, üzeyir Hacıbəylinin tərcümeyi-halına, yaradıcılığına və publisistik fəaliyyətinə tamamilə başqa bir baxış bucağı açmaq istəyirik. çünki, onun həyatında elə faktlar var ki, bu günə kimi hələ də işıqlandırılmayıb. Onun həyatını bizlərə hər zaman hamar şəkildə təqdim ediblər. Sanki onun işi yalnız musiqi yazmaqdan ibarət olub. Əslində, üzeyir Hacıbəylinin çox keşməkeşli ömür yolu olub. Heç nəyi hamarlamaq lazım deyil. O, elə bir dahidir ki, onun nöqsanlarının, çətin anlarında yol verdiyi yalnışlıqların belə bu gün bizim üçün qiyməti böyük olmalıdır. Onun şəxsiyyətini tam olaraq başa düşmək üçün bu faktlar ortaya çıxmalıdır. Cəmiyyətin insan həyatında rolu böyükdür. üzeyir Hacıbəylinin də yaşayıb, yaratdığı cəmiyyəti nəzərə almalıyıq. Sadə bir nümunə gətirim. Dahi üzeyir bəy mütəxəssis tapmadığı üçün vaxtilə riyaziyyat kitabını rus dilindən ana dilinə özü tərcümə etməli olub. Bəs bu millətinə olan sevgi deyilmi? Ona görə hesab edirəm ki, Azərbaycan xalqının 5-6 dahisi varsa onlardan biri də üzeyir Hacıbəylidir.
- Qeyri-peşəkar musiqiçilərə və bayağı mahnılara telekanallarda geniş meydan açılmasına münasibətiniz necədir?
- Bu, çox böyük problemdir. Hazırda Bəstəkar İttifaqı adından mütəxəssislərinin iştirakı ilə məqalə hazırlanır. Bizlərə ağır gələn fakt ondan ibarətdir ki, bunun üçün daha telekanallara müraciət etmirik. çünki, onlar daim reytinq məsələsini ortaya atırlar. Deyirlər ki, xalqın tələbi belədir. Biz bunun səhv olduğunu sübut etmək niyyətindəyik. çünki, xalqımızın zövqü aşağısəviyyəli deyil. İnsanların şüurunun və zövqünün formalaşmasında telekanallarda təbliğ olunan mahnıların da rolu var. Artıq bu problemdən uzaqlaşıb, təhlükəli məsələyə çevrilib. Bu gün hətta elə toy mahnıları var ki, nə onun mətni, nə də ritmi başa düşülmür. üstəlik azərbaycançılığa da heç bir aidiyyatı yoxdur. Son vaxtlar da meyxana ilə mahnını biri-birinə qarışdırıblar. Bunlar tamamilə fərqli janrlardır. Artıq kefiyyəti də heç bir meyar ödəmir.
- Son illər televiziya kanallarında populyarlıq qazanan musiqi yarışmalarını necə qiymətləndirirsiniz?
- Doğrusu, SMS yolu ilə keçirilən yarışmaları qəbul edə bilmirəm. çünki, musiqini pul ilə dəyərləndirmək olmaz. Daha dəqiq desək, bu tipli yarışmalarda pulu olanın qalib olma ehtimalı böyükdür. Bunu xalqın adına yazmaq düzgün çıxmaz. Amma hər halda zaman öz sözünü deyəcək. Fikrimcə, televiziya kanallarında bədii şuraların yenidən bərpa olunmasına çox böyük ehtiyac var. Məhz bədii şura bu məsələdə çox şeyi həll edə bilər.
TURANƏ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
