/ / Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının ən mühüm halqalarından birini təşkil edir
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının ən mühüm halqalarından birini təşkil edir
04.08.2017 [10:05]
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, yeni iqtisadi siyasət kursu müəyyənləşdirilən zaman bütün iqtisadi sahələri əhatə edən yol xəritələri təsdiq edilmişdi. Bu zaman diqqət mərkəzində duran əsas məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsi prosesinin sürətləndirilməsi idi. Xüsusilə nəqliyyat-tranzit sahəsində bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiz?
- İlk növbədə onu qeyd etmək istəyirəm ki, yeni iqtisadi siyasət kursu beynəlxalq miqyasda meydana çıxan yeni iqtisadi çağırışlar, qlobal maliyyə böhranı, dünya bazarında neftin qiymətindəki kəskin dəyişikliklər fonunda yaranan iqtisadi mənzərəyə Prezident İlham Əliyevin çevik və vaxtında reaksiyasının təzahürüdür. Məhz dövlət başçısının bu reaksiyası nəticəsində yuxarıda qeyd etdiyim iqtisadi situasiyanın yaratdığı təhlükə və təhdidləri Azərbaycan dövləti dəf edərək öz iqtisadi inkişaf tempini qoruya bilib.
Heç şübhəsiz ki, iqtisadiyyatın şaxələndirilməsi, habelə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdə nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması müstəsna rola malikdir. Bu istiqamətdə görülən işlərin əsas hədəfi Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək, tranzit yükdaşımaların həcmini və keyfiyyətini yüksəltmək, Azərbaycanın yerləşdiyi iqtisadi və coğrafi məkanın verdiyi üstünlüklərdən maksimum yararlanmaqdır. Bu sahədə ən böyük layihə isə heç şübhəsiz ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bununla bağlı hələ on il əvvəl Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli, 2443 nömrəli Sərəncamının icrası olaraq, Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2010-cu il 3 noyabr tarixində yeni liman kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Ələt qəsəbəsində ərazisi 400 ha olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi mahiyyət etibarı ilə nəinki regional, hətta qlobal bir layihədir. Üç mərhələdən ibarət layihənin tamamlanması ilə 25 milyon tona qədər yük və 1 milyon TEU-ya qədər konteyner daşınması nəzərdə tutulur ki, bu da sözün əsl mənasında Ələt qəsəbəsini regionun ən böyük nəqliyyat, tranzit, logistika mərkəzlərindən birinə çevirəcək. Xüsusi qeyd etmək istəyirəm ki, liman kompleksi üçün ayrılmış 400 ha ərazinin 100 ha sahəsində beynəlxalq nəqliyyat logistikası mərkəzinin tikintisi nəzərdə tutulub. TRASEKA çərçivəsində “Beynəlxalq nəqliyyat logistika mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat logistika mərkəzi üçün əlverişli hesab edilmişdir. Bu mərkəzin ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağında önəmli yer tutması Azərbaycanın geostrateji əhəmiyyətini bir daha təsdiqləyir.
- Aydın müəllim, avqustun 2-də Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, habelə buradakı kompleksin tikintisinin sürətlənməsi ilə bağlı daha iki Sərəncam imzalayıb.
- Cənab Prezidentin bu sərəncamları onu göstərir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi artıq həlledici mərhələyə qədəm qoyub. Hər iki Sərəncamla ayrılan vəsaitlər layihənin icrasını sürətləndirmək və onu lazımi texniki imkanlarla təmin etmək məqsədi daşıyır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının böyük perspektivi var. Ələt istər avtomobil yolu, istərsə də dəmir yolu baxımından unikal bir qovşaq yaradır. Buraya indi müasir dəniz limanı əlavə olunur. Gələcəkdə isə hava limanının inşası nəzərdə tutulur.
Açığını deyək ki, bir neçə il əvvəl biz limanın əsas perspektivini onun məhz şərq-qərb dəhlizi üzərində yerləşməsində görürdük. Çünki beynəlxalq yükdaşıma trafikinə nəzər salsaq, bir alternativ kmi bu marşrut yük sahiblərinə bir çox üstünlüklər verir. Çindən Avropaya alternativ marşrut kimi yüklərin daşınmasında, eyni zamanda Avropadan Orta Asiyaya daşımalarda bu ən cəlbedici marşrutdur. Nəzərə almaq lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Avropadan Orta Asiyaya və Çinə yüklərin daşınması üçün çox əlverişli alternativ yol yaranacaq.
Son illər beynəlxalq səviyyədə baş verən siyasi proseslər isə göstərdi ki, şimal-cənub dəhlizi əhəmiyyətinə görə heç də şərq-qərb dəhlizindən geri qalmır. Yəni yaranmış geosiyasi situasiya yeni iqtisadi çağırışları gətirir. Azərbaycan isə bu çağırışlara da hazırlıqlıdır. Bax bu məqam Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu növbəti dəfə nümayiş etdirir. Hesab edirəm ki, bu layihənin tamamlanması və tam qüvvəsi ilə işə düşməsi ölkəmizə çox böyük iqtisadi dividendlər qazandıracaq.
- Aydın müəllim, bəs bu layihənin əhalinin sosial-iqtisadi vəziyyətinə təsiri haqda nə deyə bilərsiniz?
- İlk növbədə onu vurğulamaq istəyirəm ki, bu layihənin işə düşməsi beynəlxalq yükdaşıma ilə bərabər, daxili yükdaşıma üçün də geniş imkanlar yaradır. Digər tərəfdən, yerli məhsulların xarici bazarlara çıxarılması alternativləri artır. Bundan əlavə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı çox böyük layihədir və burada on minlərlə yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ələti unikal edən xüsusiyyətlərdən biri də onun Bakının Qaradağ rayonunda yerləşməsidir. Bakının hazırda əsas iqtisadi mərkəz olduğunu, istər özəl şirkətlərin əksəriyyətinin, istərsə də insan resursunun əsasən paytaxtda cəmləşdiyini nəzərə alsaq, bunun özü də böyük üstünlüklər yaradır. Qeyd edilməli digər məqam da burada xüsusi iqtisadi zonanın yaradılmasıdır ki, bu da sahibkarlar üçün öz fəaliyyətlərini genişləndirmək fürsəti deməkdir. Bu isə öz növbəsində yenə əlavə iş yerlərinin açılmasına gətirib çıxaracaq.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

