Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev 14 il ərzində 1969-cu ilə qədər respublikamızda mövcud olan bütün problemləri aradan qaldırdı

Ulu öndər Heydər Əliyev 14 il ərzində 1969-cu ilə qədər respublikamızda mövcud olan bütün problemləri aradan qaldırdı

18.07.2009 [10:32]

Şahlar Əsgərov: Müxtəlif mütəfəkkirlərimiz bir neçə siyasi quruluşda yaşamaqlarına baxmayaraq, bir-birindən gözəl əsərlər ortaya qoyduqları kimi, ümummilli lider Heydər Əliyev də siyasi quruluşun növündən asılı olmayaraq, xalqına, dövlətinə ləyaqətlə xidmət etdi
İyul ayının 14-də bütün ömrünü xalqına, dövlətinə həsr etmiş müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin ölkəmizdə ilk dəfə hakimiyyətə gəlişinin 40-cı ili tamam oldu. 1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir. “Yeni Azərbaycan” qəzeti Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc edir. Rubrikamızın növbəti qonağı isə YAP İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərovdur:
- Şahlar müəllim, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə rəhbərliyə gəlməsini necə xatırlayırsınız?
- 1969-cu ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gələrkən mən müdafiə üçün mövzumu bitirərək müzakirəyə Leninqrada (Sankt-Peterburqa) getmişdim. Həmin vaxt ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi barədə bütün KİV-lər məlumat yaymışdılar. Həmin informasiyalarda deyilirdi ki, Azərbaycanda Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilmiş və Heydər Əlirza oğlu Əliyev MK-nın I katibi seçilmişdir.
Xatırladım ki, o zaman aspirantlar üçün tikilmiş yataqxanada 40-dan artıq azərbaycanlı yaşayırdı. Əlbəttə, bu informasiya yayılarkən bizim hər birimiz sevinmişdik. Bütövlükdə Azərbaycan xalqı bu hadisə ilə bağlı sevinc hissi keçirirdi. çünki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə rəhbərliyə gəlməsinə qədər ölkədə bütün sahələrdə boşluqlar var idi. özbaşınalıq, korrupsiya, sosial-iqtisadi gerilik ölkədə hərc-mərclik yaratmışdı. Bu baxımdan da, insanlar təbii olaraq düşünürdülər ki, KQB generalının rəhbərliyə gəlməsi bütün problemləri həll edəcək... və zaman bunun düzgün olduğunu sübut etdi. Respublikamızda mövcud olan bütün problemlər aradan qaldırıldı.
Deyim ki, o zaman heç kəs Ulu öndərimiz haqqında geniş bilgiyə malik deyildi. Bu baxımdan ümummilli liderimiz haqqında soruşanda bəziləri Onun akademik Həsən Əliyevin qardaşı olduğunu deyirdi. Digər qrup insanlar isə bildirirdilər ki, Heydər Əliyev rəssam Hüseyn Əliyevin qardaşıdır...
- Sizin Ulu öndər Heydər Əliyevlə ilk tanışlığınız necə oldu?
- Mən müdafiəmi başa çatdırdıqdan sonra Azərbaycan Dövlət Universitetində (Bakı Dövlət Universiteti) müəllim işləməyə başladım. Həmin ildə də Universitetin 50 illik yubileyinə hazırlıqlar gedirdi. Məhz, həmin tədbirlərlə bağlı keçirilmiş qısa iclasda bildirildi ki, yubileylə bağlı olaraq Ulu öndər Heydər Əliyev Universitetə gələcək...
Bundan təqribən 1 saat sonra bizim laboratoriyanın qapısı açıldı. Universitetin rektoru Mehdi Əliyev və ümummilli lider Heydər Əliyev içəriyə daxil oldu. ümummilli liderimizin işlətdiyim qurğu ilə bağlı verdiyi sualları cavablandırdım...
Beləliklə, ilk dəfə məhz burada Ulu öndərimizlə mənim tanışlığım oldu...
- İstərdik, bir qədər də Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə gördüyü mühüm işlərdən danışasınız...
- Ulu öndər rəhbərliyə gəldikdən sonra dövlət əhəmiyyətli tədbirlərdə çıxışları Azərbaycan dilində etməyə başladı. Bununla da ümummilli lider Heydər Əliyev Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmaqla 1978-ci ildə Konstitusiyada bunun təsbit olunmasına real zəmin yaratdı... Əlbəttə ki, Onun bu addımı ölkədə yüksək əhval-ruhiyyə ilə qarşılandı...
Qeyd edim ki, sonrdan bəlli oldu ki, o zaman Moskva Ulu öndər Heydər Əliyevi rəhbərliyə gətirməklə ölkədə müxalif fikirlərin yayılmasının (Anar, Xəlil Rza Ulutürk kimi ziyalıların milli şüurun formalaşdırılması istiqamətindəki fəaliyyətlərinə son qoymaq) qarşısını almaq niyyətində idi. ümummilli lider Heydər Əliyev isə bütün gücünü başqa istiqamətə yönləndirdi və Moskvanın iradəsinin əksinə gedərək başqa mübarizə obyektini - korrupsiya ilə mübarizəni seçdi...
ümummilli lider Heydər Əliyev Azərbaycanda bütün sahələrdə irəliləyişlərin əldə edilməsinə nail oldu. Amma biz ziyalıları maraqlandıran elm, təhsil sahəsindəki nailiyyətləri qeyd etmək istərdim.
Belə ki, Ulu öndərimizin digər mühüm işlərindən biri də azərbaycanlı tələbələrin müxtəlif şəhərlərdə, ölkələrdə təhsil alması idi. ümummilli lider Heydər Əliyev Moskvadan təhsillə bağlı normaları əldə etdikdən sonra yerli tələbələr keçmiş SSRİ-nin müxtəlif bölgələrində təhsil almağa göndərildi...Xüsusilə qeyd edim ki, ümummilli lider Heydər Əliyev xaricə təhsil almağa göndərilən tələbələrlə görüşlər keçirir və onlara məsləhətlərini verirdi.
Bundan başqa, Ulu öndər Heydər Əliyev respublikada qəbul məsələsində radikal dəyişikliklər etdi. Beləliklə, O, varlı təbəqələrin nümayəndələrinin elitar fakültələrə qəbuluna məhdudiyyətlər qoydu. Bununla da, ümummilli lider Heydər Əliyev kasıb təbəqənin nümayəndələrini elitanın yenilənməsi prosesinə qoşdu...
- Şahlar müəllim, siz 1990-cı illərin əvvəllərində də Azərbaycanda gedən siyasi proseslərdə bir ziyalı kimi yaxından iştirak etmisiniz. Həmin dövrü necə xarakterizə edərdiniz?
- ümummilli lider Heydər Əliyev vəzifəsindən istefa verdikdən sonra da Azərbaycanın problemləri ilə yaxından tanış olurdu və lazımi köməklikləri göstərirdi. Hətta 1990-cı ilin qanlı yanvar faciəsi törədilərkən, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək qırğını törədənlərin cəzalandırılmasının vacibliyini bildirdi...
Müstəqillik əldə edildikdən sonra da Ulu öndər Heydər Əliyev Naxçıvanda Azərbaycan xalqının gələcəyi naminə vacib addmlar atdı. Amma yenə də mənfur, Ulu öndər Heydər Əliyevin nüfuzundan qorxan qüvvələr Ona qarşı təxribatlar, sui-qəsdlər törətmək istəyirdilər. Lakin xalq öz oğlunu qorudu və hakimiyyətə dəvət etdi...
Amma bu hadisələrdən əvvəl mən Naxçıvanda cərəyan edən siyasi proseslərdən danışmaq istəyirəm.
Belə ki, hakimiyyətə gələn səriştəsiz siyasətçilər yarıtmaz idarəçiliklərilə dövləti uçurum kənarına atmışdılar. Məhz o zaman mənim də daxil olduğum 91 ziyalı Ulu öndər Heydər Əliyevə müraciət ünvanladı. Daha sonra ziyalılar partiya yaradılması təşəbbüsü ilə çıxış etdilər. Bu məsələ ilə bağlı Naxçıvanda Ulu öndər Heydər Əliyev bir qrup ziyalını qəbul etdi. Sonradan Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi, Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi...
Həmin dövrdən bu günə qədər xalqla sıx təmasda olan partiya zirvələrə uğurlara doğru inamla addımlayır...
Bir sözlə, ümummilli lider Heydər Əliyevdən əvvəl və sonra gəlmiş rəhbərlər hər hansı bir fəaliyyətilə özlərini ictimai yaddaşa yazdıra bilməmişdilər. Amma Ulu öndər Heydər Əliyev 34 illik fəaliyyəti ilə özünü ictimai yaddaşa yaza bildi.
Müxtəlif mütəfəkkirlərimiz bir neçə siyasi quruluşda yaşamaqlarına baxmayaraq, bir-birindən gözəl əsərlər ortaya qoyduqları kimi, ümummilli lider Heydər Əliyev də siyasi quruluşun növündən asılı olmayaraq, xalqına, dövlətinə ləyaqətlə xidmət etdi...
Bu gün isə Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünya dövlətləri sırasında birincilər pilləsinə yüksəldib.
- Müsahibəyə görə təşəkkür edirik...
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1382 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30