Fəttah Heydərov: Heydər Əliyev 14 il ərzində Azərbaycana 93 milyard manatlıq gəlir qazandırıb
15.07.2009 [10:08]
- Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi bu tarixi günü necə xatırlayırsınız?
- Bu gün heç vaxt unudulmayacaq. çünki bugünkü müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Bu kəlam təsadüfi bir kəlam deyil. Bu ifadəni Milli Məclisdə, bəlkə də, ilk işlədən şəxslərdən biri mən olmuşam. Bu fikir mənim Heydər Əliyevin fəaliyyətinə bələd olduğum ilk illərdən bu yana gəldiyim ən yüksək nəticədir. Ona görə ki, mən hələ 1969-cu ildən öncə də respublikanın ictimai həyatında iştirak etmişəm. Hələ gənc yaşlarımdan partiya komitəsinin siyasi fəalı kimi ölkədəki vəziyyəti gözəl dərk edirdim və təhlil edirdim. O zaman Azərbaycanın ittifaq respublikaları içərisində bütün göstəricilər üzrə, xüsusilə, iqtisadi, sənaye və digər sahələrdə kəmiyyət göstəricilərinin aşağı olduğunun şahidi olurdum. Bu hal isə bizim üçün xoşbəxtlik gətirmirdi. Belə vəziyyət hər zaman bizi düşünməyə vadar edirdi. çünki hər bir insan, xüsusilə, gənclər öz ölkəsinin, xalqının nailiyyətləri ilə fəxr edir.
O zaman ölkənin aşağı səviyyədə olması məni narahat edirdi. Yuxarıda sadaladığım göstəricilərə görə Azərbaycan ya 13-cü, ya da 14-15-ci yerdə olurdu. Lakin 1969-cu ilin 14 iyul tarixindən Azərbaycanda yeni bir həyat başladı. Azərbaycanın həyatında, insanların işə münasibətində, onların bir-birinə davranışında, yaşam tərzində çox böyük, inqilabi dəyişikliklər baş verdi. Bunun da səbəbi həmin vaxt Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi oldu. Bu, bir təsadüf deyildi. çünki Heydər Əliyev işlədiyi təşkilatda Azərbaycanda gedən proseslərin əksəriyyəti ilə tanış idi. O, bilirdi ki, Azərbaycanda vəziyyət necədir. Lakin bilmək Onun üçün az idi. Bilmək onun üçün əsas şərt deyildi. Ona görə də, Heydər Əliyevin o zaman Azərbaycanda hakimiyyətə gəlməsi, Onun rəhbərliyə təyin olunması Azərbaycan xalqının şansı idi.
- Heydər Əliyevin hakimiyyətindən qabaqkı dövrdə Azərbaycanın ümumi görüntüsü barədə fikrinizi bilmək istərdik...
- Heydər Əliyevin rəhbərliyindən qabaq Azərbaycan İttifaq ölkələri arasında sahibsiz bir ölkə idi. Azərbaycanda heç bir inkişafdan söhbət gedə bilməzdi. Buna qədər ölkəmizə rəhbərlik edən insanların əksəriyyətinin dövründə Azərbaycan həm də zaman-zaman öz torpaqlarını itirmişdi. Azərbaycanda Heydər Əliyevə qədər və Onun hakimiyyətdən uzaqlaşdırıldığı dövrlərdə torpaqlar əldən gedirdi. Bu torpaqlar gah Ermənistan, gah da başqa torpaq tələbində olanlar arasında paylaşdırılmışdı. Amma Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 14 ildə Azərbaycandan bir qarış torpaq da iddiaçılara verilmədi. Baxmayaraq ki, Ondan əvvəlki dövrdə imzalanmış sənədlər var idi.
İkinci böyük nailiyyət ondan ibarət idi ki, Heydər Əliyev öz xalqına çox gözəl bələd idi. O, millətin içərisindən çıxmış bir dahi idi. Sanki İlahi bir qüvvə Ona bu xalqı arxasınca aparmaq qabiliyyəti vermişdi. Mən həmişə Onda İlahi qüvvənin olduğuna inanmışam və bu fikirləri hər zaman söyləmişəm. Heydər Əliyev qısa bir müddətdə Azərbaycan kəndlərini müasirləşdirdi. Azərbaycan kəndləri o vaxta qədər ən geridə qalmış və ən aşağı səviyyəli yaşayış məkanları idi. Heydər Əliyev bu insanlara ev tikməyi məişət şəraiti yaratmağı öyrətdi və ən əsası, iqtisadiyyatın səviyyəsini qaldırdı. Azərbaycanda üzüm istehsalını 2 milyon tona qaldırmaqla, Azərbaycan torpaqlarını yaşıllığa qərq etdi.
Ulu öndər Azərbaycanda böyük bağçılığın inkişafına nail oldu. Azərbaycan o dövrdən sonra meyvəçilikdə də böyük inkişaf əldə etdi. Bununla bərabər pambıqçılığı, taxılçılığı inkişaf etdirdi. Azərbaycan böyük sənaye potensialını işə saldı. Bu dahi insan şəxsi nüfuzundan istifadə edərək Azərbaycana əvvəlki dövrlərə nisbətən qat-qat çox maliyyə vəsaiti gətirdi. Tədqiqatçıların biri 2 gün öncə mənə tədqiqatların nəticəsini deyərkən məlum oldu ki, Heydər Əliyev 14 il ərzində Azərbaycana 93 milyard manatlıq gəlir gətirib. Bu, Heydər Əliyevin böyük nailiyyətlərindən biri idi.
Ulu öndər xalqı öz arxasınca aparmağı bacarırdı. O, insanlara mənalı yaşamağın yollarını göstərdi. O zaman böyük suvarma sistemləri yaradıldı. Bakını isə əsl Azərbaycan şəhəri etdi. Bakıda yeni yaşayış məskənləri salmaqla, yeni iş yerləri açmaqla paytaxtımızı müasir şəhərlər sırasına daxil etdi. Eyni zamanda, Azərbaycanın müxtəlif regionlarında abadlıq işlərinin aparılması, yaşayış səviyyəsinin artırılması Heydər Əliyevin böyük xidmətlərinin nəticəsində mümkün oldu. Bu böyük şəxsiyyət insanları iş keyfiyyətlərinə görə seçirdi. O, insanlar arasında böyük səmimiyyət yaradaraq onlar arasından ən yaxşıları və istedadlılarını önə çıxarmağa nail olurdu. O, belə insanlara fəxri adlar verməklə sübut etdi ki, Azərbaycan xalqı yaradıcı xalqdır, burada yaşayanlar çalışqan insanlardır. Məhz Ulu öndər Heydər Əliyev sübut etdi ki, azərbaycanlılar geridə qalmış bir millət deyil. Dünyanın ən qabaqcıl mentalitetinə malik olan insanların azərbaycanlılar olduğunu Ulu öndər Heydər Əliyev sübut edə bildi. Beləcə azərbaycançılıq ideyası Onun varlığında yarandı və nə yaxşı ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Bu dəfə O, müstəqil Azərbaycana rəhbərlik etdi. Ulu öndərin birinci dövrdəki rəhbərliyi ilə ikinci dövrdəki rəhbərliyi arasındakı Azərbaycan Heydər Əliyevsiz Azərbaycan idi.
- Bəs bu dövrlər arasındakı fərqi necə müqayisə edərdiniz?
- Dahi şəxsiyyətin dövlətimizə qazandırdıqlarını müqayisə etmək üçün Heydər Əliyevli Azərbaycanla, Heydər Əliyevsiz Azərbaycanı mütləq müqayisə etmək lazımdır. O, hakimiyyət başında olduğu bütün dövrlər ərzində Azərbaycanda quruculuq işləri görülüb. Bütün işlər insanların maddi rifahının yaxşılaşdırılmasına yönəldilib. Bu dövrlərdə Azərbaycanda elmin, təhsilin daha yüksək səviyyəyə qalxması üçün gərgin işlər gedib və yüksək nəticələrə nail olunub. Görün, Heydər Əliyev qısa müddətdə hakimiyyətdə olmadığı bir zamanda nələr baş verib? Deyərdim ki, bütün qazanılan nailiyyətlərin dağıdılması prosesi gedib. Ən dözülməzi ondan ibarətdir ki, Heydər Əliyevin Azərbaycanda olmaması nəticəsində bu gün də xalqımız üçün ağır dərd olan Dağlıq Qarabağ münaqişəsi yaranıb. Biz 20 min şəhid verdikdən, torpaqlarımızın 20 faizini itirdikdən sonra böyük problem qarşısında qalmışıq. Bu problem Heydər Əliyevsiz Azərbaycanda yaranıb. Əgər 1989-1990-cı illərdə Heydər Əliyev Azərbaycanda olsaydı, bu müsibətlər Azərbaycanın başına gəlməzdi və bu qədər böyük problemlər də yaranmazdı. Nə yaxşı ki, Azərbaycan xalqı öz müdrik liderini yenidən Azərbaycana rəhbər gətirdi və qısa müddətdə bugünkü ədəbi müstəqilliyimizə nail olduq. Bu gün isə bu siyasət Onun siyasi varisi, Prezident İlham Əliyev tərəfindən şərəflə, böyük iradə ilə davam etdirilir. Ulu öndərin açdığı yol Azərbaycan üçün ən doğru yoldur.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

