Azərbaycan növbəti dəfə tarix yazdı
24.05.2017 [10:02]
Milli Məclisin deputatı Sona Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sona xanım, Azərbaycan daha bir nüfuzlu beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Sizcə, bu möhtəşəm idman tədbiri ölkəmizə nə kimi dividendlər gətirəcək?
- IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçdiyinin bütün dünya şahidi oldu. Açılış mərasimində İslam dünyası, xüsusən Azərbaycan haqqında teatral formada dəqiq və tamaşaçıları heyrətə gətirən məlumatlar verildi. Ölkə rəhbərliyinin yürütdüyü daxili və xarici siyasətin İslam mədəniyyətinin formalaşmasında, multikultural dəyərlərin çuğlaşmasında, tolerant yaşayış tərzinin təfəkkürlərimizdə oturuşmasında, həyat tərzimizə çevrilməsində nə qədər böyük rol oynadığı aydın təsəvvürlərlə dünyanın bir daha diqqətinə çatdırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Oyunların Təşkilat Komitəsinin üzvləri ilə ilk görüşündə bildirmişdi ki, bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə İslam dininə sadiq olan dünyəvi Azərbaycanın bütün mənalarda inkişafını görsünlər.
Elə də oldu: xarici qonaqlarımız yerli və dünya mediasında təəssüratlarını bölüşərək yüksək qonaqpərvərlikdən, şahidi olduqları tolerant mühitdən razılıqlarını bildirdilər.
Oyunlar dünyanın, xüsusən də 54 müsəlman ölkəsinin diqqətini bir daha Azərbaycana yönəltdi. Nəticəsini həm iqtisadi, həm də siyasi baxımdan mütləq görəcəyik. Həmin ölkələr Azərbaycandakı əlverişli biznes mühitindən yararlanmaq istəyəcəklər, ölkəmizə yatırımlar qoyacaqlar. Siyasi cəhətdən isə bizim gücümüz nümayiş olundu. İslam ölkələrini bir araya gətirmək və dünyaya sülh, barış, tolerantlıq mesaji vermək, nümunə göstərmək Azərbaycanın siyasi qazancı hesab olunmalıdır.
- IV İslam Həmrəyliyi Oyunları müsəlman dövlətləri arasında birliyin və həmrəyliyin güclənməsinə nə kimi töhfələr verəcək?
- Əlbəttə, IV İslam Həmrəyliyi Oyunlarının verəcəyi konkret töhfələri indidən dəqiq söyləmək bir qədər çətindir. Amma ümumi mənada deyə bilərəm ki, dövlətlər arasındakı münasibətlərin məhz xalqların dostluğundan keçdiyini nəzərə alsaq, Bakıda müxtəlif müsəlman xalqları nümayəndələrinin bir-birini yaxından tanımaları, əlaqələr qurmaları gələcəkdə bu münasibətlərin dərinləşməsinə və dövlətlər səviyyəsinə yüksəlməsinə səbəb olacaq.
Bilirsiniz ki, İslam dünyasında müharibələr, münaqişələr davam edir. Buna baxmayaraq, müharibə yaşayan ölkələrin nümayəndələri Azərbaycan adlı ölkədəki sabitliyi, tolerantlığı, dinamik inkişafı görüb, belə mədəniyyətə öz ölkələrində nail olmaq arzularını gerçəkləşdirmək yolu tutacaqlar. Məsələn, suriyalı, iraqlı idmançı ölkəsinə qayıdandan sonra artıq sülh carçısına çevriləcək. Bir nəfər, beş nəfər, on nəfər belə insanların olması nəticədə qardaş qırğınlarına son qoymağa kömək olacaq. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətində də məhz bu amil dururdu.
Qeyd edim ki, hələ IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin ötən ilin sentyabrında keçirilən iclasında Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edərək bildirdi ki, Təşkilat Komitəsi IV İslam Həmrəylik Oyunlarının ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Belə də oldu. Azərbaycan növbəti dəfə tarix yazdı. Bu tarix mütləq və mütləq həm İslam dünyasına, həm də Azərbaycan xalqına müsbət dividendlər gətirəcək.
- Siz Milli Məclisin Elm və təhsil komitəsinin üzvüsünüz. Bildiyimiz kimi, komitə bir sıra yeni qanunlar hazırlayıb. Onların biri - “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi cəmiyyətin uzun zamandan bəri gözlədiyi qanun layihələrindən biri idi. Nəzərə alsaq ki, uşağın uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyata tam adaptasiyası məktəbəqədər dövrdə verilmiş təlim-tərbiyədən əsaslı şəkildə asılıdır, onda layihənin valideynlər, ailə və cəmiyyət üçün əhəmiyyətliliyi göz önündədir. Bundan əlavə onu da deyim ki, bu qanun layihəsi hazırlanana qədər məktəbəqədər təhsil sahəsində bir sıra normativ hüquqi aktlar qəbul olunmuşdu və onların bəziləri qüvvədən düşmüş, bəziləri mövcud reallığı əks etdirmədiyindən, ya da müəyyən boşluqların olması səbəbindən, bu sahədə çalışanlar üçün müəyyən anlaşılmazlıqlar yaradırdı. Odur ki, təhsilin bu pilləsi üzrə qanunverici bazanın təkmilləşdirilməsinə ehtiyac vardı. Mövcud qanun layihəsi isə geniş xarici təcrübə öyrənilməklə, müasir didaktik və pedaqoji prinsiplər əsasında hazırlanmış, günümüzün tələblərinə tam cavab verən, məktəbəqədər təhsil prosesinin bütün iştirakçılarının hüquqlarıının qorunmasından tutmuş, məktəbəqədər təhsil prosesinin dövlət, bələdiyyə və özəl sektorda da hüquqi tənzimlənməsini nəzərdə tutan, məktəbəqədər təhsil müəssisələrinin genişləndirilməsini və bu sahədə özəl sektorun da stimullaşdırılmasını özündə ehtiva edən kompleks normativ hüquqi aktdır. Əminəm ki, yüksək ictimai əhəmiyyət daşıyan bu qanun layihəsi təhsilin ilk pilləsinin inkişafına xidmət etməklə yanaşı, savadlılıq indeksinin yaxşılaşmasına da öz təsirini göstərəcəkdir.
- “Peşə təhsili haqqında” qanun layihəsinin hazırlanması hansı səviyyədədir? Bu sənəddə hansı məsələlər yer tutur?
- Bildiyiniz kimi, “Peşə təhsili haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar komissiya yaradılıb. Artıq bu sahə üzrə qabaqcıl təcrübəsi olan bir neçə ölkənin qanunvericiliyi öyrənilib. Bundan başqa, mövcud normativ hüquqi aktlara və xarici təcrübəyə istinad etməklə, qanun layihəsinin ilkin variantının hazır olduğunu deyə bilərəm. Qanun layihəsi peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsilinin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, həmçinin peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsində göstərilən strateji məqsədlər və hədəflər də qanunvericiliyə uyğun olaraq öz əksini tapacaq.
- Sona xanım, sizcə, hazırda ölkəmizdə peşə təhsili sisteminin gücləndirilməsi yönündə işlər necədir və bu qanun bu sahənin inkişafına nə dərəcədə təsir göstərəcək?
- Peşə təhsili sisteminin gücləndirilməsi istiqamətində işlər aparılır, lakin düşünürəm ki, bu yöndə hələ xeyli işlər görülməlidir. Keçən il Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahənin inkişafı istiqamətində atılmış ən önəmli addım idi. Eləcə də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” 5 strateji hədəfdən və 9 prioritetdən ibarət olmaqla, 2020-ci ilədək strateji baxış ölkədə əmək bazarının tələblərinə cavab verən mühəndis-pedaqoji heyətə, yenilənmiş təhsil proqramlarına və peşə standartlarına malik pilot və optimallaşdırılmış peşə təhsili müəssisələrindən ibarət peşə təhsili və təlimi sisteminin formalaşdırılmasını hədəfləyir. Bu onu göstərir ki, təhsilin bu pilləsi milli iqtisadiyyatın inkişafında önəmli olmaqla, dövlət təhsil siyasətinin başlıca prioritet istiqamətlərindəndir. Bu kimi sənədlərin imzalanması gələcək perspektivləri aydınlatsa da, peşə təhsili pilləsi üzrə keyfiyyətli təhsil və təlimin verilməsi istiqamətində hələ qarşıda çox işlər durur.
Peşə təhsilinin əsas məqsədi hər gün dəyişən iş dünyasının bacarıqlı peşə fəaliyyətinə uyğun peşə bacarıqları, bilik və hazırlıq səviyyəsi formalaşdırmaqdır. Peşə təhsilinin əsas mərhələsi isə lazımi iş təcrübəsinin qazanılması məqsədilə aparılan təlim və təhsildir. Ona görə də yeniyetmə və gənclərə peşə sirlərini məhz təcrübi sahədə öyrətmək lazımdır. Nəzəri biliklər həyata keçməyəndə unudulur. Mövcud peşə təhsili müəssisələrində isə maddi-texniki baza zəifdir və yenidən qurulmasına ehtiyac vardır. Gələcəkdə özəl sektor və bu kimi təhsil müəssisələrinin birlikdə fəaliyyətini əlaqələndirməklə mühüm müsbət nəticələr əldə etmək olar.
Digər tərəfdən, bizdə nəzəri bilikləri aşılayan vəsaitlər, çap materialları da azdır. Bu sahədə hazırlanmış müasir təhsil proqramlarına uyğun yeni alternativ vəsaitlərin hazırlanması vacib məqamlardan biridir. Sonda onu deyim ki, bu sahənin inkişafı üçün prioritetlər müəyyən olunub, dövlət dəstəyi yüksək səviyyədədir, deməli, yaxın gələcəkdə təhsilin bu səviyyəsi üzrə yüksək nailiyyətlər olacaq.
Qanun layihəsinə gəldikdə isə, layihə bu sahədə mövcud olan normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsinə və daha mükəmməl kompleks sənədin hazırlanmasına xidmət edir. Qanun layihəsində peşə təhsilinin keyfiyyətinə qoyulan tələblər, rasionallaşdırılmış və optimallaşdırılmış peşə-ixtisas şəbəkəsinin qurulmasına yönəlik və maliyyələşdirilməsinə dair hüquqi tənzimləmələr, yerli özəl-dövlət və beynəlxalq tərəfdaşlıq və s. digər bir çox məsələlər də öz əksini tapmaqla bu sahənin inkişafına xidmət edən müasir idarəetmə strukturunun yaradılmasına və hüquqi tənzimlənməsinə öz töhfələrini verəcək. Əlbəttə ki, qanun layihəsi cəmiyyətə təqdim olunandan sonra daha geniş müzakirəyə açıq olacaq. Ümumilikdə isə görülən və ərsəyə gətirilən hər bir iş dövlətimizin güclənməsinə və əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17

