Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir
03.06.2009 [15:19]
“Azərsutikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov www.yap.org.az saytına müsahibə verib:
- Yusif müəllim, ölkə Prezidentinin təsdiq etdiyi “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci mərhələsi uğurla başa çatıb. Hazırda isə 2009-2013-cü illəri əhatə edən yeni dövlət proqramının icrasına başlanılıb. Proqramın icrası ilə əlaqədar bir sıra təşkilatların da üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan, rəhbərlik etdiyiniz Səhmdar Cəmiyyətinin gördüyü işlər və qarşıda duran vəzifələr haqqında nə deyə bilərsiniz?
- Son illərdə ölkə rəhbərliyi tərəfindən “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionlarda yeni-yeni infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilməsi bütün sahələrdə olduğu kimi, meliorasiya tikintisinə də öz müsbət təsirini göstərməkdədir. Məhz bu tədbirlərdən irəli gələrək törəmə müəssisələrin rəhbərləri tenderlərdə aktiv iştirak edilməsi yolu ilə iş həcmlərinin artırılmasına nail olublar. Konkret olaraq ötən il görülən işlərə gəlincə, qeyd etmək istəyirəm ki, 2008-ci ildə Səhmdar Cəmiyyətinin törəmə müəssisələri tərəfindən 28153639,0 manatlıq podrat işi yerinə yetirilib ki, bu da 2005-ci illə müqayisədə 3,2 dəfə çoxdur. Bu Səhmdar Cəmiyyət yarandığı dövrdən tikinti təşkilatları üzrə ən yüksək göstəricidir. Hesabat dövründə Səhmdar Cəmiyyətinin tikinti təşkilatları 4 keçid obyekti də daxil olmaqla 45 obyektin tikintisini həyata keçiriblər. Bunlardan keçid obyektləri istisna olmaqla qalan bütün obyektlərdə işlər tam başa çatdırılaraq sifarişçi təşkilatlara təhvil verilib.
“Samur-Abşeronsutikinti” TM hesabat ilində biri keçid obyekti olmaqla 5 tikinti layihəsi üzrə 1274348,0 manatlıq podrat işləri yerinə yetirib ki, bu da 2005-ci illə müqayisədə 147,4 faiz təşkil edir. “Quba rayonu ərazisində Qusarçay, Qudyalçay, Ağçay və Qaraçay çaylarında sahilbərkitmə işləri” obyektində hesabat ilində 588382,0 manat dəyərində podrat işi yerinə yetirilib və nəzərdə tutulan işlər başa çatdırılıb. Müəssisə tərəfindən inşa olunan və keçid obyekti olan “Gədəbəy rayon prokurorluğunun inzibati binasının tikintisi” obyektində nəzərdə tutulan işlər başa çatdırılıb.
- Qeyd etdiyiniz məlumatlardan göründüyü kimi, görülən bu işlər bölgələrdə əkin sahələrinin suvarılması işini yaxşılaşdıracaq ki, bu da aqrar sahənin daha sürətli inkişafına təkan verəcək..
- Bəli, bu layihələrin icrası kənd təsərrüfatı məhsullarının istehsalının artımında böyük əhəmiyyət kəsb edir. Bu işlərin tərkib hissəsi olaraq onu da qeyd etmək istəyirəm ki, “Lənkəransutikinti” TM hesabat ilində 4 tikinti obyekti üzrə 798989,0 manatlıq podrat işi yerinə yetirib ki, bu da 2005-ci illə müqayisədə 7,3 dəfə çoxdur. Müəssisə tərəfindən inşa olunan və ümumi dəyəri 2062091,0 manat olan “Biləsuvar rayonunun Aranlı və çinarlı təsərrüfatlarının meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması” layihəsi üzrə hesabat ilində 248150,0 manatlıq podrat işləri yerinə yetirilib. “Muğansutikinti” TM hesabat ilində 15178639,0 manatlıq podrat işləri yerinə yetirib ki, bu da 2005-ci illə müqayisədə 2,5 dəfə çoxdur. Keçid obyekti olan “Bəhrəmtəpə Baş Hidroqovşağının Bərpası və Müasirləşdirilməsi” layihəsi üzrə tikinti işlərinə başlandığı tarixdən keçən 21 ay ərzində müəssisə tərəfindən 6756413,0 manatlıq podrat işi yerinə yetirilib ki, bu da obyekt üzrə nəzərdə tutulan işlərin 73,0 faizini təşkil edir. Cari ildə obyekt üzrə 2488203,0 manatlıq qalıq işlərinin yerinə yetirilməsi və obyektin tikintisinin başa çatdırılması nəzərdə tutulub. “Cəlilabad rayonunda Göytəpə su anbarının tikintisinin davam etdirilməsi və suvarma drenaj şəbəkəsinin bərpası” obyektində hesabat ilində 2928755,0 manat dəyərində podrat işi yerinə yetirilən və nəzərdə tutulan işlər başa çatdırılıb. Obyektin tikintisi cari ildə başa çatdırılacaq.
“Neftçala magistral kanalının nasos stansiyası ilə tikintisi” obyektində hesabat ilində 1676618,0 manat dəyərində podrat işi yerinə yetirilib və nəzərdə tutulan işlər başa çatdırılıb. Cəmiyyətin “Qarabağsutikinti” TM üzrə hesabat ilində biri keçid obyekti olmaqla 11 podrat müqaviləsi üzrə 3590924,0 manatlıq iş yerinə yetirilib. “Yuxarı Qarabağ kanalının Maşın qolunun layihə-smeta sənədlərinin hazırlanması və tikintisi” obyektinin inşasına hesabat ilində başlanılıb və 635344,0 manat dəyərində podrat işi yerinə yetirilib. “Şirvansutikinti” TM hesabat ilində 6 tikinti obyektində 2118618,0 manatlıq podrat işləri yerinə yetirib. “Göyçay rayonu ərazisində Göyçay çayında sugötürücü qurğuda qəzanın aradan qaldırılması və selə qarşı mübarizə tədbirləri” obyektində hesabat ilində 406578,0 manat dəyərində podrat işi yerinə yetirilib. Müəssisə tərəfindən nəzərdə tutulan podrat işləri başa çatdırılıb və sifarişçi təşkilata təhvil verilib. “Şəkisutikinti” TM hesabat ilində iki tikinti layihəsi üzrə 2808260,0 manatlıq podrat işləri yerinə yetirib ki, bu da 2005-ci illə müqayisədə 79,6 dəfə çoxdur. “Şəki rayonunun Cəyirli, Şəkikənd və Aran kəndlərinin torpaq sahələrinin suvarılmasını təmin etmək üçün Əlicançay çayından kanalın çəkilməsi” obyektində hesabat ilində 2510780,0 manat dəyərində podrat işi yerinə yetirilib. Obyektin tikintisi cari ildə başa çatdırılacaq.
- Cəmiyyət melorasiya təsərrüfatına aid məsələlərdən başqa daha hansı sahələrlə bağlı tikinti işləri aparıb, sənaye məhsulları istehsal edib?
- Cəmiyyətin sənaye müəssisələri tərəfindən 2008-ci ildə 578904,0 manatlıq müxtəlif növ beton və dəmir-beton məmulatları, həmçinin, müxtəlif çeşiddə polimer borular istehsal edilib. Cəmiyyətin “Ağstafasutikinti” TM hesabat ilində iki tikinti obyekti üzrə 847422,0 manatlıq podrat işləri yerinə yetirib. “Göygöl rayon prokurorluğunun inzibati binasının tikintisi” obyektində tikinti işlərinin 338947,0 manatı və ya 80,0 faizi yerinə yetirilib. Qalıq işlərinin cari ildə yerinə yetirilməsi nəzərdə tutulur. “Cəlilabadsutikinti” TM hesabat ilində 1499443,0 manatlıq podrat işləri yerinə yetirib ki, bu da 2005-ci illə müqayisədə 15,9 dəfə çoxdur. Bundan əlavə, Cəlilabad rayonunun Günəşli kəndində inşa olunan 480 şagird yerlik məktəbin tikintisi işləri başa çadırılıb və istismara təhvil verilib.
- Yusif müəllim, dövlətimiz hər bir vətəndaşın sosial rifahının daha da yüksəlməsi istiqamətində ardıcıl olaraq uğurlu siyasət həyata keçirir, mütəmadi olaraq əmək haqları artırılır. Bu mənada rəhbərlik etdiyiniz Səhmdar Cəmiyyətin sosial vəziyyəti haqqında nə deyə bilərsiniz?
- 2008-ci ildə Cəmiyyət üzrə işçilərin orta siyahı sayı 1546 nəfər, o cümlədən podrat fəaliyyəti üzrə 1467 nəfər, sənaye müəssisələri üzrə isə 79 nəfər olub. Bu dövrdə cəmiyyət üzrə bir işçinin orta aylıq əmək məhsuldarlığı 2084,80 manat olub ki, bu da 2005-ci illə müqayisədə 2,7 dəfə çoxdur. ötən ildə bu göstəricidən yüksək orta aylıq əmək məhsuldarlığı “Ağstafasutikinti” TM-də (4414,00 manat), “Şəkisutikinti” TM-də (2926,80 manat), “Qarabağsutikinti” TM-də (2823,00 manat) olub. 2008-ci ildə podrat fəaliyyəti ilə məşğul olan müəssisələrdə orta aylıq əmək haqqı 2005-ci illə müqayisədə 2,5 dəfə artıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15

