/ / Siyavuş Novruzov: Obama hər şeydən öncə İraqda və Əfqanıstanda tökülən günahsız qanlara aydınlıq gətirməlidir
Siyavuş Novruzov: Obama hər şeydən öncə İraqda və Əfqanıstanda tökülən günahsız qanlara aydınlıq gətirməlidir
06.05.2009 [17:23]
- Siyavuş müəllim, ABŞ prezidentinin bu fikirlərini necə qiymətləndirirsiniz?
- Obamanın bu fikirləri tam yanlışdır və fakta əsaslanmır. Bu gün Azərbaycanda jurnalistlərə və mətbuata qarşı təzyiq yoxdur. Qeyd etmək istərdim ki, onun bu barədə konkret məlumatı yoxdur. ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarının fəaliyyəti ilə bağlı mütərəqqi addımlar atması, Prezident İlham Əliyevin qəzetlərə 5 min manat dəyərində birdəfəlik maliyyə yardımının edilməsi haqqında Sərəncamı, həmçinin, Mətbuat Şurasının yaradılması və hazırda Mətbuata Dövlət Dəstəyi Fondunun yaradılması ölkəmizdə KİV-in inkişafına göstərilən dəstəyin bariz nümunəsidir. Bundan başqa, vətəndaşların şərəf və ləyaqətini təhqir edikləri üçün məhkəmələrə cəlb edilən ayrı-ayrı qəzetlərin məhkəmə proseslərinin dayandırılması, onların mülkiyyətlərinə qoyulan həbslərin aradan qaldırılması da diqqətdən qaçmamalıdır. Bunun özü də göstərir ki, Azərbaycanda azad sözə, azad fikrə yer verilir. Azərbaycandan bəzi QHT-lərin, müxalifət partiyalarının əsassız fikirləri əsasında ABŞ kimi bir ölkənin prezidentinin dövlətimiz haqqında neqativ fikirlər səsləndirməsi onun məlumatsızlığının göstəricisidir.
- Qeyd etdiniz ki, Obamanın Azərbaycandakı durum haqqında kifayət qədər məlumatı yoxdur. Azərbaycan hökuməti bunun müqabilində ABŞ administrasiyasını məlumatlandırmaq üçün hansı addımlar atacaq?
- Azərbaycan hökuməti bu addımı atıb. Obama dəfələrlə bəyan edib ki, Azərbaycan ABŞ-in strateji tərəfdaşıdır. Strateji müttəfiqi olan bir ölkə haqqında beş gündən sonra neqativ fikirlər söyləmək anlaşılan deyil. Barak Obama nə üçün Ermənistanın adını çəkmir? Ermənistanda nəinki söz və mətbuat azadlığı, bütün insan və vətəndaş hüquqları pozulur. ötən ilin prezident seçkiləri zamanı erməni xalqına tutulan divan, daha sonra həmin hadisələrdə həbs olunanların indinin özündə də həbsdə qalmaları faktdır. Bu ölkədə siyasi məhbuslar var, kütləvi informasiya vasitələrinə olan təzyiqlər, hətta yadınızdadırsa, internetə də qoyulan qadağa bu ölkədəki vəziyyətin nə qədər pis olduğunun göstəricisidir. Cənab Obamanın bu hadisələrə də münasibət bildirməsi məqsədəuyğun olardı. Obamanın çıxışını ABŞ-ın ikili standartı kimi dəyərləndirərdim. Başqa bir ölkə haqqında ədalətsiz fikir söyləmək yersizdir. Bu gün hər bir ölkə müstəqildir, BMT-nin üzvüdür. Başqa bir ölkənin digər ölkə üzərində nəzarəti yoxdur. ABŞ bü gün dünyada “nadzor” rolunu oynamaq istəyirsə, bu çox səhv fikirdir. Beynəlxalq hüquq prinsipləri ilə yanaşsaq, ABŞ-dakı insan hüquqlarının pozulması ilə əlaqədar Quantanamo həbs düşərgəsindəki baş verən hadisələr, işgəncələrin verilməsi və s. bütün dünyanın gözü qarşısındadır. Niyə bir dəfə də olsun bununla bağlı bir əsaslı şəkildə ABŞ dövləti həmin insanlardan üzr istəmir, dəymiş maddi və mənəvi ziyanı ödəmir? Bundan başqa, ATƏT müşahidəçilərini həmin ərazilərə buraxmır. Lakin Azərbaycanda ATƏT təmsilçiləri istənilən yerə sərbəst buraxılır. Konkret jurnalistlərə olan münasibətlərə gəldikdə isə, məlum 11 sentyabr hadisələrindən sonra ABŞ-da bir müddət KİV-in fəaliyyəti donduruldu. Buşun fikri də var idi ki, demokratiya bitdi, bundan sonra təhlükəsizlik məsələləri başlayır. Azərbaycan 20 ildən artıqdir ki, Ermənistanla müharibə şəraitindədir. Buna baxmayaraq, Azərbaycanın mətbuat orqanlarında ordu ilə bağlı, dövlət strukturlarının fəaliyyəti ilə bağlı, təhlükəsizlik məsələləri ilə bağlı yazılar dərc olunur. Bu gün Azərbaycanda hansısa jurnalistin peşə fəaliyyəti ilə bağlı həbsi və yaxud cəzalandırılması barədə fikirlər cəfəngiyyatdır. Azərbaycanda hər bir vətəndaş qanun qarşısında bərabərdir. Jurnalistə hansısa müstəsna hüquq və səlahiyyətlər verilməyib. O ki qaldı Azərbaycanda jurnalistin ölümü ilə bağlı tədqiqatların aparılmasına, bu, intensiv olaraq həyata keçirilir. Bu gün ABŞ Martin Lüter Kingin, sabiq prezident Robert Kennedinin ölüm səbəblərini aça bilməyib.
ABŞ ATƏT-in Minsk Qrupunun həmsədridir. O, öz gücünü Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına yönəltmək əvəzinə, kiçik işlərlə məşğul olur. O ki qaldı beynəlxalq hüquqa, ABŞ özü bundan zor gücü ilə istifadə edərək İraqa və Əfqanıstana girdi, nə qədər günahsız qanlar axıtdı. İraq neftini istədiyi kimi işlədir. Kosovoya müstəqillik verməklə, bir ölkəni parçaladı. Bunlara aydınlıq gətirmək lazımdır.
- Bir qədər də daxili məsələlər barədə fikrinizi bilmək istərdik. Azərbaycan müxalifətinin hazırkı durumunu necə qiymətləndirirsiniz? Daha fəal olan gürcü müxalifəti ilə Azərbaycan müxalifətinin vəziyyətini necə müqayisə etmək olar?
- Mən bir neçə gün bundan öncə Gürcüstanda idim. Oradakı hadisələrin bir çoxunun şahidi olmuşam. Azərbaycandakı müxalifət isə 1990-cı ildən bu dövrədək bir addım da atmayıb. Onların nə düşüncəsində, nə də ki hərəkətlərində bir irəliləyiş olub. Gürcüstanda isə vəziyyət tam başqadır. Gürcü müxalifətinin etirazının səbəbləri, arqumentləri daha aydın nəzərə çarpır. Məsələn, Rusiya ilə bağlı münasibətlər, Abxaziya və Cənubi Osetiyanın itirilməsi və s. Bizimkilərin isə heç bir fundamental əsası və fundamental təhlili yoxdur. Gürcüstanda müxalifət iqtidara müxalifətdədir, xalqa yox. Azərbaycan müxalifəti isə dövlətə, dövlətçiliyə, millətə qarşı müxalifdir. Nə hadisə baş verirsə versin, Azərbaycanda neftin qiyməti düşəndə müxalifət sevinir ki, qiymət düşüb - iqtidarın vəziyyəti pisləşəcək. Onlar millətin maraqlarını düşünmürlər. Bir şeyi nəzərə almırlar ki, neft pulları ilə xəstəxanalar, sosial obyektlər, məktəblər tikilir ki, burada da Azərbaycan vətəndaşları təhsil alırlar. Müxalifətin maraqları Azərbaycanda vəziyyətin pisləşməsidir. Gürcüstandakı müxalifətlə bizim müxalifətin arasindakı fərq ondan ibarətdir ki, gürcülərdə dövlətə, dövlətçiliyə qarşı müxalifət yoxdur, iqtidara, hökümətə qarşı müxalifət var. Bizdə isə əksinədir.
- Mayın 13-də Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlir. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc mətbuata açıqlamasında deyib ki, Ərdoğan Azərbaycan hökuməti ilə bəzi qaranlıq məqamlara aydınlıq gətirəcək. Sizcə, bu məqamlar nədən ibarətdir?
- Xarici siyasətdə elə məsələlər var ki, onların hamısı ictimaiyyət üçün deyil. Bəzən elə məsələlər olur ki, hər iki tərəfin razılığı əsasında bəzi detallar müzakirə olunur və bunlar cəmiyyətə açıqlanmır. Məsələn, Dağlıq Qarabağ münaqişəsinin detallarının açıqlanmasını istəyirlər. Lakin elə detallar var ki, bu ictimai müzakirənin obyekti deyil. Bəzi şeylər var ki, bunlar qapalı olmalıdır. Yalnız ictimaiyyətə aid olan məlumatlar verilir, qalanları isə açıqlanmır.
- Fikrinizcə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunmadan Türkiyə Ermənistanla sərhədlərini açacaqmı?
- Birmənalı olaraq deyirəm ki, heç vaxt belə bir addım atılmayacaq.
- Siz həm də NATO Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvüsüz. NATO - Azərbaycan münasibətləri hansı səviyyədədir? Sizcə, NATO-ya yeni baş katibin seçilməsi Azərbaycana olan münasibətdə hansısa bir dəyişikliyə səbəb ola bilərmi?
- NATO ilə Azərbaycan arasında çox yaxın münasibətlər var. NATO-ya bütün dünyada ehtiyac var. NATO “soyuq müharibə” dövründən sonra öz funksiyasını başqa istiqamətə yönəldib. Terrorizmə qarşı, narkotik vasitə ticarətinə qarşi mübarizə aparır. Qeyd edək ki, NATO həm də hərbi və siyasi təşkilatdır. Biz NATO-nun bütün proqramlarında fəal iştirak edirik. O ki qaldı dəyişmələrə, bu müddətlə bağlı bir məsələdir. Əsas prinsip ondan ibarətdir ki, istər ordu quruculuğunda, istərsə də onun təchizat və tədris məsələlərində NATO standartları mövcuddur və quruma üzv olan bütün dövlətlər buna uyğunlaşmalıdır.
- Azərbaycan NATO-nun Gürcüstanda keçirilən təlimlərində iştirak edəcəkmi? İştirak edəcəyi tədqirdə Azərbaycanın Rusiya ilə münasibətlərinə mənfi təsir göstərmə ehtimalı varmı? çünki Rusiya bu təlimlərin keçirilməsinin əleyhinədir.
- Azərbaycanın iştirakı gözlənilir. Başqa təlimlərdə olduğu kimi, ölkəmiz burada da iştirak edəcək. Biz həm Rusiya, həm də Gürcüstanla əməkdaşlıq edirik. Biz NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının üzvüyük. 1994-cü ildən biz bu təşkilatın bütün proqramlarında iştirak edirik. Bu da ordunun təcrübəsinin artırılması, NATO standartlarının öyrənilməsinə xidmət edir. Rusiya da bizim qonşumuzdur və bu dövlətlə də yüksək səviyyəli münasibətlərimiz var.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
