Ölkənin ərzaq təhlükəsizliyinin davamlı təminatı yaradılıb
30.04.2009 [17:34]
- Qlobal böhran demək olar ki, bütün dünya ölkələrində ağır fəsadlar yaratsa da, Azərbaycanda bu müşahidə olunmadı. Sizcə burada hansı faktorların rolu var?
- Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən daxili və xarici siyasətin hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən eyni siyasi müdrüklüklə davam etdirilməsinin və uğurla gerçəkləşdirilməsinin məntiqi nəticəsidir ki, artıq qlobal maliyyə böhranının birinci dalğası demək olar ki, arxada qalsa da, ölkəmiz sosial-iqtisadi baxımdan bu prosesdən itkisiz çıxıb.
Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, 2008-ci ilin yekunları üzrə dünyanın aparıcı sənaye nəhənglərində əvvəlki illə müqayisədə məhsul istehsalının həcminin aşağı düşməsi müşahidə olunsa da, transformasiya prosesinin ikinci mərhələsini uğurla davam etdirən respublikamızda iqtisadiyyatın bütün sahələrində inkişaf meylləri müşahidə olunub.
- Aqrar sahədə inkişafın davamlı olması üçün ölkəmizdə hansı işlər görülür?
- Məlum olduğu kimi kənd təsərrüfatı və bütövlükdə aqrar sahə iqtisadiyyatın ən mühüm və strateji əhəmiyyətli sahələrindən biri hesab olunur. Respublikamızda həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatında çoxukladlı iqtisadiyyatın formalaşdırılmasına əlverişli şərait yaradıb, müxtəlif mülkiyyət mənsublu təsərrüfat vahidləri daxili aqrar ərzaq bazarının inkişafında önəmli rola malik olmaqdadır. 2008-ci ilin yekunlarına görə aqrar sahədə 10 faizlik iqtisadi artıma nail olunması kifayət qədər yüksək iqtisadi göstərici hesab oluna bilər.
Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı sosial-iqtisadi mahiyyətinə görə cəmiyyətdə sosial sabitliyin təmin edilməsində önəmli rola malikdir. Bu baxımdan kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi ölkənin ərzaq təhlükəsiziyinin təmin edilməsində də həlledici rolu ilə səciyyələnir.
Kənd təsərrüfatının qlobal maliyyə böhranından itkisiz çıxarılması kəndin sosial inkişafında, əmtəə istehsalçılarının gəlirlərinin artırılmasında və eləcə də ərzaq bazarında yerli istehsalın xüsusi çəkisinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının inkişaf etdirilməsi həm də müasir şəraitdə respublikamızın alternativ ixrac sektoruna malik olmasında əhəmiyyətli faktorlardan biri sayılır.
Son illər kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət tərəfindən silsilə tədbirlər həyata keçirilib ki, bu da öz bəhrəsini verməkdədir.
- Dövlət tərəfindən fermerlərə göstərilən birbaşa və dolayı maliyyə yardımları aqrar sektorun inkişafında, ölkədə məhsul bolluğunun yaradımasında hansı rolu oynayır?
- Kənd təsərrüfatının dövlət tənzimlənməsinin maliyyə mexanizminin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də kənd təsərrüfatı əmtəə istehsalçılarına maliyyə yardımlarının göstərilməsidir. Kənd təsərrüfatı əmtəə istehsalçılarına maliyyə yardımlarının göstərilməsi onların yanacaq və motor yağlarından istifadəyə görə sərf etdikləri xərclərin kompensasiya edilməsinə yönəldilib. Taxıl istehsalının artırılmasının ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində bilavasitə rolunu nəzərə alaraq, buğda və çəltik istehsalçılarına dövlət büdcəsi hesabına hər hektar əkin sahəsinə görə 40 manat əlavə ödəniş tətbiq edilir. Eyni zamanda, buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz, meyvə və üzüm bağlarının məhsullarının sığortalanmasına müqavilə üzrə hesablanmış sığorta haqqının 50%-nin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin edilib.
Apardığımız araşdırmalar göstərir ki, 1999-2008-ci illər ərzində makroiqtisadi sabitliyin qorunub saxlanması, daxili istehsalın rolunun artması aqrar sahənin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə müşayiət olunub.
- ötən ilki məhsuldarlıq qaneedicidirmi və bu ilki mövsümdə də biz bunu müşahidə edə biləcəyikmi?
- Həyata keçirilən ardıcıl tədbirlər kəndin sosial-iqtisadi inkişafına güclü təsir göstərib və əsas kənd təsərrüfatı məhsullarının istehsalı stabil olaraq artıb, Azərbaycan aqrar sahədə idxal olunan ölkədən ixrac edən ölkəyə çevrilib. Araşdırmalar göstərir ki, 2008-ci ildə bir sıra çətinliklərə baxmayaraq əksər əsas növ kənd təsərrüfatı bitkiləri məhsullarının istehsalı və məhsuldarlığı üzrə yüksək nəticələr əldə edilib. ölkə üzrə dənlik qarğıdalı da daxil olmaqla 897 min hektar sahədən 2498,3 min ton taxıl məhsulu toplanıb.
Hesabat ilində hər hektardan orta hesabla 27,9 sentner məhsul götürülüb. 2008-ci ildə 55,4 min ton pambıq, 2,4 min ton tütün, 1077,1 min ton kartof, 1228,3 min ton tərəvəz, 477,7 min ton bostan məhsulları, 115,8 min ton üzüm, 712,8 min ton meyvə və giləmeyvə, 0,3 min ton çay yarpağı istehsal olunub. 2007-ci illə müqayisədə 2008-ci ildə taxıl istehsalı 24,6%, kartof istehsalı 3,8%, tərəvəz 1%, üzüm 12,0%, meyvə-giləmeyvə 5,2% artıb. Aqrar islahatlar, mülkiyyətin özəlləşdirilməsi heyvandarlığın inkişafına da əhəmiyyətli dərəcədə təsir göstərib. Belə ki, mal-qaranın kəndlilərə paylanması nəticəsində 1995-ci illə müqayisədə 2008-ci ildə iri buynuzlu mal-qaranın baş sayı 1681,7 min başdan 2569,5 min başa qədər (52,8%), inək və camışların baş sayı 772,6 min başdan 1242,1 min başadək (60,8%), qoyun və keçilərin baş sayı 4644,4 min başdan 8276,2 min başadək (78,2%) yüksəlib.
1995-2008-ci illərdə ət istehsalı 3,7 dəfə, süd istehsalı 1,7 dəfə, yun istehsalı 1,6 dəfə, yumurta istehsalı isə 2,2 dəfə artıb. 2008-ci ildə ölkə üzrə bütün təsərrüfat kateqoriyalarında 302,8 min ton ət, 1381,6 min ton süd, 1008,7 mln ədəd yumurta, 14,8 min ton yun, 0,1 min ton barama istehsal edilib.
2008-ci ilin əvvəlində ölkədə Taxıl Fondunun yaradılması, taxıl biçini mövsümünün mütəşəkkil və yüksək göstəricilərlə başa çatdırılması, ölkənin tarixində rekord miqdarda taxıl yığılması nəticə etibarilə aqrar sahənin təsərrüfat-maliyyə fəaliyyətinə də öz təsirini göstərməkdədir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
