/ / “Azərbaycan ordusu hazırda bölgənin ən güclü ordusudur və bunu dəfələrlə erməni təxribatının qarşısının alınması ilə sübut edib”
“Azərbaycan ordusu hazırda bölgənin ən güclü ordusudur və bunu dəfələrlə erməni təxribatının qarşısının alınması ilə sübut edib”
05.04.2016 [10:24]
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov cəbhədə baş verən son hadisələrlə bağlı “Modern.az”ın suallarını cavablandırıb.
- Eldar müəllim, bu günlərdə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribat barədə nə deyə bilərsiniz?
- Əslində, bu sualın cavabı hörmətli Prezidentimizin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında ətraflı izah edilib. İclasda İlham Əliyev cənabları qeyd etdi ki, həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu nəticələr əldə etmək imkanı yarananda Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ müharibəsi dalğasında Ermənistanda hakimiyyətə gəlmiş separatçı qüvvələr müxtəlif təxribatlara əl atır və günahı Azərbaycanın üstünə yıxmağa çalışırlar. Budəfəki təxribat da əvvəlkilərin davamıdır və indi Ermənistan bütün qüvvələrdən istifadə edərək dünyaya car çəkir ki, ay aman, qoymayın, Azərbaycan atəşkəsi pozur. Məqsəd isə eynidir - status-kvonu saxlamaq.
- Bu təxribatın indi baş verməsini nə ilə izah etmək olar?
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları martın sonu və aprelin əvvəlində ABŞ-da IV Nüvə Sammitində iştirak və çıxış etdi, Amerikanın vitse-prezidenti, dövlət katibi və bir çox yüksəkrütbəli dövlət rəhbərləri ilə çox uğurlu görüşlər keçirdi. Bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığı dönə-dönə vurğulanmışdır. Bundan əlavə, cənab Prezidentin dediyi kimi, Rusiya dövlət başçısının və xarici işlər nazirinin münaqişənin həlli ilə bağlı verdiyi yeni təklif də, görünür, Ermənistan rəhbərliyini narahat edir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçılarının münaqişənin tezliklə sülh yolu ilə həll olunması, status-kvonun dəyişdirilməsinin vacibliyi barədə razılığa gəlmələri də Ermənistan rəhbərliyində təşviş doğurur. Bütün bunlara rəğmən azərbaycanlılara qarşı soyqırımı törədən bu canilər məsələnin həll olunmasını özlərinə ölüm hökmü kimi qəbul edir və buna görə də bütün mümkün maneçilikdən istifadə edirlər. Bu günlərdə törədilən təxribat da eyni məqsədlə həyata keçirilmiş və əvvəllər olduğu kimi, bu dəfə də uğursuzluğa düçar olmuşdur.
- Erməni təxribatının qarşısının alınmasında Azərbaycan ordusunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Əvvəla onu demək istəyirəm ki, beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, Azərbaycan ordusu hazırda bölgənin ən güclü ordusudur və bunu dəfələrlə erməni təxribatının qarşısının alınması ilə sübut edib. Nəzərə alsaq ki, BMT-nin nizamnaməsi də bizə öz torpaqlarımızı hərbi yolla azad etmək hüququ verir, o zaman biz torpaqlarımızı azad etmək üçün müharibə edə bilərik. Lakin biz hələlik bunu etmirik, ona görə ki, hörmətli Prezidentimiz dəfələrlə qeyd edib ki, biz məsələni beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə edib hər iki tərəfdən gənc insanların ölməsini və anaların gözünün yaşlı qalmasını istəmirik. Ermənistanın başabəla rəhbərliyi isə şəxsi mənafeləri üçün öz xalqının qanını tökməyə hər an hazır olduğunu və bunu dəfələrlə törətdiyini sübut edib. Onlar bunu bu dəfə də bir daha azğınlıqla nümayiş etdirdilər. Erməni silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpağında yerləşməklə təmas xəttində olan ordumuzun mövqelərini və yaşayış məskənlərini atəşə tutaraq əsgərlərimizi və mülki şəxsləri öldürür, əhalinin əmlakını məhv edirsə, ordumuz buna cavab verməli idi. Və verdi də. Özü də düşmənə çox sarsıdıcı zərbə endirildi. Biz ordumuzun bu hərəkətini tamamilə dəstəkləyirik, istənilən an torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə əsgərlərimizin yanındayıq. Erməni təxribatına verilən bu tutarlı cavab Azərbaycan Prezidentinin “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu vardır” sözlərini bir daha əyani olaraq sübut etdi. Biz ordumuzla fəxr edirik, bu döyüşlərdə həlak olan qəhrəman əsgərlərimizə və mülki vətəndaşlarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29

