Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı yüksək dinamikaya malikdir
10.04.2009 [16:10]
- Ukrayna-Azərbaycan ikitərəfli əməkdaşlığına, o cümlədən enerji təhlükəsizliyi sahəsinə dair məsələlər hansı mərhələdədir?
- Ukrayna ilə Azərbaycan arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafı hazırda çox yüksək dinamikaya malikdir. Məsələn, 2008-ci ilin iyununda Azərbaycana işgüzar səfərim zamanı Azərbaycan və Ukrayna prezidentləri tərəfindən iki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsinin 2009-cu ilin sonunadək 1 milyard dollara çatdırmaq tapşırığı qoyulub. Bu göstəriciyə vaxtından əvvəl - ötən ilin sonunda nail olunub. Əməkdaşlığımızın başqa sahələrində də əhəmiyyətli perspektivlər mövcuddur. Belə ki, kosmosa telekommunikasiya peyklərinin və digər peyklərin buraxılması perspektivini nəzərə alaraq Azərbaycanda kosmik sənayenin yaradılmasına dair ölkələrimiz arasında əməkdaşlığın əsasları qoyulmaqdadır. Bu gün enerji təhlükəsizliyi sahəsində mühüm perspektivlərdən biri “Odessa-Brodı-Plotsk” neft kəmərinin tikintisinin reallaşdırılması layihəsidir. Texniki-iqtisadi əsaslandırma başa çatdıqdan sonra bu layihə maraqlı tərəflərə təqdim olunacaq. Bizi həmçinin Xəzər qazının Avropaya, o cümlədən Ukraynaya nəqlinə dair digər bütün real variantlar da maraqlandırır.
Azərbaycan sərmayəsinin Ukrayna iqtisadiyyatına cəlb olunmasına gəldikdə isə ARDNŞ ilə “Ukrnafta” və “Ukrtransstroy” arasında razılaşmalar praktiki olaraq reallaşmaqdadır. Söhbət ilk növbədə Xəzər neftinin Ukraynaya nəqlindən, bizim neft emalı müəssisələrində emalından və neft məhsullarının həm ölkəmizin daxili bazarında, həm də Avropa İttifaqı bazarlarında reallaşmasından gedir.
- Ukraynadakı siyasi situasiya ikitərəfli münasibətlərimizə necə təsir göstərir? “Odessa-Brodı” kəmərinin texniki neftlə doldurulması ideyasının reallaşmamış qalması ilə bu situasiya arasında əlaqə varmı?
- Xoşbəxtlikdən əminliklə deyə bilərəm ki, Ukraynada siyasi situasiya ölkələrimiz arasında ikitərəfli münasibətlərə heç bir formada təsir göstərmir. Ukraynanın xarici siyasəti, xüsusilə milli maraqların təmin olunması kimi məsələlərdə Kommunist Partiyası istisna olmaqla bütün aparıcı siyasi qüvvələr tərəfindən dəstəklənir. “Odessa-Brodı” kəmərinin Xəzərdə hasil olunmuş texnoloji neftlə doldurulmasına gəldikdə isə, təəssüf ki, bu proses bəzi müstəqil olmayan Ukrayna siyasətçilərinin uzaqgörənlik nümayiş etdirməməsinə görə ləngiyir. Lakin biz indi bu məsələyə yenidəın baxırıq və mütləq uğur əldə edəcəyik.
- ümumdünya maliyyə böhranı “Odessa-Brodı-Plotsk-Qdansk” neft kəməri, “Nabucco” qaz kəməri layihələrinin reallaşmasına və vahid enerji tranziti məkanının yaradılmasına təsir göstərə bilərmi? ötən ilin sonunda Rusiya ilə Ukrayna arasında yaranmış qaz böhranının bu layihələrin reallaşmasına təsiri olubmu?
- Dünya iqtisadiyyatında böhrana baxmayaraq Avropaya enerji resurslarının etibarlı şəkildə çatdırılması məsələsi aktual olaraq qalmaqdadır. Buna görə də qeyd etdiyiniz layihələrin hamısı bizim üçün vacibdir. Düzdür, gizlətmək istəmirəm, bu layihələrə sərmayə yatırılması ilə bağlı müəyyən maliyyə çətinlikləri mövcuddur. Əgər yanvarda Ukrayna ilə Rusiya arasında “qaz münaqişəsi”ni nəzərə alsaq, deyə bilərəm ki, bu hadisə bir daha enerji sferasında qarşılıqlı münasibətlərdə siyasi elementlərdən imtinanın zəruriliyi təsdiqlədi. Yanvarda baş verən situasiyanın səbəbi məhz iqtisadi təzyiq hesabına siyasi dividentlər qazanmaq istəyi idi. Rusiyanın Avropanın böyük bir hissəsi üçün oynadığı “vahid mənbə” sxeminin özünün doğrultmadığı bir daha təsdiqləndi. Baltik-Qara dəniz-Xəzər vahid enerji məkanının yaradılması, “Odessa-Brodı-Plotsk” neft kəməri layihəsinin reallaşması və enerji nəqlinin alternativ mənbələrdən gerçəkləşdirilməsinə dair Ukraynanın təklifləri məhz bu baxımdan son dərəcə aktualdır.
- GUAM-ın perspektivlərini necə görürsünüz, Moldova qurumu tərk edərsə, GUAM fəaliyyətini davam etdirəcəkmi?
- Bildiyiniz kimi, bu yaxınlarda GUAM rəsmi olaraq mükəmməl beynəlxalq təşkilata - Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata - GUAM-a çevrilib. Kiyevdə GUAM Katibliyinin ofisi açılıb və fəaliyyət göstərir. Bu gün GUAM diqqətini ümumi əməkdaşlığını prioritet istiqamətlərinə, iştirakçı ölkələrini nəqliyyat potensialının birləşməsinə, qarşılıqlı ticarət şərtlərinin yaxşılaşdırılmasına yönəlib. Bu, ölkələr arasında inteqrasiya proseslərinin gücləndirilməsi üçün əla stimuldur. Xatırladım ki, GUAM-a daxil olmaq kimi, bu qurumda fəaliyyətini dayandırmaq da hər bir ölkənin öz səlahiyyətinə daxil olan məsələdir. ümidvaram ki, Moldovada vəziyyət tezliklə stabilləşəcək və başa çatmış parlament seçkiləri ölkə rəhbərliyinə xarici siyasət münasibətlərinin prioritetlərini müəyyənləşdirməyə imkan verəcək. Və bütün bunlara baxmayaraq əminəm ki, GUAM ildən-ilə təcrübə toplayaraq və nüfuzunu artıraraq inkişafda davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

