Altay Həsənov: Gimnastika Azərbaycanda ən populyar idman növlərindən biri olacaq
11.06.2014 [17:02]
İyunun 13-15-də Bakıda bədii gimnastika üzrə yüksək səviyyəli növbəti beynəlxalq yarış - Avropa çempionatı keçiriləcək. Turnir ərəfəsində Trend Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovdan müsahibə götürüb.
- Bədii gimnastika tədricən Azərbaycan idmanının vizit kartına çevrilir. Gimnastlarımız nüfuzlu beynəlxalq turnirlərdə yüksək yerləri fəth etməyə başlayıblar. Azərbaycan gimnastikasının uğurunun sirri nədədir?
- Son illər ərzində Azərbaycanda gimnastika gerçəkdən də, fantastik templə inkişaf edir. Bu baxımdan heyətində yerli idmançıların durmadan artdığı yığma komandamıza baxmaq yetər. Bununla yanaşı, biz tədricən nüfuzlu yarışlarda dünyanın aparıcı komandalarının rəqibinə çevrilirik. Azərbaycan beynəlxalq gimnastika ailəsinə nisbətən yaxınlarda daxil olub, lakin artıq yüksək nəticələr əldə etməyə başlayır.
Az öncə qeyd edilənlərin hamısı Azərbaycanda gimnastikanın misilsiz inkişafına dəlalət edir. Gimnastikada qazandığımız uğurlar təsdiq edir ki, işə düzgün yanaşanda və lazımi şəkildə təşkil ediləndə istənilən sahədə uğur qazanmaq olar. Lakin əlbəttə ki, bütün bunları Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın şəxsi iştirakı olmadan həyata keçirmək mümkün olmazdı. Onun təşəbbüskarlığı və iradəsi, böyük şəxsi zəhməti, komandaya qayğıkeş münasibəti və ölkədə bu idman növünün inkişafı prosesinə səmərəli rəhbərliyi uğurun təminatı oldu. Şübhəsiz ki, onun beynəlxalq gimnastika hərəkatına və ümumiyyətlə, ölkəmizdə idmanın inkişafına verdiyi töhfəni qiymətləndirmək çətindir.
Qeyd etmək lazımdır ki, turnirlərdə nəticələr, əlbəttə, önəmlidir. Bununla yanaşı, əsas məqsəd Azərbaycanda bu gözəl idman növünün kütləviliyidir. Federasiyamızın prezidenti Mehriban Əliyevanın dediyi kimi, ölkənin şəhər və rayonlarında gimnastikaya diqqət uzunmüddətli strategiyanın bir hissəsidir. Gimnastika seksiyaları təkcə Bakıda deyil, həm də artıq regionlarda formalaşıb. Bu idman növünün kütləviliyində artıq mühüm tərəqqiyə nail olunub.
- Yığmamızın Avropa çempionatına hazırlığının gedişi haqqında nə deyə bilərsiniz?
- Bədii gimnastika üzrə hazırkı Avropa çempionatı Bakıda keçirilən artıq üçüncü birincilik olacaq. Turnir gimnastika sahəsində son vaxtların ən iri idman hadisəsi olacaq. Orada iştirak etmək üçün 33 ölkə ərizə verib. Rəqabət sərt olacaq və 258 gimnast 9 dəst medal uğrunda mübarizə aparacaq. Bu, çox maraqlı mənzərə olacaq və biz paytaxt sakinlərini və qonaqlarını yeni Milli Gimnastika Arenasında bütün bunları izləməyə dəvət edirik.
- Əlbəttə ki, biz hamımız komandamıza azarkeşlik edirik və qarşıdakı çempionatda ona ən böyük uğurlar arzulayırıq. Siz azərbaycanlı idmançıların bu çempionata hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Komandamız turnirə tam hazırdır. Bədii gimnastika üzrə yığmanın baş məşqçisi Mariana Vasileva döyüşkən, bitkin və ən əsası, istedadlı kollektiv formalaşdırıb. Bununla belə, biz tədricən "xoş problemlər"lə üzləşməyə başlayırıq. Belə ki, yığmaya düşmək üçün rəqabət artır və həqiqətən də, böyük potensialı olan bəzi idmançılar komandaya keçə bilmirlər. Lakin biz gələcək inkişaf məqsədi ilə hamı üçün zəruri şərait yaradırıq. Mən əminəm ki, yığmada yer uğrunda rəqabətli mübarizə komandamızı daha da gücləndirir.
- Siz qeyd etdiniz ki, Azərbaycan beynəlxalq gimnastika ailəsinə nisbətən yaxınlarda daxil olub, lakin artıq yüksək nəticələr göstərir. Bəs Siz komandadakı vəziyyətə mənfi təsir göstərə biləcək kənardan süni problemlərin yaradılması cəhdləri ilə üzləşmisinizmi?
- Aydındır ki, bizim son uğurlarımız bəzən bir sıra rəqiblərimiz tərəfindən qısqanclıqla qarşılanır. Bəzilərini, ehtimal ki, inkişaf dinamikamız qorxudur. Biz bunu anlayışla qarşılayırıq, çünki sonda bu idmandır və hamı qalib gəlmək istəyir. Bununla yanaşı, hərdən xoşagəlməz haldır ki, bəzən bizə qarşı çirkin və qeyri-idman metodlarından istifadə olunur.
Digər tərəfdən, bütün bunların hamısı çətin ki, bizim irəliləyişimizə təsir etsin və biz bununla bağlı elə də narahat olmuruq. Rəqiblərimizə yeganə arzumuz bizim gözəl Bakımıza gəlmək və onun sakinlərinə idman bayramı hədiyyə etməkdir.
- Bəs gimnastika ictimaiyyəti daxilində hansısa mənfi məqamlar mövcuddurmu?
- Mahiyyət etibarilə, xeyr. Federasiyanın əməkdaşları, məşqçilər, idmançılar, texniki heyət və bədii gimnastika ilə aidiyyəti olanların hamısı vahid ailə kimi çalışırlar. Axı hamının bir hədəfi var - Azərbaycanda bədii gimnastikanın inkişafı. Amma hər yerdə olduğu kimi, bizim də kiçik problemlərimiz var. Məsələn, "incimiş" məşqçilər deyilən qrup var və bu qrup hesab edir ki, dünyada bu idman növünü onlardan yaxşı bilən yoxdur. Bu kateqoriyalı məşqçilərin səviyyəsi həvəskar seksiyalar mərhələsində qalıb, lakin iddiaları xeyli yüksəkdir. Azərbaycanda gimnastikanın təşəkkülünün erkən mərhələlərində bu məşqçilərdən bəzilərinə tələbat var idi. Lakin bu gün ölkəmizdə bədii gimnastika yüksək beynəlxalq standartlara yaxınlaşır ki, bu da müvafiq olaraq məşqçilərdən yüksək iş standartları tələb edir. Öz üzərində işləmək və ixtisası artırmaq əvəzinə - halbuki Federasiya bütün məşqçilərə qeyd olunan şəraiti yaradır - onlar cılız intriqalarla məşğul olurlar. Bütün bunlar xırda məsələlərdir və öz ixtisasının aşağı səviyyəsini ört-basdır etmək məqsədi daşıyan belə cəhdlər Azərbaycanda mütləq şəkildə ən populyar idman növlərindən biri olacaq gimnastikanın inkişaf prosesinə və komandalarımızın müxtəlif səviyyəli beynəlxalq turnirlərdə uğurlu çıxışına təsir edə bilməz.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

