Mübariz Qurbanlı: 2014-cü ilin bələdiyyə seçkilərinə hazırlıq başlayıb
01.03.2014 [11:45]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının Bakupost.az müsahibəsi:
- Azərbaycanda prezident seçkilərindən sonrakı durum necədir? Bəzi xarici mənbələrdə belə xəbərlər yayılır ki, guya ölkədə demokratiya uğrunda gərgin mübarizə gedir. Sizin buna münasibətiniz necədir?
- Prezident seçkiləri göstərdi ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti indiki siyasi xətti müdafiə edir. Əhalinin 84,54 faizi Prezident İlham Əliyevin yenidən ölkə Prezidenti seçilməsinə səs verdi. Bu gün Azərbaycanda demokratik dəyərlər tam şəkildə bərqərar olub, insan hüquq və azadlıqları konstitusion təminat altındadır.
Seçkilər ərəfəsində, seçkilərin gedişində biz müxalifətin radikal qanadının əhalini öz tərəfinə çəkmək üçün müxtəlif şayiələr, yalan və böhtan xarakterli məlumatlar yaydığının şahidi olduq. Radikal qanadın nümayəndələri həmin çıxışları ilə əhalinin müəyyən hissəsini öz tərəfinə çəkməyə cəhd etsə də, bu baş tutmadı.
Hazırda kimin iqtisadi imkanları genişdirsə, texnoloji inkişafı varsa həmin ölkələr yeni yaranmış ölkələr üzərində öz təsir gücünü bu vasitələrlə saxlamaq istəyir. Lakin elə ölkələr var ki, onlar hələ də köhnə təfəkkürlə yaşayır, kötək siyasətinə üstünlük verirlər.
Azərbaycan hakimiyyəti öz milli maraqlarını qoruyaraq, bu və ya digər təkliflərdən geri çəkildikdə və ya onları yerinə yetirmədikdə bu zaman demokratiya qamçısı ortaya çıxır və demokratiya adı altında müxtəlif təşkilatlar vasitəsilə bizim kimi ölkələrə təzyiq göstərilməyə çalışılır.
- Parlament seçkiləri ilə bağlı müxalifət proporsional sistemə qayıdışı təbliğ edir və əsaslandırır ki, bu sistemin olmaması onların işini məhdudlaşdırır. Bu, doğurdan da belədir?
- Növbəti seçkilər strateji əhəmiyyət kəsb edən məsələdir. Ali və əsas qanunverici hakimiyyətdə partiyanın çoxluqda olması bizim strateji hədəflərimizdən biridir. Hesab edirəm ki, müxalifət partiyalarının seçki sistemi ilə bağlı söylədikləri fikirlər sadəcə bəhanələrdir.
Müxalifət partiyaları seçkilərdə uğursuzluqlarını etiraf etməkdən, bu uğursuzluğun səbəblərini araşdırıb, üzərində işləməkdənsə onu hansısa formada başqalarının üzərinə yıxmağa çalışır. Seçkilərdə proporsional sistem müxalifət partiyaları tərəfindən əlahiddə hal kimi göstərilməyə çalışılır. Halbuki, Azərbaycanda qarışıq sistem olduğu halda da, biz müxalifət partiyalarının həmin sistemdə böyük uğurunu görə bilmədik. 1995-2000-ci illərdə seçkilərdə qarışıq sistem tətbiq olunmuşdu. Bu seçkilərdə də müxalifətin uğuru yox idi. Ona görə də, proporsional sistem, majoritar sistem, - bunlar sadəcə onların bəhanəsidir. Dünyada proporsional, majoritar və qarışıq sistemin tətbiq olunduğu ölkələr var. Biz hazırda majoritar sistemi tətbiq edirik. Fikir verdinizsə, bu yaxınlarda Rusiya qarışıq sistemə qayıtdı. Bəzi ölkələrdə proporsional sistem olsa da, həmin sistemin içində majoritar sistemin elementləri var.
Bizim majoritar sistemdə proporsionalın elementləri vardır. Seçki Məcəlləsinə görə 61 dairədən namizədlərini irəli sürə bilən partiya, seçkiyə partiya kimi qatıla bilir. Partiyalar öz namizədlərini yenə də partiya siyahısı əsasında verir.
Mən hesab edirəm ki, bu çağırışlar bəhanədir. Guya proporsional sistem olsa, bunlar uğur qazanacaq. Bu, illüziyadır.
- Bəzi qəzetlər “İqtidar çabalayır, xaos içərisindədir” başlıqlı yazılar verir . Bu, nəyə hesablanıb?
- 10 il əvvəlki qəzetlərdə də bu başlıqlar var idi. İndi də dövriyyədədir. Müxalifətin radikal qanadının nəzarətində olan mətbu orqanlar neçə illərdir ki, “hakimiyyət çökür”, “hakimiyyət dağılır” ifadələri işlədir. Cəmiyyətə mesajlar verilir. Bu gün onların mətbu orqanları cəmiyyətdə istehza və rişxənd yerinə çevrilib.
Onlar bu mətbuata sarı mətbuat, dedi-qodu mətbuatı kimi baxır. Bunların verdiyi proqnozların biri də özünü doğrultmur. Onların proqnozlarına görə, iqtisadi fəlakətlər olacaq, neft azalacaq, Bakı - Ceyhan , Bakı- Qars layihələri baş tutmayacaqdı.
İndi hansısa ölkədə bir hadisə olursa, onu dərhal Azərbaycana bağlamağa başlayırlar. Məsələn, Ukraynada olanların analoqunun Azərbaycanda baş verəcəyini yazırlar. Halbuki, “ərəb baharı”nın da burda təkrarlanacağını deyirdilər.
Dövlət idarəçiliyində olan şəxslər haqqında da qərəzli, fantastik məlumatlar yayaraq oxucu cəlb eləmək istəyirlər. Sonra hansısa ciddi yazı verəndə də kimsə inanmır. Hərçənd bu cür yazılara o mətbu orqanlarda nadir hallarda rast gəlinir.
Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 85 faizini özündə cəmləşdirir. Bununla biz Ermənistana və onun arxasında duran qüvvələrə təzyiqimizi gücləndiririk. Bəhrəsi isə artıq Ermənistan siyasətinin dalana dirənməsidir.
- Müxalifət-iqtidar dialoqu gündəmdə idi. Ortada barışmaz mövqe varsa, bu mümkün olarmı?
- Milli Məclisdə olan partiyaların əksəriyyəti müxalifət partiyalardır. Öz qurultaylarında cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən partiyalardan başqa digərləri bizə müxalifdir. Müxalifliklərini də istər parlamentdə, istər cəmiyyətdəki fəaliyyətləri ilə dəfələrlə nümayiş etdiriblər.
Azərbaycan müxalifətini bir neçə yerə bölmək olar. Radikal müxalifət, onların sosial dayağı getdikcə tükənir. Faktiki olaraq iflas vəziyyətindədir. Çünki, radikal çağırışlara Azərbaycan cəmiyyəti çox ehtiyatla yanaşır və arxasınca getmir. Səbəb bu çağırışların təhlükəliliyi və ölkədə qarşıdurma yaradılmasına yönəlməsidir.
Bu çağırışları edənlərin hakimiyyətdə olarkən, ölkəni fəlakət həddinə çatdırmaları və qoyub getmələri, çağırışların arxasında bəzi xarici dairələrin sifarişi ilə mənfur niyyətin dayanması bəllidir. Radikal qanadın xətti milli maraqlarla uzlaşmır. Xaricdəki anti-Azərbaycan dairələri ilə sinxron fəaliyyət göstərir. Azərbaycan nüfuzuna xələl gətirməyə cəhd edir, hətta dolayısı ilə erməni təşkilatlarla səsləşirlər. Onlarla bir səngərdə dayanırlar. Bunu bəziləri bilərəkdən edir, bəziləri də bilməyərəkdən.
Bizdə hansısa ağır situasiya yoxdur, hər saat masa arxasına toplaşıb nəyisə müzakirə edək. Bizdə cəmiyyət dialoq mühitində yaşayır. YAP-ın qapıları da dialoq üçün açıqdır. Sadəcə, dialoq mühitinə uyuşmayan qruplar var ki, onlar dialoq adı altında öz böyüklüklərini göstərməyə cəhd edirlər.
- 2014-cü ilin sonunda ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Hazırlıqlar necə gedir?
- Seçkilərə hazırlıqlar başlayıb. Partiyanın əsas hədəflərindən biri bu seçkilərdə də öncül mövqeyini qoruyub saxlamaqdır. Bu gün Azərbaycan bələdiyyələrində Yeni Azərbaycan Partiyası üzvlərinin sayı digər partiyalarla müqayisədə öndədir. Bu mövqeyi qoruyub, saxlamaq niyyətindəyik. Bələdiyyələrin cəmiyyətdə yeri, rolu getdikcə artır. Yeni qəbul edilən qanunlarda bələdiyyələrin funksiyalarının artdığı müşahidə olunur və bu proses təbii ki, bələdiyyələrin xeyrinə davam edəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

