Kamran M Yunis: Şeir bir ayədir, bir surədir, ilahi pıçıltıdır...
04.03.2026 [09:17]
Bu dəfə həmsöhbətimiz - Kamran M Yunisdir. Onunla sənət yolu, təklik hissi, poeziyaya üz tutmasının səbəbləri və bu gün teatrla bağlı düşüncələri haqqında danışdıq. Söhbət zamanı ustadı Vaqif İbrahimoğlundan öyrəndikləri, teatrdan uzaqlaşsa da, sənətdən uzaq düşməməsi, müasir kino və ədəbiyyata baxışını da müzakirə etdik.
- Kamran müəllim, necəsiniz?
- Hər gün bir az da yaxşı olmağa çalışıram. Həyat çətin olsa da, yaşamaqdan başqa yolumuz yoxdur. Unutmamalıyıq ki, dünyanın ən böyük neməti insandır. Qarşımıza bizi anlayan, bizi duyan və bizimlə eyni yolda addımlayan bir insan çıxırsa, bu artıq taleyin bizə verdiyi ən gözəl yenilikdir.
- Son vaxtlar daha çox poeziyaya üz tutmusunuz. Bu nə ilə bağlıdır?
- Təkliklə. Yalnızlıqla.
- Sənət baxımından, yoxsa şəxsi həyatınızla bağlı?
- Hər ikisi. Təklik məni sıxır, amma bu təkliyi özüm seçmişəm. Bəzən insan qapısını özü bağlayır. Çünki açıq qapıdan içəri girən çox olur.
- Sonuncu iş yeriniz Yuğ Teatrı oldu. Niyə ondan sonra başqa bir yerdə çalışmadınız?
- Mən sənətin nə olduğunu müəllimim Vaqif İbrahimoğlundan öyrəndim. O məktəb başqa idi - nəfəsi, ruhu, yolu başqa idi. Müəllimimdən sonra o yolu kimsədə görmədim. Açığı, axtarmadım da. Bəlkə də maraqlı gəlmədi. Ustadım dünyasını dəyişəndən sonra məni teatrdan uzaqlaşdırdılar, amma sənətin özündən heç vaxt uzaqlaşmadım.
- Bəlkə sənətdən küsdünüz?
- Sənətdən küsmək mümkün deyil. Sənət ali bir məqamdır, ilahi bir dəryadır. İnsan bəzən insanlardan küsə bilər, amma sənətdən yox. 51 ildir çalışıram ki, insanların üzündə bir təbəssüm yaradım. Bəzən alınır, bəzən alınmır. Amma niyyət dəyişmir.
- Bir tamaşaçı kimi teatra gedirsinizmi?
- Elə bir dövrdə yaşayırıq ki, sənətlə məşğul olan adam artıq qəhrəman sayılır. Qəhrəmanlıq anlayışı indi çox dəyişib. Bəlkə də kimlərisə qəhrəman edən sosial şəbəkələrdir. Amma sosial şəbəkələr bizi yavaş-yavaş içimizdən yeyir. Ən dəhşətlisi odur ki, hamı bu haldan razıdır. Heç kim məhvə doğru getdiyini hiss etmir. 80-90-cı illərdə nalayiq sözlər, hərəkətlər gizlin qalardı. İndi isə açıq şəkildə nümayiş olunur və adiləşir...
- Hazırda çəkilən filmlərdən razısınız?
- İzlədiyim filmlər var. Amma izləmədiklərimə görə daha çox rahatam. Çox vaxt etikadan uzaq ifadələr, mədəniyyətimizə yaraşmayan səhnələr görürəm. Bu yaxınlarda qeyri etik ifadələrə görə bir serial dayandırıldı - söhbət “Səkkiz” filmindən gedir. Mən də izlədim. Çox dəyər verdiyim Hikmət Rəhimov mənim üçün daha da dəyər qazandı. Amma ümumilikdə Azərbaycanda kino demək olar ki, biznes səviyyəsində deyil. 100-150 minlə film çəkilməz. Film sənətdirsə, onun büdcəsi də sənətə yaraşmalıdır - ən azı 1-2 milyon.
- Bəs istedad baxımından necə?
- Həmişə demişəm: dünyanın ən istedadlı insanları Azərbaycanda doğulur. Hər kəs öz sahəsində peşəkardır. Alim alim kimi, sənətkar sənətkar kimi... Təəssüf ki, bəzən mənfi xüsusiyyətlər də eyni “peşəkarlıqla” yaşanır.
- Bir müsahibənizdə sənətdən getmək istədiyinizi demişdiniz...
- Bu fikir hələ də var. Çünki sənətə olan münasibəti sevmirəm. Uzun illərdir bu yoldayam, amma dəyər görmək çətindir. Heç bir teatrda çalışmaq istəmirəm. Vaxtilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını dünya səviyyəli bir sənət məkanına çevirmək istəyirdilər, amma imkan vermədilər. Ölkəmizdə dünya səviyyəsində teatr yoxdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını nəzərdə tutsanız, ora daha çox müəyyən bir təbəqənin məkanıdır.
- Son günlər gənc xanım yazarların yaratdığı “Zərif Kölgələr” layihəsində sizi qonaq qismində görürük. Bu layihə ilə bağlı münasibətiniz necədir?
- “Zərif Kölgələr” layihəsi müasir ədəbi mühit üçün dəyərli addımdır. Gənc xanım yazarların bir araya gəlib, belə gözəl işlər görməsi həm ədəbiyyatın inkişafına, həm də qadın sözünün daha aydın və cəsarətli şəkildə ifadəsinə xidmət edir. Belə layihələr təkcə ədəbi müzakirə məkanı deyil, eyni zamanda, düşüncə və baxış müxtəlifliyinin formalaşdığı bir mühitdir.
- Həm də qiraətlə məşğulsunuz. Şeir seçərkən nəyə diqqət edirsiniz?
- Şeir mənim üçün başqa aləmdir. Şeir bir ayədir, bir surədir, ilahi pıçıltıdır. Orada bir yol göstərilməlidir, bir iz qoyulmalıdır. Sətirləri oxuyanda hiss etməlisən ki, Allah onu sənə pıçıldayır. Mən şeir seçəndə baxıram - bu nə qədər ilahidir?
Alimlər kəşf edir, şairlər onu dilə gətirir. Şəhriyar Delgəraninin şeirlərini çox sevirəm, amma insan kimi qəbul edə bilmirəm. Elçin Mirzəbəylinin şeirləri gözəldir, lakin siyasətini bəyənmirəm. Mən onlara şair kimi yanaşıram. Çünki şeir şairin Allahla söhbətidir. Mən o söhbəti oxuyuram.
Söhbətləşdi: Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

