Seymur Orucov: Rüstəm İbrahimbəyov kimi Cəmil Həsənov da saxtakardır
21.09.2013 [09:56]
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucovun SƏS TV-yə müsahibəsi:
- Seymur müəllim, son 10 il ərzində ölkəmizdə gənclərlə iş sahəsində əldə olunan uğurlar haqqında nə demək olar?
- Ümumiyyətlə, son 10 il ərzində Azərbaycan gəncliyi böyük inkişaf yolu keçib. Belə ki, bütün bu sahədə çalışan və əziyyəti keçən insanların əməyi birmənalı şəkildə qiymətləndirilir. Bu istər fəxri adlardan tutmuş mühüm vəzifələrə gənclərin irəli çəkilməsində, istər ölkədə gedən ictimai-siyasi proseslərdə gənclərin iştirakında, istərsə də gənclər təşkilatlarının maddi-texniki bazasının güclənməsi və onların daha çox xaricdə təşkilatlanması ilə bağlı mühüm nailiyyətlərdə özünü göstərir. Təbii ki, bu nailiyyətlərin əldə edilməsi, bütün bu işlərin təşkili dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin məntiqi nəticəsidir. Bu gün artıq Azərbaycan gəncləri Avropada, eləcə də dünyanın bir çox dövlətlərində təhsil almaqla yanaşı, ölkəmizin diaspora siyasətini həyata keçirirlər. Bu da onu göstərir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan vətənpərvərlik duyğularının gənclərə aşılanması siyasəti, artıq öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycanla bağlı hər hansı qərəzli məqalə və yaxud material dərc olunursa, buna dövlətdən əvvəl gənclərimiz reaksiya verirlər. Bu çox mühüm məsələdir ki, gənclər dövlətlərinə bu qədər bağlıdırlar. Bundan əlavə, artıq gənclər üçün bir çox qeyri-hökumət təşkilatları (QHT) fəaliyyət göstərməyə başlayıb. Təbii ki, onların sayı son 10 il ərzində dəfələrlə artıb. Cənab Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər Fondunun yaradılması çox mühüm addımdır.
Digər tərəfdən, Azərbaycan gənclər ölkəsi olmaqla yanaşı, idman ölkəsi kimi də tanınmağa başlayıb. Bizim dünya ölkələrində keçirilən yarışlarda əldə etdiyimiz nailiyyətlər onu göstərir ki, Azərbaycanda artıq gənclər siyasətinin bir qolu olan idman siyasəti də öz bəhrəsini verməkdədir. Əgər biz qazanılan qızıl medalların sayına baxsaq, bunun yüksələn xətt üzrə inkişaf etdiyinin şahidi olarıq.
Bundan əlavə, gənclərin təhsili ilə bağlı qəbul edilən Dövlət Proqramı nəticəsində Azərbaycan gənclərinin Avropada, dünyanın bir çox dövlətlərinin məşhur universitetlərində təhsil alaraq oranın yeniliklərini, biliklərini öyrənərək ölkəmizdə tətbiq etməyə başlamaları Azərbaycanın bugünkü inkişafının gələcək fəaliyyətinə zəmin yaratdığını göstərir. Bu gün Azərbaycanda gənclərin təhsili üçün bir çox sahələrdə - nəinki xaricdə təhsil proqramı, eləcə də daxildə də yeni-yeni Ali məktəblərin inşası, xüsusilə spesifik ixtisaslar üçün universitetlərin, akademiyaların təsis edilməsi onu göstərir ki, ölkə başçısı Azərbaycanda təhsilə çox böyük diqqət yetirir.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı 1 nömrəli aralıq hesabatı yayıb. Həmin hesabatda qadın namizədin irəli sürülməməsi, seçki komissiyalarının təşkili və s. ilə bağlı iradlar yer alıb. Bu barədə siz nə düşünürsünüz?
- ATƏT-in ən əsas məqsədlərindən biri bütün dövlətlərdə əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək olmalıdır. Eləcə də bu təşkilat ölkələrin bir-biri ilə (beynəlxalq konvensiyaların tətbiqi, insan hüquq və azadlıqları, mətbuatla bağlı və s.) daha sıx əməkdaşlıq etməsini təmin edən qərarlar verməlidir. Bu təşkilat guya sivil missiyanı həyata keçirmək üçün qurulub. Əgər biz onun sənədlərinə, nizamnaməsinə və əsasnaməsinə baxsaq görərik ki, bunların hər biri mələklər carçısından xəbər verir. Lakin reallıqda ATƏT-in hər zaman qərəzli mövqe tutması hamıya məlumdur. İndi həmin təşkilat artıq ikili standartlardan çıxaraq, üçlü-dördlü standartlara yer verməyə başlayıb. Azərbaycan dövləti heç vaxt nöqsansız işlədiyini deməyib. Bəli, kiçik nöqsanlar ola bilər və bu da öz həllini tapacaq. Ancaq qara yaxmaq, şər atmaq və yaxud Azərbaycanı Mozambik dövlətindən də aşağı səviyyədə tutmaq həmin təşkilatların özlərinə olan etibarın itirilməsinə xidmət edir. ATƏT güclü Azərbaycan və yaxud azad seçki keçirən Azərbaycan görmək istəmir. Çünki artıq ölkəmizdə kifayət qədər dünyadakı standartlara cavab verə biləcək seçkilər təşkil olunur. İldən-ilə bu seçkilər təkmilləşdirilməkdədir. Bu istər informasiya kommunikasiya texnologiyalarının (İKT) seçkiyə tətbiqi ilə bağlı olsun, istər təşkilati məsələlərlə, istərsə də onun hüquqi tərəfləri ilə bağlı olsun, hesab edirəm ki, biz artıq kifayət qədər təcrübəli seçkiləri təşkil edən dövlətə çevrilmişik. Biz artıq müstəqillik tariximizdə kifayət qədər prezident, parlament, bələdiyyə seçkiləri keçirmişik.
İqtidar partiyasının gənclər təşkilatının üzvləri sosial şəbəkələrdə daha aktivdirlər. Buna baxmayaraq, bu gün bizi müxalifət qəzetləri, eləcə də müxalifətdə olan gənclər artıq tənqid yox, təhqir edirlər. Burada müxalifətçilər partiyamızın gənc xanımlarına Azərbaycanın etik normalarına uyğun olmayan nalayiq şərhlər yazırlar. Əgər seçki azadlığı yoxdursa, bunlar necə baş verə bilər? Bu gün Azərbaycanda hansı qəzet istədiyi məlumatı çap etdirə bilmir?
Digər məsələyə gəlincə, bu gün Azərbaycan qadını istər cəmiyyətdə, istərsə də siyasətdə, mərkəzi icra hakimiyyəti orqanlarında kifayət qədər seçilirlər. Azərbaycanda xeyli sayda təhsil müəssisəsi rəhbərləri var ki, onların əksəriyyəti qadınlardır. Ölkənin Milli Məclisində olan qadınların nisbəti Avropa ölkələri parlamentlərinin bir çoxundan üstündür. Təkcə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi sədrinin üç müavini qadındır. Hətta bizim regionlarda partiyanın gənclər təşkilatları sədrlərinin əksəriyyətini də qadınlar təşkil edir. Onlar kifayət qədər ictimai fəaliyyətə cəlb olunurlar. Əgər ATƏT insan hüquqlarından danışırsa, getsin bizə düşmən olan Ermənistanla mübarizə aparsın və qərarlar qəbul etsin. Bu gün Misirdə, Suriyada insan haqları kobud şəkildə pozulur. Hesab edirəm ki, ATƏT birmənalı olaraq fikirləşir ki, əgər ağ yalanları yaxmasa, bəlkə də onun fəaliyyətinin heç bir əhəmiyyəti qalmayacaq. Ümumiyyətlə, bütün beynəlxalq təşkilatlar onu bilməlidirlər ki, Azərbaycan xalqının lideri var və hər kəs Onun ətrafındadır. Bu mənada hesab edirəm ki, heç bir beynəlxalq qurum bu və ya digər şəkildə təzyiq edərək, bizi getdiyimiz yoldan döndərə bilməyəcək. Biz o təşkilatlara üzümüzü tutub deyirik ki, Azərbaycanla bağlı sizlərin qəbul etdiyiniz qərarların heç bir əsası yoxdur.
- “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənovun yeni bir pəstəhası meydana çıxıb. Bəlli olub ki, o, pensiyaya pensiya yaşından tez çıxıb və bununla bağlı əldə etdiyi sənəd də özü kimi qondarmadır. Bu haqda nə deyə bilərsiniz?
- Bu onu göstərir ki, “Milli şura”nın lideri Rüstəm İbrahimbəyov kimi, bu “şura”dan namizədliyi irəli sürülmüş Cəmil Həsənov da açıq-aydın saxtakardır. Əgər müxalifət adlandırdığımız insanların içində prezidentliyə namizəd saxtakardırsa, axı bunlarla hansı yola çıxmaq olar? Məhz onların bu hərəkətlərinə görə də yanlarında heç bir kütlə yoxdur. Onlar artıq Azərbaycanın düşmənlərinə belə dost deyib, dəstək almaq istəyirlər. Eləcə də beynəlxalq təşkilatlardan müəyyən dərəcədə dəstək alaraq ölkəmizdə fəaliyyət göstərmək çox gülüncdür. Ölkə başçısını xalq seçir. Dövlət rəhbəri seçki yolu ilə seçilir. İnsanların səsvermə hüququ var. Bu insanlar isə kiminsə köməyi ilə hakimiyyətə gəlmək istəyirlər. Müxalifət Azərbaycan dövlətini, millətini heç kimlə səhv salmasın.
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48

