/ / Pərvanə Məmmədova Kəlağayı: Vətənpərvərlik mövzusunda yazılan şeirlərimin əksəriyyətində qürur var
Pərvanə Məmmədova Kəlağayı: Vətənpərvərlik mövzusunda yazılan şeirlərimin əksəriyyətində qürur var
23.07.2024 [10:50]
Yazıçı, araşdırmaçı Pərvanə Məmmədova “Kəlağayı” imzası ilə tanınır. Şəkidə yaşayıb-yaradan və Şəki Tibb Kollecində çalışan Pərvanə xanımın özü üçün bu təxəllüsü seçməsi heç də təsadüfi deyil. Elinə-obasına, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə könüldən bağlı olan yazıçı bu bağlılığını və sayğısını hər zaman öz yaradıcılığında əks etdirir.
Onun ideya müəllifi və tərtibatçısı olduğu, Azərbaycanın suverenliyi, bütövlüyü uğrunda canından keçmiş şəhidlərin şərəfli ömür yolundan bəhs edən “Vətən məcnunları” kitabının I hissəsi 2023-cü ildə, II hissəsi isə 2024-cü ildə işıq üzü görərək ictimaiyyətə təqdim edilib. Kitabda gənc nəslin- Şəki Tibb Kollecinin tələbələrinin müxtəlif şəhidlərimiz haqqında esseləri toplanıb. Pərvanə xanımla söhbətimizin mövzusu da elə bu yöndə oldu. Müəllif deyir ki, layihənin yaranma ideyası elə 2020-ci ildə qazandığımız böyük Zəfərlə yaranıb:
“İlk dəfə yazılarım 2019-cu ildə “Həkimlərin söz dünyası” adlı antologiyanın II hissəsinə salınanda düşündüm ki, orta tibb işçilərinin də yazılarından toplu hazırlamaq yaxşı olardı. 25 ildən artıqdır ki, işlədiyim Şəki Tibb Kollecində vaxtaşırı müxtəlif nominasiyalar üzrə müsabiqələr təşkil edirdim. Tələbələrin yaxşı yazılar yazdıqlarının şahidi olmuşdum. 2020-ci ili tariximizə silinməz izlərlə həkk edən 44 günlük “Vətən müharibəsi” ruhumuza, könlümüzə hopdu-kədəriylə də, sevinciylə də... O ruh halı ömrümüzün, fəaliyyətimizin hər anına yansıdı zamanla... Təşkilatçısı olduğum “Sən qalibsən, Azərbaycan!” adlı müsabiqə Böyük Zəfərimizə həsr edilmişdi. Ondan sonra qərar verdim ki, Vətən torpaqlarını işğaldan azad edən rəşadətli, müzəffər ordumuzun əsgər və zabit heyəti, şəhidlərimiz haqda bir kitab da tərtib etməliyəm. “Vətən məcnunları” ideyası belə yarandı”.
- Niyə “Vətən məcnunları”?
- “Vətən məcnunları” ifadəsi millətin varlığını, onun dilini, tarixini, bayrağını zamandan-zamana daşıyan əbədiyyət yolçularından olan, xalqımızın yetirdiyi böyük şəxsiyyət, çağdaş Azərbaycanın, bütün Türk dünyasının sevimli şairi Bəxtiyar Vahabzadənin “Vətən marşı” şeirindəndir.
Şəhidlərimiz, qazilərimiz mənimçün barələrində əfsanəvi filmlərin çəkilməsinə, şeirlər, dastanlar, hekayələr, romanlar yazılmasına layiq “VƏTƏN AŞİQLƏRİ-VƏTƏN MƏCNUNLARI”dır! “Vətən məcnunları”nın I cildi işıq üzü görəndən sonra anladım ki, silsilə davam etməlidir-hər bir şəhid, hər bir qazi öz adının əbədiləşdirilməsinə haqq qazanıb! Bu haqqı bir az da biz-bütün Azərbaycan xalqı onlara mənən borcluyuq... Onlar bizim övladlarımızdır!
- Tələbələr esselərini yazanda hansı mənbələrə istinad ediblər?
- Müsabiqə şərtlərindən biri belə idi ki, hər tələbə öz kəndinin, öz rayonunun şəhidini tanıtmaq məqsədilə video, təqdimat, yazı şəklində məlumat hazırlamalıdır. Yazıların əksəriyyəti şəhid ailələri ilə əlaqə yaradılaraq qələmə alınıb. Xronoloji məlumat öz yerində, müəlliflər şəhid ailələrinin, qazilərin hisslərini də oxucuya çatdırmağa cəhd edirlər... “O hisslər olduğu kimi yazıda əks olunubmu?”-deyə soruşsanız, bax buna cavabım yoxdur. Bəzən yaşananlar dilə gəlmir, sözə sığmır axı.
- Kitabların çapında dəstək olanlar oldumu?
- Şəki Tibb Kollecində uzun müddət səmərəli, qüsursuz fəaliyyət göstərən Məmmədov Zahid və həyat yoldaşı Məmmədova Səidə xanım mənəvi dəstəklərini göstərdilər, övladları Elvin və Pərvin Məmmədov qardaşlarının sayəsində kitabın I və II cildi işıq üzü gördü.
- Bildiyim qədərilə qazilərimiz haqqında da kitab hazırlanır. O kitabın istiqaməti necə olacaq: qazilərimizlə müsahibələr, yoxsa onlar haqqında oçerklər, esselər?
- Bəli, növbəti kitabımız qazilər haqdadır. Şəki Tibb Kollecinin həkim, müəllim, tələbə kollektivi qazilərdən əldə etdikləri məlumatlar əsasında oçerklər, esselər hazırlayırlar. Müharibə dövründə zamanın hər saniyəsinə dəyər verən, peşəsinin ağırlığını öz çiynində şərəflə daşıyan həkimlər, tibb bacıları, tibb qardaşları dəmir yumruq kimi birləşərək qəhrəman hərbiçilərimizi həyatda saxlamaq uğrunda mübarizə aparıb, yüksək diqqət və qayğı göstərib, Vətənə və yaralı əsgərlərə xidmət ediblər. Bu gün isə müqəddəs peşənin davamçıları şəfqətli sözləri ilə yod qoxusunu ədəbiyyata daşıyıblar. Və bunu söyləməkdən qürur duyuram: “Tibb işçiləri ehtiyatda olan əsgərlərdir!” Bu kitabların ərsəyə gəlməsində əsas məqsəd şəhidlərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizi, qazilərimizi gələcək nəsillərə, tanıtmaqdır.
Əksəriyyəti gənc olan müəlliflərin (tələbələrin) milli köklərimizə bağlılığı, vətənpərvərliyi, dövlətçiliyə sədaqəti onların milli ruhda böyüdüklərini göstərir. Vətənpərvər mövzulara müraciət edən, şəhidlərimizin, qazilərimizn həyat hekayələrini xalqımıza çatdırmaq sahəsində yaradıcı işlər görən həkimlərə, müəllimlərə, gələcək tibb işçilərinə, məzunlara öz dərin təşəkkürümü bildirir, bütün Azərbaycan şəhidlərinin müqəddəs ruhu qarşısında ehtiramla baş əyirəm!
- Pərvanə xanım, şəhid əmanəti, qazi ömrü yaradıcılığınızdan hansı xətt ilə keçir?
- Ömür-gün yoldaşım I Qarabağ müharibəsi qazisidir. Dərk edərək, anlayaraq yoldaş oldum bir şərəfli qazi ömrünə... Bu xalqın övladıyam... Bu Vətənin qızıyam. Xalqımın ağrıları ağrım, sevinci sevincimdir. Bu hisslər bir şairin, bir yazıçının yaradıcılığında necə yer edibsə, o cür yaşamışam. İndi sizinlə söhbət edərkən heç vaxt ağlıma gəlməyən bir məqamı anladım: vətənpərvərlik mövzusunda yazılan şeirlərimin əksəriyyətində qürur var. Hətta Vətənimin kədərinə ağlayaraq yazdığım şeirlər də bu qürurdan öz nəsibini alıb. Tarixindəki bütün səhifələrlə-istər yağı düşmənin sinəsinə çəkdiyi dağlarla, istərsə də Böyük Zəfərimiz kimi şanlı qələbələrlə bu Vətən mənim Vətənimdir! Qürurluyam “Azərbaycanlıyam!” deyə bildiyimə görə!
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

