/ / Jan Pol Karteron: Azərbaycanın sürətli inkişafının əsas səbəbi əsl liderlik keyfiyyətlərinə malik, uzaqgörən bir rəhbərin olmasıdır
Jan Pol Karteron: Azərbaycanın sürətli inkişafının əsas səbəbi əsl liderlik keyfiyyətlərinə malik, uzaqgörən bir rəhbərin olmasıdır
04.10.2012 [02:23]
- Cənab Karteron, Siz Azərbaycanın yaxın dostlarındansınız və ölkəmizi çox yaxşı tanıyırsınız. Siz Azərbaycanda, o cümlədən Bakıda müşahidə etdiyiniz inkişafı necə qiymətləndirirsiniz? Siz bu gün Azərbaycanı necə görürsünüz?
- Azərbaycan bir çox ölkələrə örnəkdir. Biz iyunda Bakıda təşkil etdiyimiz Krans Montana Forumu ilə bağlı bir film hazırlamışıq. Ümid edirik ki, bu film yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəkdir. Bu filmin hazırlanması zamanı müsahibələr götürdüyümüz müxtəlif ölkələrin bir çox yüksək səviyyəli dövlət rəsmiləri, deputatlar da deyirlər ki, biz Azərbaycanı örnək bir ölkə kimi qəbul etməliyik.
Sizin region sülhün, sabitliyin olmadığı bölgədir. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsini nəzərə alsaq, siz müharibə şəraitində olan bir ölkədə yaşayırsınız. Hər bir kəs regionda sülhün bərqərar olmasını istəyir, amma bunun əldə edilməsi çox çətindir. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir. Bunun ən əsas səbəbi Azərbaycanda əsl liderlik keyfiyyətlərinə malik, uzaqgörən bir rəhbərin olmasıdır.
Biz dünyada çox ölkə tanıyırıq ki, zəngin təbii sərvətləri vardır, amma orada heç bir nailiyyət yoxdur. Lakin Azərbaycana gələn bütün insanlar burada hər bir sahədə inkişafın şahidi olurlar. Hər sahədə güclü inkişaf müşahidə olunur. Bütün bunlara nail olmaq üçün təbii ki, çox iş görülür, burada uzaqgörən siyasət həyata keçirilir. Buraya gələn hər bir kəs Prezidentin, hökumətin xalqın rifahı və təhlükəsiz şəraitdə yaşaması üçün var qüvvəsi ilə çalışdığını vurğulayır.
Azərbaycanın çox əlverişli coğrafi mövqedə yerləşir. Mən hazırda Azərbaycan kimi inkişaf edən ikinci bir ölkənin adını çəkməkdə çətinlik çəkirəm. Bakı hər bir xarici ölkə vətəndaşının rahat, təhlükəsiz və sərbəst şəkildə gəzə biləcəyi bir şəhərdir. Bu gün Bakıda nə qədər möhtəşəm otellər, insanların rahatlığı üçün zəruri obyektlər tikilib. Bunların ərsəyə gəlməsi gərgin əmək tələb edir ki, bu da Azərbaycanda müşahidə olunur. Mən Azərbaycana hər zaman gəlmək istəyirəm. Çünki burada qonaqpərvərliyin, səmimi münasibətin şahidi oluram. Mən həmişə buraya özümlə bərabər başqa insanları da gətirmək istəyirəm ki, Azərbaycanda gedən sürətli inkişaf proseslərini görə bilsinlər. Ancaq, çox təəssüflər olsun ki, bəzən KİV-lərdə əsassız yazılara da rast gəlirik. Lakin bu, reallığı əks etdirmir. Mən yenə də təkrar edirəm ki, inkişaf, tərəqqi, irəliləyiş hər zaman gərgin əmək tələb edir.
Mən diqqəti bir məsələyə çəkmək istəyirəm ki, iyunda Bakıda keçirilən Krans Montana Forumunda iştirak edən 600-dən çox xarici nümayəndənin hər birinin dilindən Azərbaycan haqqında ancaq xoş sözlər eşitdim. Azərbaycanda gedən inkişaf proseslərinin, görülən işlərin şəxsən mən özüm şahidi oluram. Əgər bir xalq öz Prezidentinin arxasında durursa, onu dəstəkləyirsə, o Prezident çox işlər görə bilər. Hesab edirəm ki, Azərbaycanda görülən işlər müvəffəqiyyətin hələ başlanğıcdır. Bu cür işlər gələcəkdə daha çox görüləcəkdir.
- Azərbaycan ilə Krans Montana Forumu arasında səmərəli əməkdaşlıq formalaşmışdır. Bu əməkdaşlığın gələcəyini necə görürsünüz?
- Krans Montana Forumu ilə Azərbaycan arasında mükəmməl əməkdaşlıq formalaşmışdır. Bizim əməkdaşlığımız doğrudan da sürətlə inkişaf edir və əlaqələrimizin daha yaxşı gələcəyi vardır.
Bildiyiniz kimi, biz həmişə müxtəlif səviyyəli tədbirlər təşkil edirik. İyunda Bakıda keçirilən Krans Montana Forumu bunu bir daha sübut etdi. İyunda Krans Montana Forumunda daha çox nümayəndənin iştirak etməsi həm də onların Azərbaycan kimi inkişaf edən bir ölkə ilə daha yaxından tanış olmaq istəkləri ilə bağlı idi. Onlar bu inkişafı, tərəqqini həqiqətən də yüksək qiymətləndirirlər. Həmin adamlar Azərbaycanda gördüyü səmimiyyətdən, qonaqpərvərlikdən sonra həmişə buraya gəlmək arzusundadırlar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58

