Kinomuzun simvolu
22.11.2023 [10:41]
“Ad günü”, “İstintaq”, “Qətldən yeddi gün sonra”, “Park”, “Təhminə”, “Otel otağı”, “Ölsəm, bağışla”, “Özgə həyat”...
Azərbaycanda rejissor dedikdə yəqin ki, hamının ağlına ilk olaraq həmin ad gəlir - Rasim Ocaqov...
Bu gün Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90-cı ildönümü tamam olur.
Yaradıcılığa operatorluqla başlayan Rasim Ocaqov hiss edir ki, onun içində aşıb-daşan yaradıcılıq istəyi rejissor kimi film çəkməkdir. Elə bu məqamda o rejissorluq təhsili alaraq qiymətli əsərlər ərsəyə gətirir.
Çoxumuzun sevimli filmi olan “Təhminə” filminin rejissoru da elə Rasim bəy olub. Deyilənə görə, o, siqaretlə yatıb, siqaretlə dururdu. Gündüzlər yemək yemir, yalnız siqaret çəkərdi. Yeməyi gecələr yeyərdi. “Təhminə” filminin çəkilişləri zamanı infarkt keçirib. Gözünü açanda həkim ondan nə istədiyini soruşub. Həkimdən xahiş edib ki, kürəkəninə desin, ona bir siqaret gətirsin. Həkim ona reanimasiyada olduğunu xatırladıb və siqaretin onu öldürəcəyini bildirib. Rasim deyib ki, əksinə, siqaret çəkməsəm, öləcəyəm, ölümümə bais olmayın. Ocaqov ömrünün sonuna qədər siqareti atmayıb.
Tanınmış rejissor, Xalq artisti Əbdül Mahmudov sənətkarı belə xatırlayır: "Biz dostları ona Ocaqov deyə müraciət edərdik. Mən onu belə xarakterizə edərdim: "mükəmməl rejissor, işinin peşəkarı, şedevr filmlərin müəllifi". Ocaqovun nəbzi kino ilə döyünürdü. Bu adam anadan kino üçün doğulmuşdu. Ən zəif ssenarini belə Ocaqov mükəmməl film şəklində çəkib təqdim etməyi bacarırdı. Bir insan kimi həddən artıq mədəni, ziyalı bir insan idi. Çox qəliz, qapalı, qaradinməz, mürəkkəb adam idi. Hər adamla asanlıqla kontakta girməyi bacarmırdı, heç özü də bunu istəmirdi. Buna görə də, kənardan onu o qədər də tanımaq olmurdu. Amma tanıdıqca Ocaqova vurulurdun.
İncə yumor hissinə malik idi. Sadə, səmimi və dürüst insan idi. Amma çəkiliş meydançasında çox sərt, amansız, rəhmsiz, hətta mən deyərdim ki, “Allahsız” bir rejissor idi. Nizam-intizama fikir verən adam idi. Heç vaxt heç kimə güzəştə getməzdi. Bir sözünü iki eləmək mümkün deyildi.
Əvvəl-əvvəl aktyorlar ondan inciyirdilər, amma onu tanıyandan sonra Ocaqovu olduğu kimi qəbul edirdilər. Çünki bilirdilər ki, bütün bu sərtliyin nəticəsi olaraq qarşıda onları uğurlu bir film gözləyir".
Görkəmli kinorejissorun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
Rasim Ocaqov yaradıcılığının bütün dövrlərində sənətə çox ciddi yanaşıb, müxtəlif insan talelərinin peşəkarlıqla işıqlandırılmasına çalışaraq, fərdin cəmiyyətdəki rolunu, onun rast gəldiyi təsadüfləri, eləcə də insanların taleyində baş qaldıran acınacaqlı hadisələri rejissor gözü ilə süzgəcindən keçirib, ideal insan obrazlarını çox təbii və inandırıcı bir şəkildə ortaya qoya bilib.
Rasim Ocaqovun çox böyük yaradıcılıq irsi bu gün kinematoqrafiya sahəsində tədqiq edilməyə layiq bir nümunədir. İllər ötəcək, yeni-yeni ekran əsərləri yaradılacaq, lakin onun çəkdiyi filmlər heç vaxt öz aktuallığını itirməyəcək.
Y. Sahib
Xəbər lenti
Hamısına baxElm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19

