40 ildir ki...
21.06.2022 [11:05]
Dünya ilin ən uzun gününü musiqi sədaları ilə salamlayır
MÜŞFİQƏ
Bu gün Ümumdünya Musiqi Günüdür. İlk dəfə Fransada “Dünya Musiqi Günü” olaraq qeyd olunmağa başladı. 40 il ərzində bütün dünyaya yayılan Dünya Musiqi Günü ən uzun gün olan 21 iyunda qeyd olunur. Bu ideya 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edib.
Fransalı bəstəkar Moris Flöre 1981-ci ildə mədəniyyət və kommunikasiyalar naziri Jak Lanqa bu barədə məlumat verib. 1982-ci ildə Parisdə Musiqi bayramı keçirilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb. Günü-gündən populyarlaşan, 10 milyondan çox insanın küçələrdə qeyd etdiyi nəhəng bir festivala çevrilməyə başlayıb. Bu gün həm professional, həm də həvəskar musiqiçilər şəhərlərin küçələrində “Musiqi yaradın” devizi altında çıxış edir, ictimai yerlərdə pulsuz konsertlər verirlər.
Ən doğma notlarımızın günü - Milli Musiqi Günümüz
Qürur hissi ilə deyə bilərik ki, sənət və sənətkarlar diyarı Azərbaycanın da öz Milli Musiqi Günü var. 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı qədim və zəngin musiqi sənətinə sahibdir. Qədim musiqimiz haqqında ilkin məlumatlar hələ eradan əvvəl - Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində öz əksini tapıb.
Bundan başqa, “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanlarında, eləcə də Nizami, Füzuli, Əbülqadir Marağai, Mir Möhsün Nəvvabın əsərlərində zəngin musiqi sənətimiz haqqında geniş məlumat verilib.
Azərbaycan musiqisinin dünya səviyyəsində şöhrət tapmasında Şuşa konservatoriyasının və məktəbin yetirmələrinin xüsusi rolu var. Musiqimizin inkişafında dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun rolu xüsusilə vurğulanmalıdır. Sənət şöhrəti Şuşadan bütün dünyaya yayılan bəstəkar sadəcə ölkəmizdə deyil, eyni zamanda, bütün yaxın şərqdə operanın əsasını qoyub. Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənib və yüksək qiymətləndirilib. Milli Musiqi Gününün qeyd olunması da məhz onun adı ilə bağlıdır.
Tarixi mənbələrə görə, böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Belə ki, maestro böyük bəstəkarın vəfatından sonra hər il onun ad gününü qeyd edib.
Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyova həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.
O, milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi tarixə yazılıb. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu “professional Şərq musiqisinin atası” adlandırıblar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü.Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Qarabağımız və onun tacı Şuşa işğaldan azad edildikdən sonra Üzeyir bəyin doğma yurduna mədəniyyətimizin də qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bəstəkarın yeni heykəli hazırlanıb və dövlət başçısının iştirakı ilə 2021-ci ilin 29 avqustunda Şuşa şəhərində abidənin açılışı keçirilib. Həmin ilin sentyabrın 18-də uzun illərdən sonra ilk dəfə Milli Musiqi Günü çərçivəsində Şuşada görkəmli bəstəkara həsr olunmuş Üzeyir Hacıbəyov XIII Beynəlxalq Musiqi Festivalının konserti gerçəkləşdi. Şuşa bəstəkar övladının ölməz musiqiləri üçün çox darıxmışdı. Nəhayət, o gün də gəlib çatdı, azad Şuşada Azərbaycan professional musiqisinin banisinin əsərləri yenidən səsləndirildi. Şuşanın dağlarından Üzeyir musiqisinin sədaları hər tərəfə yayıldı.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

