Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Avroviziyada nələr oldu?

Avroviziyada nələr oldu?

17.05.2022 [10:45]

Azərbaycanın münsiflər heyətindən uzaqlaşdırılma səbəbi...

Gələn il Avroviziya müsabiqəsi Ukraynada baş tutmaya bilər

Günel ABBAS

Mayın 15-də İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Avroviziya” Mahnı Müsabiqəsində Ukrayna qalib olub. Ərazisində Rusiya ilə müharibə gedən Ukrayna münsiflər heyətinin və tamaşaçıların səsverməsində 631 xal əldə edib və simvolik ictimai dəstəklə qarşılanıb. Ukrayna yarışmada Kaluş Orkestrinin “Stefania” mahnısı ilə təmsil edilib. Rep-folklor qrupu olan Kaluş Orkestrinə müsabiqədə iştirak etmək üçün ölkəni tərk etməyə xüsusi icazə verilib. Yarışmanın qalib mahnısı “Stefania” əvvəlcə qrupun solisti Oleh Psiukun anası üçün yazılıb, lakin işğal başlayandan sonra yenidən hazırlanıb. Mahnı köhnə Ukrayna xalq melodiyaları və ənənəvi fleytanın müasir hip-hop ritmləri ilə unikal birləşməsindən ibarətdir. Mahnıdakı “Xaraba yollar” və “boz tarlalar” kimi sözlər isə ölkənin real vəziyyətindən xəbər verir.

Birinci yer üçün kuboku qaldıran Psiuk dəstək üçün Ukraynaya təşəkkür edib və qələbənin hər bir ukraynalıya məxsus olduğunu bildirib. Psiuk pərdəarxası müsahibəsində 2023-cü ildə Ukraynada keçiriləcək yarışa böyük ümidlərinin olduğunu bildirib. Qrup çıxışı “Xahiş edirik Ukraynaya kömək edin, Mariupola kömək edin, Azovstala kömək edin” sözləri ilə yekunlaşdırıb. Qeyd edək ki, ilk dəfə 2003-cü ildə müsabiqəyə daxil olan Ukrayna daha əvvəl 2004 və 2016-cı illərdə birinci olmuşdu.

“Avroviziya” gələn il Ukraynada baş tutacaq?

Hər il əvvəlki ilin qalibi olan ölkə müsabiqəyə ev sahibliyi edir. Rusiyanın Ukraynaya təcavüzü gələn ilki yarışmanın məkanı ilə bağlı bəzi suallar doğurur. Müharibənin ilk günlərində Ukraynanın dövlət yayımı olan UA:PBC-nin hədəfə alınmasından sonra ölkənin müsabiqəyə ev sahibliyi etmək ehtimalı azalıb. Mahnı müsabiqəsini təşkil edən Avropa Yayım Birliyi məkanla bağlı hələlik heç bir qərarın verilmədiyini bildirib. Yarışmanın gələn ilki ev sahibinin finala birbaşa vəsiqə qazanan “Böyük beşlik” adlanan ölkələrdən seçiləcəyi də deyilir. Ukrayna prezidenti Vladimir Zelenski isə “Avroviziya” iştirakçılarını azad, dinc, yenidən qurulmuş Mariupolda qəbul etmək üçün əllərindən gələni edəcəklərini bildirib.

“Avroviziya-2022”-də nələr oldu?

Ukrayna ilə müharibə səbəbilə bu il Rusiya və Belarusun müsabiqədə iştirakına qadağa qoyulub. Yarışmada Böyük Britaniya 466 xalla ikinci yerdə qərarlaşıb. Bu, Böyük Britaniyanın 1998-ci ildən bəri müsabiqədəki ən yaxşı nailiyyətidir. Ölkə 2019 və 2021-ci illərdə sonuncu yerdə qərarlaşıb və 2009-cu ildən bəri ilk 10-luğa daxil olmayıb. Böyük Britaniya münsiflər heyətinin səsverməsində 283 balla birinci yeri tutsa da, ümumi reytinqdə ictimai səsvermə ilə ikinci yeri tutub. İlk beşlikdə yer alan ölkələr Ukrayna, Birləşmiş Krallıq, İspaniya, İsveç, Serbiyadır. Yarışmada Azərbaycan 15-ci, Almaniya sonuncu yeri tutub. Qardaş ölkə Türkiyə isə yarışmadan bu il də imtina edib.

Azərbaycanın münsiflər heyətindən uzaqlaşdırılma səbəbi...

“Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni münsiflər heyətindən çıxarıb. Yarışmanın rəsmi saytından verilən məlumata görə, siyahıda Azərbaycanla yanaşı, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marino yer alıb. Buna səbəbin münsiflər heyətinin səsverməsini manipulyasiya etməkdə şübhəli bilinən cəhdlər olduğu deyilib.

İTV-dən isə bildirilib ki, onlar müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərib. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilib. Yarışma təşkilatçıları buna cavab olaraq, İTV nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Onların bu istəyi rədd olunub və təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib.

Elə bu prosesdən sonra cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verilib. Bununla yanaşı, yayım zamanı İTV nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb. Öz nəticələrini elan ediblər. Bunu Bakıdakı texniki problemlərlə əlaqələndirsələr də, İTV səslərin elan olunması üçün heç bir texniki problemin olmadığını bildirib. Təşkilatçılara televiziyanın adından səsləri elan etməyə hüquq vermədiyini bildirən, İTV hazırda məsələ ilə bağlı rəsmi cavab gözləyir.

Türkiyə Avroviziyaya niyə qatılmır?

Türkiyə TRT-nin verdiyi qərara görə 2013-cü ildən bəri dünyanın ən böyük səs yarışması “Avroviziya”ya qatılmır. 2012-ci ildə Can Bonomo ilə “Avroviziya” müsabiqəsinə qatılan Türkiyə 7-ci yeri tutub. TRT 2011-ci ildə səsvermə qaydası dəyişikliyinə görə müsabiqədə iştirak etməmək qərarına gəlib. Türkiyə “Avroviziya”da səsvermənin 2000-ci illərdə tamaşaçı səsverməsi ilə edildiyini və bunun Türkiyənin uğrunda təsirli olduğunu bildirib. 2011-ci ildən etibarən tamaşaçı səslərinin təsirinin yarıya qədər azaldığını (50% tamaşaçı, 50% jüri), imtiyazlı ölkələr Almaniya, Fransa, İngiltərə bunu İspaniya və İtaliyanın xeyrinə verilən qərar kimi şərh edib.

Paylaş:
Baxılıb: 779 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30