Görkəmli rəssam Tahir Salahovla “Dialoq” – Yeni kitab
20.03.2021 [09:31]
Tahir Salahovun həyat və yaradıcılığına işıq salan kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə nəşr edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə görkəmli rəssam Tahir Salahov haqqında “Dialoq” adlı kitab işıq üzü görüb.
AZƏRTAC xəbər ki, rus dilində, nəfis tərtibatla nəşr edilmiş kitab Azərbaycanın, SSRİ-nin, habelə Rusiyanın Xalq rəssamı, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ və Rusiya Dövlət Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti Tahir Salahovla dialoq janrında yazılıb. Kitabın müəllifi musiqişünas, pedaqoq, və publisist Raya Abbasovadır. Müəlliflə “Dialoq”da Tahir Salahov yaşadığı çətin və şərəfli ömür, həmçinin həyatının fərqli dövrləri ilə bağlı səmimi etiraflar edir, fikirlər səsləndirir.
Kitab Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın böyük sənətkar Tahir Salahova 90 illik yubileyi münasibətilə ünvanladıqları məktublarla açılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva “Böyük sənətkarın dünyası” sərlövhəli məqaləsində rəssam Tahir Salahovun yaradıcılığının özəlliyindən, əsərlərinin qəhrəmanlarına məxsusi yanaşmasından bəhs edilir. Leyla xanım yazır ki, rəssamın qəhrəmanlarını - neftçiləri, fəhlələri, həkimləri, yazıçıları, bəstəkarları, musiqiçiləri, artistləri, din nümayəndələrini, doğmalarını və yaxınlarını peşələrinə məhəbbət və sadiqlik birləşdirir. Ən əsası isə onların heç biri xəyali personaj deyil, hamısı rəssamın həyatında iz qoymuş insanlardır.
“Dialoq” kitabı rəssamın həyat və yaradıcılığının önəmli məqamlarını əks etdirən fotoşəkillərlə, fırçasının məhsulu olan əsərlərlə müşayiət olunur. Dünya şöhrətli sənətkar Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Onun əsərləri mötəbər muzey və qalereyalarda, eləcə də şəxsi kolleksiyalarda saxlanılır. Tahir Salahov məşhur insanların, məsələn, Üzeyir Hacıbəyli, Qara Qarayev, Dmitri Şostakoviç, Mstislav Rostropoviç, Səttar Bəhlulzadə, Fikrət Əmirov, Rəsul Rza, Aleksandr Soljenitsın və başqalarının portretlərini çəkib. Bu əsərlərin sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti xüsusi yer tutur. Rəssam Ulu Öndərin portretini böyük sevgi ilə, xüsusi məharətlə işləyib.
Tahir Salahov realist rəssam kimi tanınır. Onun rəssamlıqda “sərt üslub”un banilərindən biri kimi yaratdığı sənət nümunələrində insan taleyi vasitəsilə dünyaya, həyata baxışı və fəlsəfi düşüncələri rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapıb. O, fikir və düşüncələrini fırça ilə çox aydın və anlaşıqlı, obrazlı şəkildə çatdıran qüdrətli sənətkardır.
Dahi sənətkarın tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır. Onun yaratdığı hər bir portret, peyzaj fəlsəfi əsər təsiri bağışlayır.
Tahir Salahov mahir rəssam olmaqla yanaşı, həm də görkəmli ictimai xadim, pedaqoqdur. Onun çoxşaxəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Tahir Salahov ölkəmizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeninə layiq görülüb. O, həmçinin Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimidir.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2012-ci ildə İçərişəhərdə ustad sənətkarın ev-muzeyi yaradılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov qeyd edir ki, bu gün muzey qədim şəhərdə ən çox ziyarət olunan məkanlardan, əsas incəsənət və mədəniyyət mərkəzlərindən biridir. Ekspozisiyada nümayiş etdirilən 700-dən çox eksponat rəssam tərəfindən muzeyə hədiyyə olunub.
Maraqla oxunan “Dialoq” kitabı Tahir Salahov yaradıcılığına göstərilən diqqətin daha bir təzahürü olmaqla yanaşı, onun bənzərsiz irsinin gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

