Mikayıl Müşfiq adına Poeziya evinin yaradılması təklif olunub
28.01.2020 [09:51]
Yanvarın 26-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin doğulub boya-başa çatdığı ünvanda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı şairin yaradıcılığından söhbət açıb. Bildirib ki, Müşfiq yaradıcılığının çiçəkləndiyi bir vaxtda repressiyanın qurbanı olub. Şair həyatdan erkən getsə də, özündən sonra ədəbiyyatımız, xalqımız üçün xeyli sayda əsərlər, böyük bir ədəbi irs qoyub.
Şairin vəfatından sonra onun evində yaşamış Səfər Hüseynov qeyd edib ki, indiyə qədər Mikayıl Müşfiqin yaşadığı məkan barədə müxtəlif fikirlər söylənilir. Şairin Bakının Çadrovı (indiki Mirzağa Əliyev) küçəsində, Xızıda və digər yerlərdə yaşadığı söylənilsə də, bunların heç biri həqiqətə uyğun deyil. Mikayıl Müşfiq repressiya olunana qədər ailəsi - ata-anası, bacı-qardaşları ilə Dağlı məhəlləsində, keçmiş İkinci Sovet küçəsindəki 6 nömrəli evdə yaşayıb. “Mənim valideynlərim, ailəmizdə doğulan uşaqlar da o həyətdə yaşayıblar. Mən də 1947-ci ildə həmin evdə doğulmuşam. Müşfiq repressiyaya məruz qalıb güllələnəndən sonra onun bacısı Balacaxanım sürgün olundu. O, sürgündən qayıdanda atam iki otağımızın birini yaşamaq üçün ona verdi. Bir evdə bir ailə kimi yaşadıq. Yaxşı olardı ki, onun yaşadığı yerdə təpənin başında, üzü Xəzərə ya ev-muzeyi, yaxud da Mikayıl Müşfiq adına Poeziya evi yaradılsın, qarşısında heykəli, ya da büstü qoyulsun. Onda tarixi həqiqət öz yerini tapar. Əgər istəyimiz baş tutarsa, şairin ruhu da şad olar. Onu harada yad edirlər etsinlər, şairin ruhu doğuldu yerdə dolanır. Əgər həmin ərazidə Müşfiqin ev-muzeyi, yaxud M.Müşfiq adına Poeziya evi yaradılarsa, bura bir növ şairin ruhunu ziyarət yeri olar”, - deyə S.Hüseynov əlavə edib.
Tədbirdə çıxış edən professor Fuad Məmmədov, Cabir Novruz adına Fondun prezidenti Cavanşir Qurbanov və Xalq artisti, kamança ustası Şəfiqə Eyvazova M.Müşfiqin yaradıcılığından söhbət açıblar. Bildiriblər ki, lirik, romantik şairin bütün şeirlərində yeni həyata çağırış var. O, milli-mənəvi dəyərlərə, xalq yaradıcılığından bəhrələnməyə üstünlük verib. M.Müşfiq vətənini çox sevirdi. “Ölkəm”, “Ey Dan ulduzu!”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və başqa bu kimi əsərlər şairin yurduna, Vətəninə bağlılığının bariz nümunəsidir.
Sonda şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41

