Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19.11.2019 [10:10]
Martin Cavanşiri: Fəxr edirəm ki, mənim ulu babam Cəlil Məmmədquluzadədir
Görkəmli yazıçı-dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri Azərbaycana gəliblər. Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfədir doğma vətəndədirlər. Məlumat üçün bildirək ki, onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib. Polşadan gəlmiş qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində və İçərişəhərdə olublar. Qonaqlar Azərbaycanın bir qrup ziyalısı ilə birlikdə dünən dahi yazıçının Fəxri xiyabandakı məzarını ziyarət ediblər, eyni zamanda, ədibin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonrakı açılış mərasimində olublar.
Səfər çərçivəsində qəzetimizə açıqlama verən Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri ulu babasına göstərilən bu diqqətə görə Azərbaycan xalqına və dövlət başçısına öz təşəkkürünü bildirib: “Ulu babam Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə Bakıya gəlmişəm. İlk dəfədir ki, Azərbaycana səfər edirəm. Burada olduğum üçün çox sevincliyəm. Azərbaycan xalqının qonaqpərvərliyinin və səmimiliyinin şahidi oldum. Burada olduğum iki gün ərzində ulu babam haqqında çox zəngin informasiyalar əldə etdim. Bildiyiniz kimi, bu gün ulu babamın məzarını ziyarət etdik və ev muzeyinin təmirdən sonra açılışında olduq. Mən təsəvvür etməzdim ki, ona Azərbaycanda bu qədər sevgi var. Azərbaycan xalqı, mədəniyyəti üçün nə qədər önəmli insan olduğunu öyrəndim. Ulu babam haqqında bir çox məlumatlar əldə etdim. Fəxr edirəm ki, ulu babam Azərbaycan xalqının bu qədər sevgisini qazanıb. C.Məmmədquluzadəyə ehtiramla yanaşdıqları üçün Azərbaycan xalqına və dövlət başçısına minnətdarlığımı bildirirəm”.
“Əfsuslar olsun ki, ulu babamın anadan olduğu ölkədən uzaq düşdüm. Ümid edirəm ki, bu səfərlər davamlı olacaq. Bundan sonra sizin, həmçinin də mənim ölkəm olan Azərbaycan haqqında daha dərindən öyrənməyə çalışacağam. Oğlum da mənimlə birlikdə gəlib. Ümid edirəm ki, oğlumun daha çox vaxtı olacaq ki, mən əldə etmədiyim məlumatları o əldə etsin”, -deyə M.Cavanşiri əlavə edib.
Həmsöhbətimiz həmçinin hava limanında qarşılaşdığı maraqlı məqamı da oxucularımızın diqqətinə çatdırıb: “Polşadan Azərbaycana gəlmək üçün viza aldım. Hava limanının əməkdaşları pasportuma baxan kimi soyadımdan dərhal bildilər ki, mən Cəlil Məmmədquluzadənin nəticəsiyəm. Mən fəxr edirəm ki, mənim ulu babam Cəlil Məmmədquluzadədir”.
Xatırladaq ki, 2019-cu il yanvarın 17-də Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

