Yeni teatr mövsümü nə ilə yadda qalacaq?
06.09.2019 [08:42]
Azərbaycan tamaşaçılarını zəngin və maraqlı repertuarlar gözləyir
Artıq teatrlarımız yeni mövsümə start verməyə hazırlaşır. Ötən mövsümlərdə olduğu kimi, yenicə qədəm qoyduğumuz ayda da teatrlarımız tamaşaçılara maraqlı anlar vəd edir. Sənətçilər tamaşaçıların qarşısına yeni səhnə əsərləri ilə çıxmağı planlaşdırırlar.
Milli Dram Teatrı bu mövsüm də həm dünya, həm də Azərbaycan klassik tamaşalarına ev sahibliyi edəcək
Yeni teatr mövsümünü sentyabrın 21-də sənət ocağının tarixinə silinməz sətirlərlə yazılmış “Qarabağnamə” tamaşası ilə açan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 147-ci mövsümdə tamaşaçılara həm dünya, həm də Azərbaycan klassikasından tamaşalar təqdim edəcək. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, sentyabr ayının repertuarına sentyabrın 22-də Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” tamaşası salınıb. Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı və başqalarının yer alacağı səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.
Bundan başqa, sentyabrın 26-da “12-ci gecə və ya hər nə istəsəniz”, 27-də “Bir, iki, bizimki” tamaşaları nümayiş olunacaq. Həmçinin 28-də “Manqurt”, 29-da isə “Şah Qacar” tamaşaları təqdim olunacaq.
Opera və Balet Teatrında mövsümün ilk səhnə əsəri - “Koroğlu”
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı isə 111-ci teatr mövsümünü sentyabrın 19-da “Koroğlu” operası ilə açıq elan edəcək. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva bildirib ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Ötən mövsüm teatrda hazırlanan Fikrət Əmirovun “Nəsimi” baleti bu mövsüm də repertuara daxil edilib. Səhnə əsəri sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq. “Nəsimi” baleti böyük şairin 650 illiyi münasibətilə ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.
Bundan başqa, teatrda sentyabrın 21-də “Bohema”, 22-də “Nəsimi”, 25-də isə “O olmasın, bu olsun” (Gəncə) nümayiş olunacaq. Həmçinin sentyabrın 28-də “Jizel”, 29-da “Leyli və Məcnun” teatrsevərlərin ixtiyarına veriləcək.
Musiqili Teatrın 110-cu yubiley mövsümü
Azərbaycan Dövlət Musiqili Teatrı 110-cu yubiley mövsümünü sentyabrın 20-də “O olmasın, bu olsun”la açacaq. Sentyabrın 21-də “Ər və arvad”, 22-də “Arşın mal alan” əsərləri sərgilənəcək. Sənət ocağının yaradıcı kollektivi sentyabrın 27-də macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettasını rusdilli teatrsevərlərin ixtiyarına verəcək. Səhnə əsəri Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq. Tamaşada baş rolu Belarus Musiqili Teatrının solisti Marqarita Aleksandroviç ifa edəcək.
Bundan başqa, tamaşaçılar sentyabrın 28-də “Qodonun intizarında”, 29-da isə “999-cu gecə”ni izləyə biləcəklər.
Kukla Teatrı yeni mövsümə “Cırtdan”la başlayacaq
Yeni və fərqli səhnə nümunələri vəd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti sevimli tamaşaçıların qarşısına sentyabrın 15-də çıxacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova qəzetimizə bildirib ki, mövsümə sentyabrın 15-də “Cırtdan” tamaşası ilə başlanılacaq. Tamaşa şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanıb. Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli kukla tamaşası balaca teatrsevərlərin ixtiyarına veriləcək.
Yeni tamaşalara gəlincə, teatrda Azərbaycan xalq nağılı “Yeddi nar çubuğu” əsasında yeni nümunə hazırlanır. Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi ilə ərsəyə gələcək tamaşada klassik nağıl-tamaşa, vizual elementlərlə ənənəvi kukla üslubunun sintezi təqdim olunacaq. Həmçinin ilin sonunadək “Kitabi-Dədə Qorqud” dastanı əsasında türkiyəli dramaturq Hasan Erkekin yazdığı “Adını qazanan oğlan” pyesi də səhnə həllini tapacaq. Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verir.
“YUĞ” Teatrının 30 illiyi qeyd ediləcək
Azərbaycan Dövlət “YUĞ” Teatrı isə mövsümü sentyabrın 28-də U.Şekspirin “III Riçard” əsəri əsasında hazırlanan “Lənət” tamaşası ilə açacaq. Yeni redaksiyada təqdim olunacaq tamaşada cəmi dörd obraz iştirak edəcək. Səhnə əsəri bolqar rejissoru Xristo Stoyçevin quruluşunda təqdim olunacaq.
Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov deyib ki, yeni teatr mövsümündə “YUĞ” Dövlət Teatrı 30 illiyini qeyd edəcək. Bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq yubiley tədbiri ilin sonlarına planlaşdırılır. Bununla yanaşı, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulur.
Bununla yanaşı, sentyabrın 29-da H.İbsenin “Vahimə” pyesi əsasında səhnələşdirilən “Vəsvəsə” tamaşası nümayiş olunacaq.
Pantomimasevərlər mövsümü “Kişilər və qadınlar”la açacaq
Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə mövsümü sentyabrın 14-də “Kişilər və qadınlar”la açacaq. Sentyabrın 15-də Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşada iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həm də kədərli əhvalatlardan danışılır. Həmçinin tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.
Eyni zamanda, sentyabrın 21-də “Underground”, 22-də “Kişilər və qadınlar” 28-də “İt gəzdirən xanım”, 29-da isə kişi və qadın mövzusundan bəhs edən ikinəfərlik “Dejavü” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

