/ / Heydər Əliyev Fondunun Xəzərin sahilində təşkil etdiyi şənlik uşaqlara unudulmaz bir gün yaşatdı
Heydər Əliyev Fondunun Xəzərin sahilində təşkil etdiyi şənlik uşaqlara unudulmaz bir gün yaşatdı
04.07.2019 [09:53]
İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birində - “Dalğa Beach” istirahət mərkəzində bir araya toplayıb. Fondun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss ediblər, günəşli günlərin qayğısız anlarını yaşayıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə bu şənliyə qoşulub.
Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak ediblər, bu isti yay günündə hovuzda üzüblər, onlar üçün hazırlanmış müxtəlif əyləncə proqramları ilə maraqlı asudə vaxt keçiriblər, ətrafdakılarla sevinclərini bölüşüblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət edib, onlar üçün təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, hər biri ilə şəkil çəkdirib. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüblər, burada yeni dostlar qazandıqlarını söyləyiblər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinləri ilə görüşə növbəti hədiyyəsi ilə gəlib, onlara maraqlı və unudulmaz bir gün yaşadıb.
Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla birgə rəqs edib.
Hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub. Şənlikdə 200-yə yaxın uşaq iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

