Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Musiqili Komediya Teatrı maraqlı səhnə əsərlərini təqdim edəcək

Musiqili Komediya Teatrı maraqlı səhnə əsərlərini təqdim edəcək

01.10.2009 [10:44]

Yeni teatr mövsümünə başlayan Dövlət Musiqili Komediya Teatrında tamaşaçılara adəti üzrə bir-birindən maraqlı səhnə əsərlərinin təqdimi planlaşdırılıb. Belə ki, oktyabr ayının 2-də teatrsevərlərə O.Rəcəbov və A.Babayevin “Şeytanın yubileyi” tamaşası təqdim olunacaq. Ertəsi gün və oktyabrın 31-də S.Fərəcov və  Ə.Nesinin (libretto O.Qurbanov) “Şəhərdə manyak var” tamaşası nümayiş olunacaq. Oktyabr ayının 4-də, saat 12-də azyaşlı tamaşaçılar üçün R.Ağayeva və A.Xaytın “Nu volk, poqadi!” tamaşası göstəriləcək. Həmin gün axşam dahi üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası təqdim olunacaq. Oktyabr ayının 9-da isə S.Ələsgərov və İ.Məlikzadənin “Kələkbazlar” tamaşası nümayiş olunacaq. Ertəsi gün tamaşaçıların ixtiyarına C.Quliyev və Ə.Əmirlinin “Yeddi məhbusə anası” səhnə əsəri veriləcək. Oktyabrın 11 və 18-də ü.Hacıbəylinin “Arşın mal alan” tamaşası göstəriləcək. Ayın 16-da R.Hacıyev, F.Zöhrabov və E.Ocaqovun müştərək işi olan “Talelər qovuşanda” səhnə əsəri göstəriləcək. Tamaşaçılar oktyabrın 17-də Musiqili Komediya Teatrında S.Ələsgərov və İ.Məlikzadənin “Hərənin öz ulduzu” tamaşasına baxa biləcəklər. Oktyabrın 23-də S.Ələsgərov və Ş.Qurbanovun “Milyonçunun dilənçi oğlu” tamaşası təqdim olunacaq. 24 oktyabr tarixində isə F.Sücəddinov və T.Vəliyevanın “Mən dəyərəm min cavana” səhnə əsəri nümayiş olunacaq. Teatr səhnəsində oktyabrın 25-də R.Mirişli və M.Haqverdiyevin “Qısqanc ürəklər” tamaşasını seyr etmək mümkün olacaq. Oktyabr ayının 30-da M.Məmmədov “Matəm marşı yaxud gözünüz aydın” tamaşası nümayiş olunacaq. Sonda qeyd edək ki, tamaşalar 19:00-da nümayiş etdirilir və biletlərin qiyməti 3-5 manat arasındadır.

Paylaş:
Baxılıb: 1333 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30