Heydər Əliyev Mərkəzinin parkında “Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib
20.03.2018 [09:25]
Martın 19-da Heydər Əliyev Mərkəzinin parkında “Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə müasir incəsənət nümunələri - baharın rəmzi olan səməni və Novruz bayramına həsr olunmuş monumental əsərlər təqdim edilib.
Sərginin açılış mərasimində çıxış edən Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov burada yer alan əsərlərin rəssamların yüksək istedadından xəbər verdiyini söyləyib: “Bu əsərlərə baxdıqca bizdə nə qədər yaradıcı gənclərin olduğu aydın görünür. Onların istedadına valeh olmamaq mümkün deyil. Bu gənclər Azərbaycan xalqının milli bayramlarına həsr edilən beynəlxalq sərgilər, yaxud başqa bir əlamətdar hadisə münasibətilə keçirilən sərgilər üçün çox gözəl əsərlər yarada bilirlər. Təqdim edilən sərgi mövzunu orijinal formada rəmzləşdirməkdə rəssamların yüksək istedadını və bacarığını nümayiş etdirir”.
Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Ömər Eldarov sərgilənən əsərlərdə Novruzun, yeni ilin, baharın gəlişinin əksini tapdığını qeyd edib. Bu cür sərgilərin təşkilinin ənənəyə çevrildiyini diqqətə çatdıran akademik deyib: “Biz hər dəfə bu cür sərgilərdə orijinal, gözəl işlərə baxanda yaradıcı gənclərimizlə qürur duyuruq. Bu sərgidə iştirak edən rəssamların hamısı istedadlıdır. Onların hamısını mükafatlandırmaq olardı. Lakin müsabiqənin öz şərtləri var. Bütün işlər, xüsusən qalib əsərlər ən yüksək qiymətə layiqdir”, - deyə Ö.Eldarov bildirib.
Daha sonra Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və layihənin koordinatoru Emin Məmmədov qalibləri mükafatlandırıblar. Sabit Zamanov birinci, Nərmin Abdullayeva ikinci, Orxan Qarayev və Renate Verbruq (Yeni Zelandiya) üçüncü yerə layiq görülüblər.
Rəsmi açılış mərasimindən sonra sərgiyə baxış olub. Mərkəzin parkında Azərbaycan və digər ölkələrdən olan rəssam və heykəltəraşların 20-dək əsəri nümayiş edilir.
Qeyd edək ki, Sabit Zamanovun əsərinin konsepsiyası alovla bağlıdır. Bu əsəri səkkiz günə ərsəyə gətirən rəssamın fikrincə, milli adət-ənənələrimiz, o cümlədən Novruzun atributlarından olan səməni ilə bağlı sərgi-müsabiqə keçirmək çox gözəl təşəbbüsdür. Həmçinin belə sərgilər yeni-yeni istedadları üzə çıxarır.
Sabit Zamanov səməni və ya Novruzla bağlı digər atributu motiv olaraq götürür və özünəməxsus şəkildə işləyir. “Ola bilər ki, yaratdığım əsərdə sırf bayram ənənəsi hiss olunmasın. Çünki milli elementi götürüb ona qlobal yanaşıram. Bu, həm də milli motivin daha böyük auditoriyaya çatdırmağın ifadəsidir”, - deyə rəssam söyləyir.
Rəssam Nərmin Abdullayevanın fikrincə, Novruzun səməni, boyanmış yumurta kimi atributları rəssamlar tərəfindən çox işlənib: “Seçdiyim motiv xoruz döyüşü oldu. Bayramda buna həm uşaqlar, həm də böyüklər maraqla baxırlar. Digər tərəfdən, düşündüm ki, bu mövzuda rəngarəng bir əsər yaratmaq mümkündür”.
Layihə milli adət-ənənələri, dəyərləri yaşatmaq və yeni nəslə çatdırmaq, eyni zamanda, müasir incəsənətin inkişafına dəstək məqsədi daşıyır.
Qonaqlar modern, bayram ovqatına özünəməxsus çalar qatan sərgiyə baxmaqla yanaşı, parkda təşkil olunan bayram şənliyində də iştirak ediblər.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzi 2014-cü və 2015-ci illərdə də Novruz bayramına həsr olunmuş layihə həyata keçirərək “Səməni” beynəlxalq incəsənət müsabiqəsi və sərgisi təşkil etmişdi.
Beləliklə, bu bayram günlərində də şəhər sakinləri və qonaqlar Heydər Əliyev Mərkəzinin parkında Novruz atributlarını fərqli format və baxış bucağından görə biləcəklər.
Sərgiyə giriş sərbəstdir.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

