Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti olacaq
11.10.2016 [10:00]
Məşhur Vyana Ştraus Festival Orkestri dekabrın 1-də Heydər Əliyev Mərkəzində “Mənim həyatım: sevgi və şövq” adlı konsert proqramı ilə çıxış edəcək.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, “Valsın kralı” İohan Ştrausun, həmçinin digər Vyana klassiklərinin - ata İohan Ştraus, Karl Mixael Tsirer, Robert Stolz, İmre Kalman, Luici Arditi, Yozef Ştraus, Eduard Ştraus və Frans Leharın əsərləri ifa olunacaq.
Orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsertdə skripkada ifa edərək dirijorluq edəcək.
Proqramda operettalardan parçalar orkestrin solisti Elizabet Yarman (soprano) tərəfindən təqdim olunacaq.
Qeyd edək ki, bu, Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində ikinci konsertidir. Kollektiv ilk dəfə Mərkəzin səhnəsində 2014-cü ildə çıxış edib və tamaşaçılara bayram əhval-ruhiyyəsi yaşadıb.
Ştraus Festival Orkestri Vyananın əsl musiqi ənənələrinin qoruyucusu, Avropanın aparıcı musiqi kollektividir. 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin rəsmi orkestridir. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalını bu orkestr açır.
Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinə biletlərin qiyməti 20, 30, 40, 60, 80, 100 və 120 AZN-dir. Biletləri Mərkəzin kassasından əldə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
YAP xəbərləri
19 Sentyabr 22:58

