/ / “ÜNS” Yaradıcılıq Səhnəsi tanınmış teatr rejissoru Roman Viktyukun qeyri-adi yaradıcılıq gecəsini keçirib
“ÜNS” Yaradıcılıq Səhnəsi tanınmış teatr rejissoru Roman Viktyukun qeyri-adi yaradıcılıq gecəsini keçirib
04.06.2016 [09:29]
Xəbər verdiyimiz kimi, mayın 31-dən iyunun 1-dək Roman Viktyukun teatrı “ÜNS” Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Gümüş əsrin tanınmış şairi Mixail Kuzminin orijinal versiyasında “Çəkməli pişik” və dramaturq Pavlo Ariyenin Çernobıl AES zonasında ekoloji fəlakətdən sonra adi insanların həyatından bəhs edən “Zamanların əvvəli və sonunda” tamaşalarını böyük müvəffəqiyyətlə təqdim edib.
AZƏRTAC xəbər verir ki, iyunun 2-də “ÜNS” Yaradıcılıq Səhnəsində Roman Viktyuk ilə görüş olub.
Bu ilin oktyabrında 80 illiyini qeyd edəcək Roman Viktyukun yaradıcılıq gecəsi anşlaqla keçib. Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət, incəsənət, elm və təhsil nümayəndələri iştirak ediblər.
Tanınmış teatr rejissoru, Rusiyanın Əməkdar İncəsənət Xadimi, Ukraynanın və Rusiyanın Xalq Artisti Roman Viktyuk sanki bir göz qırpımında keçən iki saatlıq gecə ərzində yaradıcılıq bioqrafiyasının maraqlı xatirələrini tamaşaçılarla bölüşüb, gecəyə qatılan insanlarla səmimi ünsiyyətdə olub, onların suallarını cavablandırıb.
Qonaqlara Roman Viktyukun yaradıcılığından videofraqmentlər təqdim edilib.
Roman Viktyukun Daniil Harmsın povesti əsasında “Qarı” monotamaşasındakı möhtəşəm aktyorluq məharəti tamaşaçılar üçün sürpriz olub.
Əgər XX-XXI əsrlərdə dünya teatrının tam tarixi nə vaxtsa nəşr olunsa, əsas fəsillərdən biri mütləq Roman Viktyuka həsr ediləcək. Yeni inqilabi teatr üslubunun banisi. Köhnə ənənələri dağıdan və yenilərini yaradan ustad. Postmodern incəsənətinin mütləq klassiki. Əfsanəvi adam. Qalmaqallı adam. Məhəbbət dolu adam. Nur saçan adam. Qalaktika-adam.
Vsevolod Meyerxoldun, Aleksandr Tahirovun və Nikolay Yevreinovun qeyri-məişət teatrının ənənələrinin ən mahir və dürüst davamçısı. XX əsrin bədii təcrübəsi əsasında tamaşa hazırlanmasının və aktyorların səhnədə mövcudluğunun özünəməxsus irrasional və energetik prinsiplərini işləyib hazırlayan böyük rejissor. Teatr institutlarının icbari proqramına çoxdan və əsaslı daxil olan prinsiplər, eləcə də özlərini bu və ya digər dərəcədə onun yetirmələri sayan bir çox tanınmış rejissorların müəllif dəsti-xətti.
Bütün zəmanələrin dahi müəlliflərinin işıq və enerjisinin keçiricisi və yayımlayıcısı. Tamaşaçıya çox vaxt özü də hiss etmədən daxilində kök salan bütün komplekslərini başa düşməsinə və onlardan qurtulmasına kömək edən rəssam.
Roman Viktyukun rejissorluğuna laqeyd yanaşmaq mümkün deyil. Onu ya qəbul etməmək (daha doğrusu başa düşməmək), ya da növbəti premyerasına baxmaq üçün aylarla bilet dalınca sürünmək, tamaşadan sonra isə pərdə arxasına keçib səxavətlə tamaşaçı ilə bölüşdüyü teatr möcüzəsinə görə ona şəxsən təşəkkür etmək olar. O, uzun sürən rejissorluq fəaliyyəti dövründə dünyada 200-dən çox tamaşa qoyub, bir çox böyük aktyor və müəlliflərlə işləyib. Onu hər yerdə sevir və gözləyirlər!
Yaradıcılığı boyu hər növ riyakarların ona qarşı irəli sürdükləri növbənöv ittihamları sayıb qurtarmaq mümkün deyil. Onlar hətta ustadın televiziya ekranından sadəcə parlayan xumar gözlərini görəndə əsəbləşirlər: “Yenə də bu Viktyuk! Bununla bacarmaq mümkün deyil! Yenə də o!”. O isə yalnız xəfif gülümsəyərək, yolverilməz söz burulğanını növbəti dəfə xüsusi nəşə ilə tamaşaçı salonuna ünvanlayaraq “Bu, sizin hətta özünüzə etiraf etməyə cəsarət etmədiyiniz kompleks və fobiyalarınızdır!” deyir. Yenə də tamaşaçısını bu kompleks və fobiyalardan xilas edir. Bunu bəzən hətta zor gücünə edir.
O və yenə də o. Ustad. Müəllim. Parlaq və özünəməxsus. Qalmaqallı və dəlisov. Sanki ovuc içi kimi görünür, amma heç kim tərəfindən axıradək başa düşülməyib. Müəmmalı. Müstəsna. Maestro, sizin çıxışınızdır!
Budur o, sizin qarşınızdadır. Altdan qara və ipək, üstdən qara və dəri libasda. Qara eynəkdə, yaxud onsuz. Roman Qriqoryeviç, ixtiyar sahibisiniz. Bəlkə də ağlasığmaz əlvan ipək pencəkdə.
Müxtəlif və bir-birinə bənzəməyən bütün tamaşalarında o, həmişə bir əsas meyarı - Məhəbbəti təbliğ edir. Bu, məhz həmin universal sirdir ki, açmağa nə qədər çalışsan da sirr olaraq qalır.
Gecənin sonunda Roman Viktyuk Azərbaycanın gözəl paytaxtına növbəti dəfə gəlmək və öz sənətini bakılılara təqdim etmək fürsətinə görə “ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayevaya təşəkkürünü bildirib.
Professor Nərgiz Paşayeva səmimi sözlərə görə təşəkkür edərək deyib:
- Roman Qriqoryeviç, XX əsrin ikinci yarısında insanların şüurunda inqilab edən əlli şəxsiyyətdən biri sayılan teatr sehrbazı, böyük estet və böyük ustaddır. Ən adi qadın da ustadın yanında özünü azacıq Marqarita hesab edir. Roman Qriqoryeviç, mən də Sizinlə, Sizin yaradıcılığınızla tanış olduğum bütün bu illər ərzində həmişə özümü sizin yanınızda azacıq Marqarita hiss etmişəm. Səhnə böyük qüvvədir. Səhnə var, həyat da var. Siz həm səhnədə böyük ustad, həm də həyatda böyük insansınız! Bu səadət hər kəsə nəsib olmur. Siz saxtakarlıqdan və gizli mətləblərdən uzaq çox səmimi və dürüst ustadsınız. Gizli mətləbiniz var, amma o bədiidir. Obrazlarınız var, amma bu obrazlar uydurulmuş olsa da, səmimi və həqiqidirlər. Siz başdan-ayağa busunuz. Mən sizi çox sevirəm və Bakıya gəldiyinizə, şəhərimizin, teatrımızın, doğma və əziz tamaşaçılarımın həyatında iştirak etdiyinizə görə Sizə minnətdaram.
Gecə Roman Viktyukun teatrının aktyoru İqor Nevedovun improvizə edilmiş çıxışı ilə başa çatıb. O, Sergey Yeseninin “Əlvida, Bakı!” şerini ürəkdən oxuyub.
Roman Viktyuk teatr səhnəsinin Maestrosunu gurultulu alqışlarla qarşılayan, onu gül-çiçək yağışına qərq edən tamaşaçılarla çox mehriban vidalaşıb. Ona tamaşaçı məhəbbətini bu sözlərlə ifadə etmək olar: “Biz sizi yenə də Bakıda gözləyirik!”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57

