/ / YARAT-ın “Səmadan bir damla” 3-cü pablik-art festivalı çərçivəsində növbəti layihə təqdim olunacaq
YARAT-ın “Səmadan bir damla” 3-cü pablik-art festivalı çərçivəsində növbəti layihə təqdim olunacaq
23.06.2015 [09:24]
YARAT Müasir İncəsənət Məkanının “Səmadan bir damla” 3-cü pablik-art festivalı çərçivəsində iyunun 26-da Fərhad Fərzəliyevin “Göydə göy-göyərti göyərdi” adlı neon işıqlı bilbord layihəsi təqdim olunacaq. Layihə Bakı metropoliteninin “28 May” stansiyasının çıxışında reallaşdırılacaq.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 5-dək davam edəcək pablik-art festivalında rəssamlar Vafaa Bilal, Ergin Çavuşoğlu, Fərhad Fərzəliyev və Nəzrin Məmmədova iştirak edirlər.
Təqdim olunan əsərlər şəhərin müxtəlif yerlərində nümayiş etdiriləcək. Eksponatlar internet vasitəsilə də nümayiş olunacaq, yəni festival çərçivəsində virtual pablik-art platforması hazırlanacaq. Festival tədris proqramının tədbirləri ilə müşayiət ediləcək, o cümlədən Kino Klubun toplantıları, sənətkarlarla görüşlər, ikihəftəlik praktiki məşğələ və Londonda fəaliyyət göstərən AA Memarlar Birliyinin (AA - Architecture Association) əməkdaşlığı ilə bu təşkilatın müəllimləri olan memarlar Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında AA-Baku məktəbi təşkil olunacaq.
Guggenheim UBS MAP layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə əlaqələndiricisi, YARAT-ın tədris üzrə direktoru Sara Razanın kuratorluğu ilə hazırlanmış bu festival hazırda Bakı və onun ətrafında təbiət, elm və texnologiya ilə bağlı cərəyan edən sürətli dəyişikliklərin müasir sənətkarlar və seyrçilər tərəfindən necə qəbul olunduğunu araşdırır. Festival rus futuristi Velimir Xlebnikovun şeiriyyət və təfəkkür örnəklərindən ilhamlanaraq, poeziya, fəlsəfə, astronomiya, məntiq və qeyri-məntiqi təzahürlərlə bağlı ideyaları araşdırır. Böyük ticarət mərkəzi və liman olmuş şəhərin zəngin tarixinə, eləcə də onun son zamanların yeniləşmələrinə müraciət edərək, “Səmadan bir damla” həm keçmişə, həm də gələcəyə uzanan nostalji, eləcə də qədimlə müasirliyin kəsişdiyi nöqtəyə dair ideyalarla səsləşir.
Fərhad Fərzəliyevin “Göydə göy-göyərti göyərdi”(Green Grass in the Sky Turned Blue, 2015) adlı neon işıqlı bilbord layihəsi dil və lirika zərrələri ilə oynayan poetik bir yanıltmacdır. Reklam mətnlərinin dilini yamsılayaraq, neonla yazılmış sözlərdə eyni sait səslərin dəfələrlə təkrarlanması vasitəsilə müəllif ictimaiyyət qarşısına çıxarılan reklam şüarlarının bəzən necə mənasız mətn, dil və alliterasiya ilə hazırlandığını araşdırır. Yerlə göy arasındakı əlaqəni tərs çevirərək, rəssam tamaşaçıları həm məntiq, həm dilçilik baxımından dolaşdırmaq, hər gün gözümüzə batan reklam yazılarına yumoristik şərhlə yanaşmaq istəyir.
Fərhad Fərzəliyev 1989-cu ildə Bakıda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə bitirib və təsviri sənət üzrə magistr dərəcəsini qazanıb. Əsasən instalyasiya texnikasında çalışır, ancaq rəngkarlıq, qrafika, fotoqrafiya və səs vasitəsilə də əsərlər yaradır. Fərhad Fərzəliyev 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2013-cü ildən isə YAY Qalereyasının və YARAT Müasir İncəsənət Mərkəzinin üzvüdür. O, Birləşmiş Ərəb Əmirliklərində Şarja İncəsənət Muzeyində keçirilən 16-cı İslam İncəsənət Festivalında qrup sərgisində iştirak edib. Əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır. Fərhad Fərzəliyev hazırda Bakıda yaşayıb yaradır.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

