Heydər Əliyev Mərkəzində “Cracking art” və “Səməni” Beynəlxalq İncəsənət Sərgisi açılıb
19.03.2015 [09:53]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib
Xalqımız Novruz bayramını böyük sevinclə qeyd edir. Bu əziz günlərdə şəhərimizin sakinləri və paytaxtımızın qonaqları Heydər Əliyev Mərkəzinin parkında maraqlı sərgilərlə tanış ola biləcəklər.
AZƏRTAC xəbər verir ki, martın 18-də Heydər Əliyev Mərkəzinin parkında “Cracking Art” və “Səməni” Beynəlxalq İncəsənət Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Avropanın məşhur “Cracking Art Group” əsərləri Mərkəzin parkında nümayiş etdirilir. “Pop-art” janrındakı nəhəng incəsənət əsərlərindən ibarət sərgi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə təşkil olunub. Layihənin məqsədi Azərbaycanda ekoloji problemlərin həllinə, flora və faunanın qorunmasına diqqəti artırmaqdır. IDEA-nın rəhbəri Leyla Əliyeva buraya toplaşan gənclərlə birlikdə sərgi ilə tanış olub.
Qeyd edək ki, 1993-cü ildə Avropanın 6 rəssamı - italiyalı Renzo Nukara (Renzo Nucara), Marko Veronez (Marco Veronese), Kikko (Kicco), fransalı Aleks Anci (Alex Angi), belçikalı Karlo Rizzetti (Carlo Rizzetti), Vilyam Svitlav (William Sweetlove) bir araya gələrək “Cracking Art Group”u yaradıblar. Bu hərəkat bütün səylərini müasir incəsənət haqda təsəvvürlərin dəyişməsinə, sənətdə sosial və ekoloji istiqamətlərdə innovativ metodlar tətbiq etməklə yenilik yaratmağa yönəldib.
Rəssamlar təkrar emal edilmiş və asan utilizasiya olunan sintetik materiallardan hazırladıqları nəhəng, parlaq rəngli heyvan fiqurları ilə ictimaiyyətin diqqətini ətraf mühitin problemlərinə yönəldirlər. “Cracking art” əsərləri bir tərəfdən diqqəti ekoloji məsələlərə çəkir, digər tərəfdən isə yeni texnologiyaların tətbiqini nümayiş etdirir.
“Cracking Art Group” öz yaradıcılığı ilə bu günədək dünyanın bir sıra şəhərlərini fəth edib. Qeyd olunan əsərlər Nyu-York, Sidney, Milan və digər şəhərlərdə nümayiş olunub.
Martın 18-də, həmçinin Mərkəzin parkında ənənəvi “Səməni” sərgisi təqdim olunub. Novruz bayramı ərəfəsində keçirilən sərgidə müasir incəsənət nümunələri - səmənilər nümayiş etdirilib. Bu sərgi Novruz günlərində izləyicilərə bayram əhval-ruhiyyəsini birlikdə yaşamağa və rəssamların Novruz ənənələrinə modern yanaşmasını təqdim edən incəsənət əsərləri ilə tanış olmağa imkan yaradır.
Səməni təbiətin oyanışını, canlanmasını təcəssüm etdirir, həyat və bolluq rəmzi hesab olunur. Qədimdə insanlar yazqabağı “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyərək taxıl cücərtməklə bolluq, bərəkət arzularını ifadə ediblər. Əsrlər keçib, sivilizasiya inkişaf edib, müxtəlif tarixi dövrlərdə yasaqlar qoyulub, lakin Azərbaycan xalqı Novruzu adət-ənənələri və rəmzləri ilə bərabər yaşadaraq çağdaş dövrümüzə qədər gətirib çıxarıb.
Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə 2009-cu il sentyabrın 30-da Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Bu baxımdan Heydər Əliyev Mərkəzinin layihəsi olan “Səməni” sərgisi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəslə çatdırmaqla yanaşı, həm də Novruzun müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğində xüsusi əhəmiyyət daşıyır.
Yola salmaqda olduğumuz qış fəsli soyuq, küləkli, yağışlı nəfəsi ilə özünü son dəfə göstərməyə çalışsa da, Mərkəzin parkına toplaşan insanların bayram əhval-ruhiyyəsi, milli musiqimizin sədaları təbiətin bu şıltaqlığına bir hərarət qatdı. Gənclər sərgilənən incəsənət əsərlərinin ətrafında toplaşır, şəkil çəkdirir, fikirlərini bölüşürdülər. Belə soyuq havada meyvə şirələrinin, isti çay və qəhvənin isə öz yeri vardı.
Tədbir çərçivəsində iştirakçılar arasında keçirilən viktorinanın qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

