Tanınmış şair Çingiz Əlioğlunun 70 illik yubileyi qeyd edilib
06.12.2014 [11:57]
Dekabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, Əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlunun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirə yubilyarın həyat yolundan bəhs edən vidomaterialın təqdimatı ilə başlanılıb.
Bütün iştirakçıları salamlayan Çingiz Əlioğlu hamıya dərin minnətdarlığını bildirib və şeirindən bir parça oxuyub.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, bu qədər insanın bura gəlməsi Çingiz Əlioğlu poeziyasının bənzərsizliyindən, ona olan sonsuz sevgidən xəbər verir.
Çingiz Əlioğlunun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açan natiq bildirilib ki, onun özünəməxsus poetik axtarışları Azərbaycanın ən tanınmış qələm adamları, ədibləri, ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib.
Bildirilib ki, geniş oxucu məhəbbəti qazanmış Ç.Əlioğlunun xidmətləri hər zaman yüksək qiymətləndirilib, o, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb, bir sıra beynəlxalq və milli mükafatlar laureatıdır. Bu günə qədər şairin doğma ana dilində və xarici dillərdə 60-dan çox kitabı nəşr edilib. Şairin ayrı-ayrı vaxtlarda dərc olunan “Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Görüşdən ayrılığa”, “Gün keçdi”, “Aynabənd, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Gecə və bahar”, “Şairlik bir sənət deyilmiş, qardaş” və s. kitabları müəllifinə ümumxalq məhəbbəti qazandırıb. Onun şeirlərinə bəstələnmiş mahnılar müğənnilərimizin repertuarını bəzəyir. Şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.
Vaqif Əliyev Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanını və nazirliyin fəxri fərmanını yubilyara təqdim edib.
Çingiz Əlioğlunun yaradıcılığına gənclik illərindən bələd olduğunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, onun poeziyası tamam fərqli, özünəməxsusdur.
Vurğulanıb ki, hər zaman sözün böyüklüyünə tapınan və onun keşiyində duran Ç.Əlioğlu bütün yaradıcılığı boyu gəncliyə əsl örnək olub, onları düz yola, səmimi olmağa, Vətəni torpağı sevməyə səsləyib.
Yubilyarı sözə və sözünə sadiq bir şair kimi xarakterizə edən Bahar Muradova ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə çıxış edən digər natiqlər ədəbiyyata ötən sərin 70-ci illərində gəlmiş Çingiz Əlioğlunu ömrünü sözə bağlayan, daima onun saflığı, müqəddəsliyi uğrunda mübarizə aparan, Azərbaycan ədəbiyyatının inkişafına çalışan, özü üslubu, öz yolu olan görkəmli qələm adamı kimi dəyərləndiriblər.
Gecədə Ç.Əlioğlunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.
Xəbər lenti
Hamısına baxSosial
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18

