Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı başa çatıb
07.11.2014 [09:40]
Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 6-da işini başa çatdırıb.
AzərTAc xəbər verir ki, konfransın sonuncu günü plenar iclaslara Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, teatr tənqidçisi, “Peterburq teatr jurnalı”nın baş redaktoru Marina Dmitrevskaya, teatr tənqidçisi, sənətşünaslıq namizədi Aydın Talıbzadə, Hindistandan Beynəlxalq Uşaq Teatrları Festivalının direktoru Ayşa Rau moderatorluq ediblər.
Gün ərzində “İran ənənəvi teatrı: təziyələrdə rəng və hərəkətin rəmzi rolu”, “Multikulturalizm-universal dəyərlər sistemində teatrın yeri”, “XXI əsrin teatrında söz əməl kimi”, “Qloballaşmış dünyada teatr”, “Multikulturalizm İtaliyada” və digər mövzularda məruzələr dinlənilib.
Vurğulanıb ki, Üçüncü Bakı Beynəlxalq Teatr Konfransının “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusu fundamental bir məsələni gündəmə gətirib.
Teatr mədəniyyət çarxını fırladan millərdən biridir. Mədəniyyət özü isə siyasi nəzəriyyə və təcrübədən təcrid oluna bilməz. Beləliklə, mədəniyyət çarxının müxtəlif milləri, o cümlədən dillər, memarlıq, musiqi, rəngkarlıq, folklor tarixi və s. mövcuddur. Bütün bu millər çarxı irəli apararkən bəşəriyyətin ən önəmli xüsusiyyətlərini multikulturalist dəyərlərə qovuşdurur.
Qeyd olunub ki, XXI əsrdə ortaya çıxan yeni reallığa bəzən üçüncü reallıq da deyirlər. Bu, bir növ teatr dilinə rəqəmsal tərcümə imkanları olan kiber dünyadır. Bu reallıq özü ilə teatr dünyasına multimedia, rəqəmsal instalyasiya gətirib. Müasir teatr zamanın diktə etdiyi mövzulara müraciət edir. Bu sıraya müharibələr, qeyri-sabit həyat, təhtəlşüurda saxlanılan niyyətlər, arzular, gizli əməllər və eyiblər, gender bərabərliyi və digər mövzular aiddir.
Hər hansı ölkənin özünəməxsusluğunu itirmədən qloballaşma prosesinə qoşula bilməsinə imkan yaradan komponentlər mövcuddur. Ən yaxşı olanı özünə hopdurmaq və özündə olanı digərlərinə göstərməyə, verməyə hazır olmaq, hamıya münasibətdə açıq olmaq, hər kəsə anlaşıqlı ola biləcək ortaq və qlobal məsələləri tapmaq və onu ifadə etmək bacarığı vacib şərtlərdəndir.
Üçüncü Bakı Beynəlxalq Teatr Konfransına yekun vuran mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki gün ərzində aparılan müzakirələrin əhəmiyyətindən, eləcə də Azərbaycan teatrının inkişaf yolundan söz açıb. Bildirib ki, Azərbaycan xalq teatrı peşəkar səviyyədə 1873-cü ildə yaradılıb. Lakin əsl intibah isə 2006-cı ildən başlanıb. Həmin ildə postsovet məkanında ilk dəfə “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul olunub. Sonrakı illərdə isə “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib. Bu səkkiz il müddətində Azərbaycan teatrı beynəlxalq teatr təşkilatlarında uğurla təmsil olunur, bu təşkilatların Bakıda illik toplantıları keçirilir.
Vurğulanıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən irimiqyaslı layihələr ölkə mədəniyyətinin inkişafına və dünyada təbliğinə əvəzsiz töhfələr verməkdədir.
Nazir müavini onu da qeyd edib ki, teatrın yaxşı olması üçün bu sənətə böyük sevgi olmalıdır. Bu sevgi insanın daxilindən gəlməlidir. Bu zalda oturan, eləcə də mədəniyyətə xidmət edən minlərlə insan yer üzündə sülhün, bərabərliyin, əmin-amanlığın elçiləridir. Gəlin birlikdə dilimizdən, dinimizdən asılı olmayaraq bu missiyanı böyük sevgi ilə yerinə yetirək.
Hər birinizi 2016-cı ildə keçiriləcək, növbəti, Dördüncü Bakı Beynəlxalq Teatr Konfransına dəvət edirəm.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

