Riqada gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin sərgisi açılıb
01.11.2014 [12:31]
Oktyabrın 30-da Latviyanın paytaxtındakı “Riqa birjası” Rəssamlıq Muzeyində gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin “Gecənin musiqisi” adlı sərgisi açılıb.
Açılış mərasimində Latviyanın sabiq prezidenti Valdis Zatlers, mədəniyyət naziri Datse Melbarde, ölkənin görkəmli mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Tanınmış latviyalı sənətşünas Helena Demakova tədbirdə çıxış edərək bildirib ki, Məryəm Ələkbərli Avropa təbiətli rəssamdır. O, əsərlərini Avropa rəssamları üçün ənənəvi olan janrlarda yaradır. Eyni zamanda, onun əsərlərində Şərq incəsənətinin çalarları da var. Latviyalı sənətşünas hesab edir ki, Məryəmin əsərlərinə çox güclü xəyal dünyası hakimdir. Bu gənc rəssam öz əsərlərində insanların duyğularını, mənzərələrin gözəlliyini, çiçəklərin təravətini çox bacarıqla canlandırır. H.Demakova deyib: “Başqa rəssamların min dəfələrlə çəkdiklərini gənc bir rəssamın necə yeni, orijinal və harmonik tərzdə çəkə bilməsini dərk etmək üçün Məryəmin əsərlərini almaq istərdim”.
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycanın və Rusiyanın görkəmli rəssamı Tahir Salahov deyib ki, Məryəm Ələkbərliyə Tanrı qüdrətindən fitri istedad verilib. Ona görə də əsərlərini qeyri-adi ilhamla yaradır və bu əsərlərdə öz hisslərini son dərəcə məharətlə canlandırır. Məryəm Ələkbərlinin əsərləri harmonikdir. Tahir Salahov deyib: “Bu gün onun yaradıcılığı yüksəlişdədir. Mən öz istedadı ilə insanları valeh edən Məryəmə minnətdaram”.
Berlin Rəssamlıq Akademiyasının professoru, alman sənətşünas İnqe Şmidte Məryəm Ələkbərli ilk tanışlığından söz açaraq deyib: “2010-cu ildə məndən xahiş etdilər ki, gənc Azərbaycan rəssamı Məryəm Ələkbərli üçün kataloqun yaradılmasına kömək edim. Kataloq üçün seçilmiş şəkillər məni cəlb etdi və razılaşdım. Sonra onun əsərlərini İstanbulda gördüm. Özümə sual verdim: görəsən, onun yaradıcılığına bu dərəcədə təsir edən nə olub? Rəssamın Fransada təhsil aldığını biləndən sonra hesab edirəm ki, Məryəmin əsərlərinə Matis, Qoqen, Sezan kimi böyük rəssamların yaradıcılığı təsir göstərib. Bugünkü sərgidə Məryəm Ələkbərlinin dəst-xəttinin çox dəyişdiyini görmək olar. O, yeni səviyyəyə çıxıb”.
Bənzərsiz tablolarına görə Azərbaycan rəssamına təşəkkür edən alman sənətşünas deyib: “Biz Məryəmin hansı istiqamətdə inkişaf edəcəyini bilmirik. O, sərgidən-sərgiyə püxtələşir”.
Çıxışlardan sonra tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti Murad Hüseynovun konserti olub.
Məryəm Ələkbərlinin anası, Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bugünkü tədbirin reallaşması üçün qəlbinin hərarətini əsirgəməyən hər kəsə təşəkkürünü bildirib. O, qonaqları sərgiyə baxmağa dəvət edib.
Ekspozisiyada istedadlı gənc rəssamın “Madam Julyetin portreti”, “Zamanın dörd rəngi (göy, yaşıl, qırmızı, bənövşəyi)”, “Məryəm və göyərçin”, “Muncuqla avtoportret”, “Pinqvinlər və ay” və digər əsərləri nümayiş etdirilir.
Qonaqlara rus, latış, ingilis və fransız dillərində çap olunmuş “Gecənin musiqisi” kataloqu təqdim olunub.
“Riqa birjası” muzeyində sərgi noyabrın 9-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxElm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24

