/ / Andrey Bronnikov: Ümidvaram ki, sərgidəki əsərlərim mənim Azərbaycana heyranlığımı və məhəbbətimi əks etdirir
Andrey Bronnikov: Ümidvaram ki, sərgidəki əsərlərim mənim Azərbaycana heyranlığımı və məhəbbətimi əks etdirir
29.10.2014 [10:05]
Vyanada, Londonda, Parisdə və olduğum bir çox digər şəhərlərdə, dünyanın ən gözəl mədəniyyət mərkəzlərində “Baku” jurnalını görürəm. Bu isə o deməkdir ki, Azərbaycanda mədəni diplomatiya var. Bu sözləri Rusiyanın sənədli film rejissoru, Moskvadakı Multimedia Art Muzeyinin direktoru Olqa Sviblova “Azərbaycan. Ənənələr və müasirlik” fotosərgisinin açılışında səsləndirib.
Oktyabrın 27-də Multimedia Art Muzeyində “Baku” jurnalının dəstəyi ilə bu nəşrin köhnə dostu, fotoqraf, Azərbaycan gözəlliklərinin vurğunu Andrey Bronnikovun sərgisi açılıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu fotosərginin açılışında çıxış edərək, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktorluğu ilə çıxan “Baku” jurnalının çox populyar nəşr olduğunu vurğulayan P.Bülbüloğlu deyib: “Şimalda böyümüş, lakin bu sərgi üzərində böyük məhəbbətlə çalışmış, Azərbaycanın ruhunu əks etdirən gözəl əsərlər yaratmış gənc rus fotoqrafına böyük uğurlar arzulamaq istəyirəm”.
Fotoqraf Andrey Bronnikov isə deyib: “Ümidvaram ki, bu gün bu sərgidə nümayiş etdirilən əsərlər mənim Azərbaycana heyranlığımı və məhəbbətimi əks etdirir. Mən çox jurnalla əməkdaşlıq etmişəm. “Baku” jurnalı ilə də xeyli vaxtdır əməkdaşlıq edirəm. Mənim bu jurnal ilə münasibətlərimi başqalarından fərqləndirən cəhət inanılmaz sərbəst formatdır. Belə bir format digər nəşrlər üçün sadəcə əlçatmazdır. Dəfələrlə Azərbaycana səfər etmişəm, müxtəlif maraqlı yerlərdə - Lahıcda, Şəkidə, Lənkəranda, Şahdağ, Atəşgah və Qobustanda, bu qədim diyarın inciləri sayılan digər yerlərdə olmuşam”.
Andrey Bronnikovun fotoşəkillərində Bakı, Qobustan, Şəki, Lahıc, Naxçıvan mənzərələri canlanır. Təbiət və insanlar, təbiətin və insanın qüdrətindən yaranan əsərlər, qədim ənənə və müasirlik. O, “Baku” jurnalının oxucularına bir növ öz Azərbaycanını təqdim edir. Ustadın məharəti gözəlliyi adət halını almış, adiləşmiş şeylərdə axtarmağında, sezməyindədir. Gördüklərini bölüşmək bacarığı isə onun fotoqraflıq istedadından qaynaqlanır. Andrey Bronnikov bütün bunları vəhdət halına gətirməyi bacarır.
Noyabrın 3-dək davam edəcək “Azərbaycan. Ənənələr və müasirlik” sərgisinin açılış mərasimində Rusiyanın tanınmış siyasi, ictimai və mədəni xadimləri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri iştirak ediblər.
Andrey Bronnikov fotoqrafiya ilə 1995-ci ildən məşğuldur. Rusiyanın Birinci kanalının müxtəlif kinolayihələri üçün çəkilişlər aparıb. “Qızıl Dairə. Qədim Rus dövlətinin abidələri” (2012), “Rus albomu” (2013), “Müəllif fotoqraqfiyası salonu - 2014” sərgilərinin iştirakçısıdır. Andrey təkcə fotorəssam deyil, həm də geoloq və səyyahdır. Moskva Dövlət Universitetinin geologiya fakültəsini bitirəndən sonra çoxlu sayda ekspedisiya təşkil edib. O, minlərlə çəkiliş aparıb. A.Bronnikovun fotoşəkilləri Rusiya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Namibiya və Avstraliyanın muzey kolleksiyalarında saxlanılır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

