/ / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Miluz şəhərində Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilmişdir
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Miluz şəhərində Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilmişdir
11.12.2013 [10:34]
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə dekabrın 10-da Miluzda müsəlman intibahının parlaq nümayəndəsi, ilk Azərbaycan şairəsi və qadın şahmatçısı Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilmişdir.
Miluzun Tanpl San-Etyen kilsəsində təşkil olunan konsertin aparıcısı Alen Tremoliyer Qafqazın mirvarisi olan Azərbaycanın Cənubi Qafqazda qədim İpək yolunun üstündə, Şərqlə Qərb arasındakı strateji qovşaqda yerləşdiyini, bəşəriyyətin beşiklərindən biri kimi dəyərləndirilən zərdüştlüyün vətəni olduğunu xatırlatmışdır.
Azərbaycanın dünya ədəbiyyatına və musiqisinə dahilər bəxş etdiyini diqqətə çatdıran aparıcı Şərq aləmində ilk demokratik respublikanın da ölkəmizdə qurulduğunu, 1918-ci ildə qadınlara seçki hüququnun verildiyini, müsəlman dünyasında ilk dünyəvi teatrın, operanın, baletin və milli akademiyanın yarandığını, yeraltı sərvətlərlə yanaşı, tarixi və mədəni irslə zəngin olduğunu xüsusi vurğulamışdır.
Bildirilmişdir ki, Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin özünəməxsus tarixi kökləri vardır. Böyük fransız yazıçısı Aleksandr Dümanın (Ata) XlX əsrin ikinci yarısında Azərbaycana səyahəti, Jorj Sandın məşhur “Koroğlu” epik poemasını fransız dilinə tərcümə etdiyi, XX əsrin əvvəllərində Parisdə “Qafqaz” məcmuəsinin çap olunması, azərbaycanlı yazıçı Ümbülbanu Əsədullayevanın Fransada yaşayıb yaratması və nəhayət Fransanın ictimai-siyasi həyatında mühüm rol oynayan Prezident Şarl de Qolla Əhmədiyyə Cəbrayılovun görüşü xalqlarımız arasındakı dostluğun parlaq nümunəsidir.
Tarixən yaranan dostluq əlaqələri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu gün də davam edir və möhkəmlənir. Azərbaycanın fransızlara daha yaxından tanıdılması istiqamətində Fondun Fransada keçirdiyi mədəni tədbirlər təqdirəlayiq hadisədir.
Keçən ay Reymsdə, bu gün isə Miluzda Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə təşkil olunan sərgi və konsert Fondun Fransada həyata keçirdiyi mədəni tədbirlərin davamıdır.
Daha sonra aparıcı Məhsəti Gəncəvinin Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncədə yaşayıb yaratdığını, Qafqazda ilk dəfə olaraq Gəncənin 2016-cı ildə “Avropanın gənclər paytaxtı” seçildiyini bildirmişdir.
Tədbirdə çıxış edən Yuxarı-Alzas Universitetinin ədəbiyyat fakültəsinin dekanı xanım Greta-Komur-Thilloy Məhsəti Gəncəvi yaradıcılığının əsas məziyyətlərindən danışmış, azərbaycanlı şairənin əsərlərində bəşəri ideyalardan söhbət açdığını diqqətə çatdırmışdır.
“Xocalı-613” əsərinin bəstəkarı Pyer Tilua çıxışında Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olduğunu vurğulamış, xalqımıza məxsus ayrı-ayrı musiqi alətləri barədə tamaşaçılara məlumat vermişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Miluzda təşkil olunan konsert və sərginin dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunduğunu diqqətə çatdırmış, Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə Fransanın müxtəlif regionlarında, o cümlədən Miluzda mədəni tədbirlərin keçirildiyini və bu konsert və sərginin 2013-cü ildə nəzərdə tutulmuş tədbirlərin biri olduğunu bildirmişdir.
Sonra incəsənət ustalarının ifasında Azərbaycan bəstəkarlarının əsərləri, Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar və xalq yaradıcılığı nümunələri səslənmişdir.
Fransanın müasir tipli “Fundari” sarayında M. Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə təşkil olunan sərgini açan Yuxarı-Alzas Universitetinin rektoru xanım Kristin Gangloff Ziegler Gəncədə səfərdə olduğunu və Məhsəti Gəncəvinin abidəsinə baş çəkdiyini, şairənin öz xalqı tərəfindən yüksək hisslərlə yad edildiyini xatırlatmış, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycan Dövlət Aqrar, Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetləri ilə əməkdaşlıq perspektivlərindən və tələbə mübadiləsi imkanlarından söhbət açmışdır.
Miluz şəhərinin meri Jan Rottner iki xalq arasında dostluq əlaqələrinin inkişafında bu cür sərgi və konsertlərin təşkilinin mühüm rol oynadığını, bu istiqamətdə Heydər Əliyev Fondunun Fransada Azərbaycanı tanıtmaq baxımından həyata keçirdiyi mədəni tədbirləri yüksək qiymətləndirmiş, ölkələrimiz arasında əməkdaşlıqda iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də mühüm rol oynadığını qeyd etmişdir.
Səfir Elçin Əmirbəyov Məhsəti Gəncəvinin Şərq İntibahının böyük mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanı ikinci böyük şəhəri Gəncədə doğulduğunu və bu şəhərdə yaşayıb yaratdığını, Gəncənin dünya mədəniyyətinə Nizami Gəncəvi kimi ikinci dühanın bəxş etdiyini xatırlatmış, şairənin öz fikirlərini açıq şəkildə bildirən şərq qadınlarından biri olduğunu, yaşadığı cəmiyyətdə qadın problemini və rolunu ortaya qoyduğunu, yaradıcılığının əsas qayəsini bərabərlik, qardaşlıq və azadlıq kimi bəşəri ideyalar təşkil etdiyini vurğulamışdır.
M. Gəncəvinin yalnız şairə deyil, eyni zamanda fəal bir qadın olduğunu diqqətə çatdıran səfir gənc qızları ətrafına toplayıb ədəbi dərnək yaratdığını, onların arasında öz dövrünün tanınmış şairələri yetişdiyini bəyan etmişdir.
E.Əmirbəyov şairənin əsərlərində əks olunan ideyaların və fikirlərin səsləndiyi vaxtdan 900 il keçməsinə baxmayaraq bu gün belə öz aktuallığını itirmədiyini bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi ilə bağlı sərəncam imzaladığını diqqətə çatdıran səfir UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu tərəfindən şairəni dünya ictimaiyyətinə yaxından tanıtmaq məqsədilə onun fars və ərəb dillərində yazdığı əsərlərin xarici dillərdə nəşr etdirməsindən bəhs etmişdir.
E.Əmirbəyov Parisdə, Reymsdə və Miluzda təşkil olunan sərgilərdə şairənin yaşadığı dövrə məxsus eksponatların nümayiş olunduğunu bildirmişdir.
Konsert və sərgidə Miluz meriyasının və Alzas bölgəsinin rəsmləri, deputatlar, senatorlar, şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təmsilçiləri iştirak etmişlər.
Sərgi dekabrın 20-dək davam edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

