Bu gün tarixi abidələrin mühafizəsi günüdür
18.04.2025 [08:41]
18 Aprel - dünyada “Tarixi Abidələrin Mühafizəsi günü” kimi qeyd olunur. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunmuş bu gün Azərbaycanda da geniş şəkildə qeyd olunur və hər ilin 18 Aprel günü tarixi yerlərdə, qoruqlarda müxtəlif sərgilər, tədbirlər keçirilir. Tarixi abidələrə aid olan - məbədlər, saraylar, günbəzlər, körpülər, məqbərələr, qəbiristanlıqlar, məscidlər, minarələr və bu kimi yerlər keçmişimizin tarixi, keçmişimizin yadigarlarıdır. Hər bir ölkənin tarixinin qədimliyi onun mədəniyyət abidələrin çoxluğu, qədimliyi ilə ölçülməkdədir.
Azərbaycan da məhz bu qədim tarixə, qədim mədəniyyətə malik ölkələrdəndir. Qalalarımız - Qobustan, Cavanşir, Gülüstan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Əlincə, Gələrsən-görərsən; məqbərələrimiz-Yusif ibn Küseyr, Möminə Xatun, Olcaytu Xudabəndə; dini ibadətgahlarımız - Cümə məscidi, Təzəpir məscidi, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi; nadir memarlıq abidələrimiz - Şirvanşahlar, Həşt-behişt (“Səkkiz Cənnət”), Şəki xan sarayı, İrəvan Sərdar sarayı. Bütün bu abidələr Azərbaycanın qədim tarixindən, maddi-mədəniyyətindən xəbər verir.
Qarabağda zəngin tariximizə aid olan yüzlərlə tarixi, arxeoloji abidələrimiz var. Bu yüzlərlə tarixi abidələrimizdən biri də dünyanın ən qədim insan yaşayan məskənlərindən olan Azıx və Tağlar mağaralarıdır. Azərbaycan Milli Ordusu, Ali Baş Komandan İlham Əliyevin apardığı 44 günlük müharibə nəticəsində Azıx və Tağlar mağaraları, həmçinin işğal altında olan digər ərazilərimiz - Qarabağımız işğaldan azad olundu.
UNESCO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış mədəniyyət nümunələri - 1981-ci ildə Parisdə “İnsan muzeyi”ndə sərgidə “Avropanın ilk sakinləri” adı ilə nümayiş etdirilmişdir.
Möminə Xatun, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı və s. bu kimi orta əsrlərə aid olan abidələr həm Şərq, həm də dünya memarlığının ən gözəl, ən parlaq incilərindəndir.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, “İçərişəhər” memarlıq kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş, Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasına daxil edilmişdir.
“Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.
Ulu öndər Heydər Əliyev
Tarixi mədəniyyət abidələrimizin qorunması, gələcək nəsillərə çatdırılması yönündə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Dövlətinin başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Birinci xanım Mehriban Əliyevanın həm Azərbaycanda, həm də Azərbaycanın hüdudlarında həyata keçirdikləri böyük, əvəzolunmaz işlər hər bir kəs üçün ən gözəl, ən düzgün örnəkdir.
Milli Azərbaycan Tarixi Muzeyi ölkə prezidentinin qayğısı və diqqəti ilə bu gün Azərbaycanın önəmli elmi-mədəni ocağına çevrilmişdir. Hal-hazırda muzeyin ekspozisiyası həm zəngin tarixi materiallarına görə, həm də elmi-texniki təchizatına görə ən məşhur muzeylərin ekspozisiyası ilə eyni səviyyədədir. Muzeyin binası məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin özünün və ailəsinin yaşayış evi olmuşdur. Tağıyev sarayı Bakının ən böyük tarixi abidələrindəndir.
Xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyevin “Qızlar məktəbi” elmin, təhsilin inkişafında mühüm rol oynamışdır.
Hacı Zeynalabdin Tağıyevin “Qızlar məktəbi”nin (hazırki AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) yerində daha əvvəl Cümə məscidi tikilməli imiş, lakin bu alınmır. 5 noyabr 1896-cı ildə bu yer H. Z. Tağıyevə “Qızlar məktəbi”ni tikdirməsi üçün verilir. Orta əsr Şərq memarlığının ən nadir və gözəl elementlərini özündə əks etdirən bu bina 1898-1901-ci illərdə inşa edilmişdir. Binanın layihə rəhbəri 1892-1904-cü illərdə Bakının baş memarı olmuş İ. V. Qoslavskidir. 1915-ci ilin sentyabr ayında binada 2 illik pedaqoji kurslar fəaliyyət göstərmişdir.
1918-ci il dekabr ayının 7-də Azərbaycan öz müstəqilliyini elan edəndən sonra H. Z. Tağıyevin Qızlar məktəbinin binasında (indiki AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) İslam Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirilmiş, onun sədri Məhəmməd Əmin Rəsulzadə ilk iclasda geniş şəkildə çıxış etmişdir. Həmin ilin 24 iyun tarixində Cümhuriyyətin ilk bayrağı da elə məhz bu binada qəbul edilmişdir. 1920-ci ilədək - Cümhuriyyətin süqutuna kimi binada parlamentin 145 iclası keçirilib. Həmçinin Cümhuriyyət dövründə ilk dəfə təşkil olunan İstiqlal Muzeyi də burada fəaliyyət göstərmişdir.
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Ali Soveti bu binada yerləşmişdir. Azərbaycanın görkəmli şair-dramaturqu Hüseyn Cavid 1920-1937-ci illərdə bu binanın üçüncü mərtəbəsində yaşamışdır. 1982-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu bu binaya koçürülmüşdür.
Ulu öndər Heydər Əliyevin 15 may 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” adı verilmişdir. Əlyazmalar İnstitutu Heydər Əliyev cənablarının iştirakı və köməyi sayəsinda 4 dekabr 1986-ci il tarixində Respublika Əlyazmalar Fondunun bazasında təsis edilmişdi.
O zamanlar Əlyazmalar İnstitutunun kimin adına olması mübahisəli məsələ idi. Müxtəlif fikirlər, müxtəlif təkliflər içərisində uzaqgörən, təcrübəli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin təklifi daha məntiqli idi. Belə ki, Azərbaycanda Ədəbiyyat İnstitutu Nizami Gəncəvinin, Dilçilik İnstitutu İmadəddin Nəsiminin adını daşıyırsa, Əlyazmalar İnstitutu da dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin adı ilə adlandırılmalı idi. Azərbaycanda qorunan əlyazmalar sırasında əsərlərinin ən çox əlyazma nüsxəsi olan şair elə məhz Füzulidir. Füzulinin dünyada qorunan, bizə məlum olan əlyazmalarının ümumi sayı 763-dür. Əlyazmalar İnstitutunda isə Füzuli əsərlərinin 102 əlyazma nüsxəsi mövcuddur.
Heydər Əliyevin bu təklifindən sonra 1996-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə şairin anadan olmasının 500 illik yubileyi ərəfəsində Əlyazmalar İnstitutuna Məhəmməd Füzulinin adı verildi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Milli Elmlər Akademiyası bağlanmaq təhlükəsi ilə üzləşəndə ümummilli lider Heydər Əliyev görkəmli alimlərimiz və ziyalılarımızla görüşmüş, onlarla fikir mübadiləsi aparmış, AMEA-nın dirçəlməsi və inkişafı üçün əməli addımlar atmışdır. AMEA-ya milli sərvətimiz kimi dəyər vermişdir.
“Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq”.
Ümummilli lider Heydər Əliyev
Hazırda bu binada Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, üçüncü mərtəbədə Hüseyn Cavidin ev-muzeyi, kənar hissəsində isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası fəaliyyət göstərir. Həmçinin bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Beynəlxalq Əlyazmalar Cəmiyyətinin (ABŞ) və İslam Əlyazmaları Cəmiyyətinin (Böyük Britaniya) üzvüdür. Azərbaycana məxsus olan orta əsr yazılı abidələri (Əlyazmalar İnstitutunun kolleksiyasından 4 unikal əlyazma) UNESCO-nun Dünya Yaddaşı siyahısına əlavə edilmişdir. Tarixi binada yerləşən Əlyazmalar İnstitutu ölkəmizə gələn xarici alimlərə zəngin əlyazma xəzinəsinin qapılarını açır. Son 50 ildə İnstitutu UNESCO-nun Baş katibi, ICESCO-nun sədri, müxtəlif ölkələrin prezidentləri, o cümlədən dövlət, elm və mədəniyyət xadimləri ziyarət ediblər.
Mədəni irsi gələcək nəsil üçün qorumaq hər birimizin vəzifəsidir. Tarixi abidələrimizi öyrənməli, qorumalı və tariximizi birlikdə qorumalıyıq!
NURANƏ ÇƏLƏBİ
M. Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin tərcüməçisi
Xəbər lenti
Hamısına bax
Analitik
18 May 10:42

Dünya
18 May 10:36

Dünya
18 May 09:28

Dünya
18 May 08:34

Dünya
18 May 07:55

Hadisə
18 May 07:48

İdman
18 May 07:43

İdman
17 May 23:30

Dünya
17 May 22:19

Elm
17 May 21:27

Siyasət
17 May 20:42

İdman
17 May 20:36

Sosial
17 May 19:25

Sosial
17 May 18:32

Sosial
17 May 17:26

Sosial
17 May 16:45

Sosial
17 May 15:34

Dünya
17 May 14:43

YAP xəbərləri
17 May 14:22

YAP xəbərləri
17 May 13:19

Gündəm
17 May 13:01

Gündəm
17 May 12:40

YAP xəbərləri
17 May 12:37

Gündəm
17 May 11:50

İqtisadiyyat
17 May 11:38

Siyasət
17 May 11:15

MEDİA
17 May 10:57

Sosial
17 May 10:34

Analitik
17 May 10:14

Analitik
17 May 09:57

Analitik
17 May 09:36

Siyasət
17 May 09:16

Ədəbiyyat
17 May 08:53

Sosial
17 May 08:31

Sosial
17 May 08:17

Dünya
16 May 23:32

Dünya
16 May 23:14

Gündəm
16 May 22:57

İqtisadiyyat
16 May 22:39

Sosial
16 May 22:19

Sosial
16 May 21:47

Dünya
16 May 21:27

İdman
16 May 20:45

YAP xəbərləri
16 May 20:38

Xəbər lenti
16 May 20:36

Dünya
16 May 20:21

Sosial
16 May 19:34

İqtisadiyyat
16 May 19:13

Xəbər lenti
16 May 18:33

YAP xəbərləri
16 May 18:11

Gündəm
16 May 18:01

Dünya
16 May 17:56
YAP xəbərləri
16 May 17:19

Dünya
16 May 17:12

Gündəm
16 May 16:50

Siyasət
16 May 16:20

Xəbər lenti
16 May 16:14

YAP xəbərləri
16 May 16:10

Siyasət
16 May 16:09

Sosial
16 May 15:57
YAP xəbərləri
16 May 15:32

YAP xəbərləri
16 May 14:59

Gündəm
16 May 14:58

Siyasət
16 May 14:54

Dünya
16 May 14:43

Gündəm
16 May 14:37

Sosial
16 May 13:21

Hərbi
16 May 12:16

Dünya
16 May 12:14

Elm
16 May 12:07
