/ / Bakıda “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “PARTICIPATE” Baku Public Art” festivalı açılıb
Bakıda “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “PARTICIPATE” Baku Public Art” festivalı açılıb
16.03.2013 [11:03]
Bakıda “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “PARTICIPATE” Baku Public Art” festivalı açılıb.
AzərTAc xəbər verir ki, festivalın açılış mərasimində “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova çıxış edərək qeyri-kommersiya təşkilatının ötən il keçirdiyi “012 Baku Public Art” festivalı və həmçinin təqdim olunan yeni layihə haqqında məlumat verib. Bildirib ki, 21 rəssamın iştirak etdiyi əvvəlki festivalda qarşıya qoyulan məqsədə nail olunub, müasir incəsənət əsərləri paytaxtımızda geniş ictimaiyyətə təqdim edilib.
Yeni təqdim olunan “PARTICIPATE” Baku Public Art” festivalı isə Azərbaycan və xarici rəssamların 10 əsərini əhatə edir. Layihənin məqsədi müasir şəhərlər üçün “Public Art”ın rolu və əhəmiyyəti haqqında müəyyən təsəvvürləri təkmilləşdirmək, həmçinin Azərbaycanda müasir incəsənət anlamını daha da dərinləşdirməkdir.
Aida Mahmudova bildirib ki, Azərbaycan, Rusiya, Böyük Britaniya, ABŞ, Gürcüstan və Hollandiyadan olan rəssamların əsərləri növbəti altı ay ərzində şəhərimizin müxtəlif yerlərində nümayiş etdiriləcək.
Festivalın əsərləri sırasına ABŞ-dan “Rebar” yaradıcı qrupunun səyyar, fiziki güc ilə hərəkət etdirilə bilən park - “Parkcycle”, Hollandiyadan Florentin Hofmanın hava ilə doldurulmuş nəhəng “Rezin ördək” və Azərbaycandan Afət Bağırovanın fəlsəfi-etiraf əsərləri və s. daxil edilib.
Festivalı xarakterizə edən əsas cəhətlərdən biri də onun mühazirələrlə, seminarlarla, ustad dərsləri ilə müşayiət olunması və burada tamaşaçıların iştirakıdır.
Festivalda Azərbaycandan Afət Bağırova, Çingiz Babayev, Fərhad Haqverdiyev, Orxan Məmməd, Səbinə Şıxlinskaya, xarici ölkələrdən Nailə Allahverdiyeva (Rusiya), “Rebar” qrupu (ABŞ) “Bulyon” qrupu (Gürcüstan), Florentijn Hofman (Hollandiya), Patrisio Forester və Artmongers (Böyük Britaniya) iştirak edəcəklər.
“PARTICIPATE” Baku Public Art” festivalının açılışı bu il ölkəsini rəsmi olaraq Venesiya Biennalesində qurulan “Gürcüstan pavilyonu” ilə təmsil edən “Bulyon” qrupunun “Mənzil 9” əsərinin təqdimatı ilə reallaşıb.
Rəssamlar festival qonaqlarının sərbəst hərəkətlərini məhdudlaşdıraraq tam bir mənzili ağ rəngə boyayıblar. Bu təqdimat ictimai məkanda şəxsi azadlıq təəssüratlarını yaradıb və bizi sovet və postsovet dövrlərinin reallıqlarına aparıb. Rəssamlara görə, “Sovet İttifaqı dövründə ictimai məkan anlayışı mövcud olmayıb. “İctimai məkan” anlayışı siyasi təbliğatın aparılması məqsədi ilə istifadə olunub.
Florentiyn Hofmanın 12 metr uzunluğunda “Rezin ördək” adlı əsəri festivalın proqramına xüsusi şuxluq və yumor hissi gətirəcək. Hava ilə doldurulan nəhəng fiqur, uşaqlıqla bağlı xoş xatirələri canlandıracaq və çoxsaylı tamaşaçıların qəlbində rəğbət doğuracaq. Rəssamın qeyd etdiyi kimi, bu əsərin dərin şəxsi, eyni zamanda, ümumi olan özəlliyi var. Bu, mədəni, dil və yaş həddini aradan qaldırmağa imkan verir. “Rezin ördək” ilə gözlənilməz qarşılaşma tamaşaçılarda həm sevinc və həm də təəccüb hissi yaradacaq, bizim şəhər mühitində müasir incəsənət haqqında təsəvvürlərimizi tamamilə dəyişdirəcək.
ABŞ-ın “Rebar” qrupunun yaratdığı “Parkcycle” əsəri əslində Bakı küçələrində gəzdiriləcək bir ağaclı kiçik səyyar parkdır. Müəlliflər tərəfindən “ictimai yerlərdə insan tərəfindən idarə olunan sistem” kimi təsvir olunan bu əsər ilk dəfə 2007-ci ildə San-Fransisko şəhərində yaradılıb və yerləşdiyi yerdə insanların yaşıl sahələrə çıxış əldə etməsini asanlaşdırıb.
“Rebar” qrupunun bu parkı Bakı şəhərinə gətirməkdə məqsədi bu cür ictimai heykəltəraşlıq janrının xüsusiyyət və imkanlarını genişləndirmək, həmçinin ümumi maarifləndirmə səviyyəsini yüksəltmək və yaşıl sahələrin nə qədər əhəmiyyətli olduğunu təbliğ etməkdir.
Yerli, Azərbaycan rəssamlarının təqdim edəcəkləri layihələr festivala gələn tamaşaçıların iştirakını nəzərdə tutur. Bakı şəhərində yaşayan və işləyən insanların həyatını əhatə edən Afət Bağırova tərəfindən yaradılan “Sirrini mənə söylə” əsərində tamaşaçılara qulaq şəklində qurulan quraşdırma təqdim edilir. O, tamaşaçılara öz sirlərini danışmaq, eyni zamanda, əsərin digər tərəfində yerləşən qulaqlıqlar vasitəsilə müxtəlif insanların sirlərinə qulaq asmaq imkanını yaradır.
Orxan Məmməd “VİP keçid” adlı əsərində Bakı şəhərində yol-nəqliyyat problemlərini təsvir edib. O, həmçinin piyadaları məlumatlandırmaq və keçidlərdən istifadə dərəcəsini artırmağa çalışacaq. Bunun üçün o, Bakı şəhərində bir o qədər də istifadə olunmayan keçidləri bəzəyəcək, “VİP qırmızı xalça” effektini yaradacaq.
Rəssam Çingiz Babayevin yaratdığı fəlsəfi multimedia “Müsbət ya mənfi?” adlı layihəyə uyğun olaraq, paytaxt sakinlərinin əhval-ruhiyyəsi sorğu-sual ediləcək və bununla onların emosiyaları izhar olunacaq.
Fərhad Haqverdiyev isə, əksinə olaraq Bakıda ən özəl və ən baxımsız sayılan məkandan - arxa həyətdən bəhs edəcək. Azərbaycan paytaxtında bina fasadlarının bəzədilməsinə cavab olaraq, rəssam çox vaxt nəzarətsiz buraxılan özəl sahələri əlvan rənglərə boyamaqla, həyətlərə ictimai marağın artırılmasına nail olmağa çalışır.
“PARTICIPATE” Baku Public Art” festivalı 6 ay ərzində texniki üslubuna və mənasına görə fərqlənən çoxsaylı ictimai tədbirlər keçirməklə Bakı şəhərində müəyyən dəyişiklər etmək qərarına gəlib. Festivalda iştirak edən rəssamlar, şəhər əhalisi ilə ünsiyyət yaratmaqla sosial və yaradıcılıq baxımından təkmilləşdirmə işlərini həyata keçirmək niyyətindədir.
Festival zamanı müxtəlif ölkələrdən gələn rəssamların, kuratorların və mühazirəçilərin iştirakı ilə təhsil tədbirləri keçiriləcək. Beləliklə, dünya ictimaiyyəti Bakını və Azərbaycanı inqilabi, müasir incəsənət məskəni kimi qəbul edə biləcək.
Aidə Mahmudova tərəfindən 2011-ci ildə təsis edilmiş “YARAT!” Müasir İncəsənət Məkanı Azərbaycanda müasir incəsənət anlayışının yayılmasına, ölkədə və onun hüdudlarından kənarlarda Azərbaycan incəsənətinin platformasını qurmağa çalışan qeyri-kommersiya təşkilatıdır.
Bakı şəhərində yerləşən “YARAT!” (“yarat” - burada “qur” mənasını verir) təşkilatı davamlı olaraq sərgilər, təhsil tədbirləri və festivallar keçirməklə öz missiyasını yerinə yetirir. Fondlar, sərgi salonları və muzeylər daxil olmaqla, yerli və beynəlxalq incəsənət şəbəkələri arasında dialoqun və təcrübə mübadiləsinin aparılmasına çalışır. Təşkilat ixtisasartırma kursları vasitəsilə qlobal mədəniyyət dialoqu və tərəfdaşlıq sahəsində imkanlardan yararlanır.
“YARAT!” təşkilatının təhsillə bağlı həyata keçirdiyi tədbirlər sırasında mühazirə, seminar və vorkşopların təşkil edilməsini, “ARTIM” (“artım” - burada “böyümə”, “tərəqqi” mənasını verir) Gənc Rəssamlar Proqramı üzrə görülən işləri qeyd etmək olar. “ARTIM” Proqramı Azərbaycanın istedadlı gənclərinin incəsənət sahəsinə cəlb olunması və gənc rəssamlara öz əsərlərini peşəkar kontekstdə nümayiş etdirmək imkanlarını yaradır.
“YARAT!” yerli incəsənət infrastrukturun inkişafı ilə bağlı öhdəliklərini yerinə yetirmək məqsədilə onun nəzdində fəaliyyət göstərən “YAY” (“yay” - burada “paylaş” mənasını daşıyır) kommersiya əsaslı sərgi məkanı ilə həyata keçirdiyi tədbirləri qeyd etməmək mümkün deyildir. Bu öhdəliyə əsasən, “YAY” sərgi salonu satışlardan əldə olunan bütün gəlirləri rəssamlarla “YARAT!” arasında bölür, bir çox yerli və xarici rəssamlara dəstək olur.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59

