Mədəniyyət və incəsənət təzahürü...
04.10.2024 [07:12]
Beynəlxalq Memarlar Günüdür
Zövqümüzü oxşayan, ölkələrin və şəhərlərin simvolu kimi yaddaqalan binalar gündəlik həyatımızla ayrılmaz şəkildə bağlıdır. Bu abidələr sayəsində onların yaranma dövrünü, ölkənin sosial-iqtisadi səviyyəsini, xalqın adət-ənənələrini, mədəniyyətini, tarixini, milli-mənəvi irsini, hətta xarakterini müəyyən edirik.
Əsrlər boyu xalqların tarixində baş verən dəyişikliklər özünü həmin xalqın memarlıq sənətində büruzə verib. Memarlıq yalnız xalqın mədəniyyətindən, eyni zamanda həmin ərazidə kimlərin yaşayıb-yaratdıqlarından da xəbər verir. Mədəniyyətin və incəsənətin bütün zahiri formalarını özündə cəmləşdirən tikililər üslublarına görə 3 əsas qrupa bölünür: tipik Şərq, qədim Avropa və müasir tikililər.
Qeyri-adi memarlıq nümunələri...
Tarixin müxtəlif dövrlərindən bu günə qədər inşa edilmiş abidə və heykəllər özünəməxsus xüsusiyyətlərə malik olub. Belə ki, onların yaradılmasında müəyyən səbəb və məqsədlər var. Onlardan bəziləri vəfat etmiş şəxsin xatirəsini yaşatmaq naminə, digərləri isə insanların maraq və diqqətini çəkmək üçün inşa edilib. Sadaladığımız ikinci varianta aid olan heykəltəraşlıq nümunələri kreativ və orijinal obrazlarla seçilir. Bunların hər biri standartlardan kənarlaşaraq yüksək məharət və ustalıqla ərsəyə gətirilib.
Ayaqqabı ev
Evin dizaynı 1948-ci ildə ABŞ-da çəkməçi Mahlon Haines tərəfindən təklif edilmişdi. Evin hündürlüyü 7,6 metr olmaqla 5 mərtəbədən ibarətdir. Çəkməçi öz düzəltdiyi çəkməni memara göstərərək, onu kimi ev tikməyini xahiş edir. Evin qonaq otağı barmaqlarda, mətbəx ayaqqabının daban hissəsində, yataq otaqları isə topuq hissəsində yerləşir.
Longaberger binası
ABŞ-ın Ohio ştatında tikilən bina dünyanın ən böyük taxta piknik səbəti halında olan memarlıq nümunəsidir. Layihəsi “Longaberger” firması tərəfindən hazırlanan 7 mərtəbəli tikili, eyni zamanda, firmanın mərkəzi binasıdır.
Piano Ev
Çinin An Hui əyalətində yerləşən bu piano və kaman görüntülü ev olduqca qeyri-adi görünüşə sahibdir. Bu binanın içərisində “yeriyən” nərdivan yerləşir.
Lotus məbədi
Hindistandakı bu binanın görünüşü nəhəng lotos gülünü xatırladır və 27 ləçəkdən ibarətdir. Həmin ləçəklər 3 mərtəbə formasında qurulub. Məbədin hündürlüyü 34 metrdir və məbədin daxilində 1.300 nəfər insan eyni anda ibadət edə bilər.
Məbədin unikallığı ondadır ki, burada bir ədəd də olsa düz xətt boyunca yerləşən hissə yoxdur. Məbədin tikilməsi üçün İrandan Fariburz (Fariburz Sahba) dəvət edilmişdi. Tikinti işləri 1980-ci ildə başlasa da, 1986-cı ilin dekabrında yekunlaşdırılmışdı.
Yeri gəlmişkən, oktyabrın 4-ü Beynəlxalq Memarlar ?ünü kimi qeyd olunur. Həmin gün 1949-cu il oktyabrın 4-də İsveçrənin Lozanna şəhərində təsis edilib.
Mədəniyyət incilərimiz...
Əsrlər boyu milli memarlıq abidələri yaradılan Azərbaycanda da bu əlamətdar gün hər il qeyd olunur. Naxçıvan, Təbriz-Sultaniyyə, Şirvan-Abşeron, Şəki-Zaqatala, Bərdə-Qarabağ və digər memarlıq məktəblərinin məhsulu olan gözəl memarlıq və şəhərsalma əsərləri bunun bariz göstəricisidir. Hələ qədim zamanlardan ev tikmək, el-oba salmaq, körpü inşa etmək, qurmaq-yaratmaq dədə-babalarımızın müqəddəs işi olub.
Əcdadlarımız əsrlərin yaşıdı olan qalalar, saraylar, məbədlər, türbələr tikib, istehkamlar qurub, bu günümüzə qədər gəlib çatan “körpü”lər salıblar. Qız qalası, Şirvanşahlar sarayı, Xudafərin körpüsü, Kiş məbədi, Möminə Xatun türbəsi və saymadığımız yüzlərlə tikili memarlarımızın əl əməyinin məhsuludur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

