İlon Maskdan inqilabi qərar
13.02.2024 [11:15]
Teslanın yaradıcısı mobil rabitədən imtina edir
Günel ABBAS
Son dərəcə qeyri-adi insan kimi tanınan İlon Mask “PayPal” ödəniş sisteminin və “Tesla” elektrik avtomobilinin yaradıcısı, unikal “SpaceX” kosmik proqramının baş mühəndisidir. O, planetimizi təkmilləşdirmək və sonra kosmosu fəth etmək arzusundadır. Müsahibələrinin birində də gülümsəyərək dilə gətirib ki, Marsda ölməyi planlaşdırır, ancaq eniş zamanı yox, burada yaşayaraq. Onu xəyalpərəst və həftədə 85-100 saat işləyən işgüzar adlandırırlar. 2019-cu ilin sonunda onun sərvətini “Forbes” 22,9 milyard dollar qiymətləndirib.
Bununla belə, böyük gəlirlər heç vaxt İlon Maskın əsas motivasiya mənbəyi olmayıb. İxtiraçının özünün dediyi kimi, onun əsas məqsədi dünyanı yaxşılığa doğru dəyişməkdir. Təbii ki, bu böyük addım zaman, enerji və səy tələb edir. Ancaq aydındır ki, bəşəriyyətin gələcəyini düşünən insanlar nələrisə qurban verməlidir. Bu mənada gənc ixtiraçı öz yenilikçi fikirləri ilə dünyada daim diqqət mərkəzində olur.
Yeri gəlmişkən, İlon Mask mobil rabitədən imtina etməyə hazırlaşır. O, bu arədə özünün sosial şəbəkə hesabından xəbər verib. Bildirib ki, ünsiyyət üçün “X” sosial şəbəkəsindən istifadə etmək niyyətindədir.
“Bir neçə aydan sonra mən telefon nömrəmi deaktiv edəcəyəm və ancaq “X”dən yazışmalar, audio və video zənglər üçün istifadə edəcəyəm”, - deyə milyarder yazıb.
Ekspertlərin fikrincə, bu addım “X”də yeni funksiyaları işə salmaq cəhdi ola bilər. Qeyd edək ki, platforma rəsmi olaraq keçən ildən audio və video zənglər funksiyasını işə salıb. Yeniliyə əsasən, bütün hesablar zəngləri qəbul etmək imkanına malik olsa da, yalnız ödənişli tarif sahibləri özləri zəng edə bilərlər.
İlon Mask kimdir?
İlon Mask əslən Cənubi Afrikadan olan mühəndis, investor, ixtiraçı və sahibkardır. İlon Mask 28 iyun 1971-ci ildə anadan olub. Atası Cənubi Afrikalıdır. Proqram təminatı və kodlaşdırma sahəsini öz-özünə öyrənən gənc mühəndis 12 yaşında ikən Blaster kosmik oyununu yazıb və onu təxminən 500 dollara satıb.
İlon Maskın layihələri və investisiyaları
İlon Mask “Tesla Motor”un həmtəsisçisi, eyni zamanda dizayn rəhbəridir. O, Teslanın yaranmasından əvvəl də elektrik avtomobillərinə maraq göstərirdi. Mask işinə Martin Eberhardı CEO vəzifəsinə götürməklə başlayıb. 2008-ci ildə baş verən iqtisadi böhrandan sonra İlon Mask baş direktor vəzifəsini tutub. “Tesla Motor” tərəfindən istehsal edilən ilk avtomobil olan “Tesla Roadater” təxminən 2500 ədəd satılıb.
SolarCity
İlon Mask özünün startap konsepsiyasını idarə heyətinin sədri və ən böyük səhmdar olduğu “SolarCity” şirkətinə verdi. ABŞ-da ən böyük enerji sistemi təminatçısı “SolarCity”dir. Maskın əmisi oğlu Lindon Rayv şirkətin həmtəsisçisi və baş direktorudur. “Tesla” və “SolarCity”yə sərmayə qoymaqda məqsəd qlobal istiləşmə ilə mübarizə aparmaqdır.
Spacex
İlon Mask üçüncü şirkəti olaraq 2002-ci ilin iyununda “Spacex”i qurdu. O, həm də bu şirkətin baş direktorudur. “Spacex” raket texnologiyasının vəziyyətini inkişaf etdirmək üçün buraxılış aparatları hazırlayan və istehsal edən bir şirkətdir. Maskın məqsədi insanın kosmosa uçuş xərclərini məbləğin onda biri qədər azaltmaqdır. “Spacex”in NASA-dan fərqi isə onun İlon Mask tərəfindən qurulan özəl şirkət olmasıdır.
OpenAl
“OpenAl” üçölçülü səslərin səmərəli işlənməsi üçün nəzərdə tutulmuş tətbiq və proqramlaşdırma interfeysidir. İlk dəfə 2000-ci ildə Loki Software tərəfindən hazırlanıb. İlon Mask, Altman və digər investorlar bir milyard dollardan çox sərmayə qoydular və təşkilatı 2015-ci ilin oktyabrında işə saldılar. “OpenAl Gym” adlı proqramın beta versiyası 2016-cı ilin aprelində buraxıldı. 5 dekabr 2016-cı ildə proqramın platforması olan Universe istifadəyə verildi. 2018-ci ilin fevralında isə İlon Mask direktorlar şurasından istefa verdi.
CyberTruck
“CyberTruck” üç saniyədə yüz kilometrə qədər sürətlənən bir nəqliyyat vasitəsidir. Avtomobil elmi fantastika filmindən kənar dizayna malikdir. Bu avtomobil paslanmayan polad korpusa və sınmayan pəncərələrə malikdir. Avtomobilin ən ucuz modeli 40 min dollardır. O, bir dəfə doldurmaqla 402 kilometr yol qət edə bilir. Digər modelin qiyməti 69 min 900 dollardır. Bu modelin məsafəsi 804 kilometrdir. Bu avtomobil 6 nəfər və 1587 kiloqram yük daşıma qabiliyyətinə malikdir.
Starlink peykləri
“Starlink” Amerika peyk şirkəti “Spacex” tərəfindən hazırlanmış bir ulduzdur. Onun məqsədi peyk internetə çıxışı təmin etməkdir. “Spacex” şirkəti bəzi peyklərini kəşfiyyat və elmi məqsədlər üçün istifadə edir. O, həmçinin bəzi peyklərini ordulara satmağı planlaşdırır. Qeyd edək ki, “Spacex” 2020-ci ilin sentyabrına qədər 775 peyk yerləşdirib. Ondan sonrakı hər buraxılışda 60-dan çox peykin yerləşdirilməsi baş tutub.
Xəbər lenti
Hamısına baxGündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20

