23 Fevral əslində...
23.02.2023 [10:43]
Poliomielitlə mübarizədə ilk kütləvi peyvəndin vurulmasından düz 69 il keçir. Kütləvi peyvənd Amerikanın Pitsburq şəhərində baş tutub. Peyvəndin vurulma səbəbi isə daha çox uşaqlarda görülən poliomielit xəstəliyi ilə bağlıdır.
Poliomielit epidemiyaları 19-cu əsrin ikinci yarısına qədər baş verməmişdi, lakin poliomielitin qədim bir xəstəlik olduğunu göstərən məlumatlara da rast gəlinir. Məlumatların birində qədim Misirin 18-ci sülaləsindən 1570-1342-ci illərdə tanınmış stelada sağ alt ayağının və ayağının iflic olmuş və qurumuş hissəsi aydın şəkildə təsvir edilir. Bu da xəstəliyin heç də yaxın zamanlarda başladığını göstərmir.
Bu xəstəlik sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Yoluxma çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və virusun hava-damcı yolu ilə ağız boşluğuna düşməsi nəticəsində baş verir. Bu viruslar qaynamadan, ultrabənövşəyi şüaların dezinfeksiyaedici məhsulların təsirindən məhv olur. Erkən yaşda edilən peyvənd, xəstəliyə yoluxma riskini azaldır. Virusa ən çox 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər yoluxur. Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur. Xəstəlik, adətən, soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır. Bir qədər sonra xəstədə möhkəm əzələ ağrıları və süst ifliclər inkişaf edir. Xəstəlik ağciyərlərə belə möhkəm təsir edərək nəfəs almanı çətinləşdirir.
Qeyd edək ki, 2000-ci ilə qədər poliomielit hadisələrinin sayı ildə 250.000-dən təxminən 1.000-2.000-ə qədər azaldı.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, bir sıra Cənubi Afrika ölkələrində 33 milyondan çox uşaq poliomielit xəstəliyinə qarşı peyvənd olunub. Bu, dünyanın əksər ölkələrində yayılan yoluxucu iflic xəstəliyinin aradan qaldırılması üçün davam edən səylərin bir hissəsidir.
Poliomielitin zərərləri o vaxt ABŞ tədqiqatçıların kimya sahəsində bir sıra cəhdlərinə səbəb olub. Bu tədqiqatçılardan biri də Conas Solk idi. Bəs Solkun bu işdə marağı nə idi? O, adının daşıyıcısı olan “Solk” peyvəndinin yaradıcısı idi. Bir qərar verməsi lazım idi. Ya patentini alıb çox varlı olacaq və peyvəndi alan şirkətə bunu istədiyi qiymətə satacaqdı, ya da patentini almadan insanlıq naminə yardım edəcək və beləliklə, çox insan daha ucuz qiymətə bu xəstəlikdən xilas olacaqdı. Patent almadı. Maddi itkisi 5 milyard dollar olsa da, mənəvi qazancı nəyə desəz dəyərdi. Vəfatından sonra onu hələ də xatırlayan, hörmət edən milyonlarla insan oldu.
İnaktivləşdirilmiş poliovirus peyvəndi (IPV) kimi tanınan “Salk” peyvəndi 1954-55-ci illərdə kütləvi ümummilli sınaqdan keçirildi. Məhz bu gün Solkun peyvəndi ilə poliomielit xəstəliyinin əleyhinə Pitsburq şəhərində ilk kütləvi peyvəndin vurulması həyata keçdi. Frensis Sahə Sınaqı adlandırılan bu test ABŞ-da birinci, ikinci və üçüncü siniflərdə oxuyan 1,8 milyon uşağı əhatə etdi. Hazırda Hindistan, Nigeriya, Pakistan, Əfqanıstan ölkələrinə səyahət zamanı peyvəndin vurulması daha vacibdir.
Dünyada poliomielit virusu ləğv edilməyənə qədər həmin xəstəliyə yoluxma təhlükəsi qalır. Təhlükənin qarşısını almaq məqsədilə uşaqlar diri oral poliomielit vaksini ilə peyvənd edilməsi vacib sayılır. Peyvənd uşaqlarda poliomielitə qarşı immunitet yaradır. Məlumata görə, Azərbaycanda 1995-ci ildən sonra poliomielit xəstəliyi qeydə alınmır. Beləliklə, Azərbaycan 2002-ci ildə poliomielitdən azad region statusunu alıb.
Xəbər lenti
Hamısına baxSosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20

