Enerji sahəmiz...
29.11.2022 [10:57]
Gündəlik əhvalımıza təsir edən auralar
Səidə RƏHİMLİ
Son vaxtlar həyatımıza yön verən enerji titrəmələri, enerji sahəsi haqqında tez-tez eşidirik. Xatırlayırsınızsa, təbii daşlarla bağlı yazımızda da enerji titrəmələrindən, bunun bizə olan təsirindən söz açmışdıq. İndi isə bizi əhatələyən və gündəlik əhvalımıza təsir edən enerji sahələrindən söz açaq. Aura nədir? İnsanlara bu qədər təsir etməsinin səbəbləri nələrdir?
Qədim zamanlardan bəri hinduizm və buddizm kimi dini inaclarda bəhs olunan aura artıq çoxlarının inandığı, canlılara xas olan və onları əhatələyən bir enerji sahəsi olaraq qəbul olunur. Bu enerji sahəsi barədə psixoloq Nuranə Hüseynli ilə həmsöhbət olduq: “Həyatımızdakı hər şey enerjidir. Bizlər bütünlüklə enerjidən ibarət olan canlılarıq. Gözlə görülməsə belə, bədənimizdə çoxlu sayda daim hərəkətdə olan enerji parçaları var. Bədəni bütünlüklə bürüyən bu elektrik dalğaları aura adlanır”.
İnsanların, heyvanların, bitkilərin özlərinə xas auraları var. Bəzən özümüzü pis hiss edən zaman yolda bir it, pişik və ya pəncərəmizə qonan bir quş üzümüzü güldürə bilir, bütün gözəlliyi ilə valehedici qoxu saçan bir çiçək əhvalımızı düzəldə bilir. Həyatımızda özümüzü yaxşı hiss etməyəndə sığındığımız insanlar var. Bunlar xoş auraların bizə təsirləri ilə əlaqəlidir.
Qədim zamanlardan bu enerji sahəsinin yeddi təbəqədə ifadə edildiyinə inanırlar. Hər bir təbəqənin fiziki, əqli, mənəvi və emosional sağlamlığımızın fərqli bir elementi ilə əlaqəli olduğu deyilir. Bu təbəqələrin ümumi sağlamlığımıza təsir etmək üçün bir-biri ilə qarşılıqlı əlaqədə ola biləcəyi düşünülür.
Aura latın və qədim yunan dillərində “külək”, “meh” və ya “nəfəs” deməkdir, orta əsr ingiliscəsində isə “zərif meh” mənasını verir. Yəni, hər kəsin özünə məxsus bir havası var. Bu, müsbət və ya mənfi enerjidən ibarət ola bilər. Bəzən bir otağa girən zaman “otağın aurası ağırdır” deyirik - otağın deyil, burada bizdən əvvəl olmuş insanların aurasıdır. Böyük ehtimal, mənfi aura yaydıqları üçün otağın havası bizə xoş gəlmir. Və ya əksinə, bir yerə daxil olanda özümüzü daha xoş hiss edə bilirik, bu da bizdən əvvəl orada müsbət auralı insanların olduğunu göstərir. Birinin aurası bizə yolda yanımızdan keçən zaman belə təsir edə bilir.
Qarşımızdakı insanın bizə müsbət və ya mənfi təsir etməsi onların auraları ilə əlaqədardır. Auralar zamanla dəyişə bilən müxtəlif rənglərə malikdir. Hər rəng həmin insan haqqında müəyyən mənalar ifadə edir:
* narıncı - xəyalpərəst və duyğularla dolu olan insandır;
* qırmızı - qorxmaz və ehtiraslı bir şəxs olduğundan xəbər verir;
* çəhrayı - zərif, sakit olduğunu göstərir;
* ağ - sədaqətli olmasına və ruhlandırıcı pozitivliyə malik olmasına işarədir;
* sarı - özünəinamı ifadə edir;
* yaşıl - insanın təbiətə çəkilməsindən, həmin insanların təbiətən şəfalı olmasından xəbər verir;
* mavi - qayğıkeş olmasını ifadə edir;
* bənövşəyi - zəngin güclü şəxsiyyətini vurğulayır və s.
Qaranlıq və yaralı olan auraların meditasiya və ya enerji balansını tənzimləməklə təmizlənməsinin və bərpa olunmasının müəyyən qədər mümkün olduğu düşünülür.
Psixoloq Nuranə xanım auraların təsirini belə izah edir: “Biz bəzi insanların yanında özümüzü çox yaxşı, çox rahat, hüzurlu hiss edirik, bəzi insanların yanında isə çox narahat oluruq. Bəzən saatlarla bir insanı dinləyərkən yorulmaz, bəzən də 1-2 cümlə danışdıqdan sonra enerjimizin azaldığını hiss edirik. Xoşbəxt insanlarda aura rəngli, bütöv, xoşbəxt olmayan insanlarda isə kəsik-kəsik və boz rəngdə, bulanıq kimidir. Türk dilində belə bir deyim var: “Üzüm üzümə baxa-baxa qaralar”. Bunu əbəs yerə söyləməyiblər. Çünki biz insanlar daim enerji alış-verişində olaraq bir-birimizlə qarşılıqlı münasibətdəyik. Təsadüfi deyil ki, əhvalın siraət etmə xüsusiyyəti var. Belə ki, daim əlaqədə olan insanlarla zamanla eyni enerji halına keçə bilirik. Sağlam və güclü auramız varsa, xəstəlik və neqativ enerjinin bizim aura sahəmizə daxil olması da çətinləşir. Auraya təsir göstərən digər səbəblər də vardır. Bura düzgün olmayan qidalanma, yorğunluq, idmanla məşğul olmama, stres, siqaret, içki, dərman, mənfi düşüncələr daxildir”.
Ətrafımıza müsbət enerjilər yayaraq hər kəsin həyatını gözəlləşdirə bilərik. Hər birimiz bunun üçün çalışsaq, dünya daha gözəl bir yer olmazmı?
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

