Ay Yerdən uzaqlaşdıca...
04.11.2022 [10:41]
Bunun planetimizə təsiri necə olacaq?
Səidə RƏHİMLİ
Hər gecə səmaya baxan zaman Ay işıq saçaraq bizi özünə heyran edir. Bəs Yer kürəmizin peyki sayılan Ay necə yaranıb? Belə düşünürlər ki, Ay həmişə orada olmayıb, sonradan yaranıb. Onun yaranması haqqında isə müxtəlif fərziyyələr mövcuddur. Bunlardan ən çox qəbul olunanı budur:
“Təxminən 4,5 milyard il əvvəl Mars böyüklüyündə protoplanet Yerlə toqquşub və zərbədən qalan dağıntılar birləşərək Ayı əmələ gətirib”.
Belə bir təsirin kompüter simulyasiyalarına əsasən, 21-ci əsrdə gördüyümüz Yer-Ay sistemi ilə uyğun gəlməsi bu ehtimalın doğruluğunu bir daha sübut edir. Simulyasiyalar göstərir ki, Ay əmələ gəldiyi zaman Yerə daha yaxın olub. Bu gün Yerlə Ay arasındakı məsafə 402.336 km olduğu halda, Ayın ilk yarandığı zamanlarda bu məsafə 22.500 km olub.
Ayın Yerə belə yaxın olduğu keçmiş dövrlərdə günlərin 5 saat olması güman edilir. Daha sonra Ayın Yerdən uzaqlaşması ilə günlər indi bizə tanış olan 24 saata qədər uzandı və uzanmağa da davam edəcək.
Ay Yerdən ildə təxminən 1,49 düym (3,78 sm) uzaqlaşır. 3,78 sm çox görünməsə də, kifayət qədər uzun müddət ərzində bu kiçik fərq Yerdəki həyata təsir edə bilər və planetimizdə zamanın yavaşlamasına səbəb olar.
Bütün bunları oxuduqdan sonra bizdə belə bir sual yaranır: Ayın Yerə təsirləri nələrdir və daha da uzaqlaşması zamanı planetimizdə nələr baş verəcək?
Ay Yerin ona tətbiq etdiyi cazibə qüvvəsi ilə orbitdə saxlanılır, lakin Ay da öz növbəsində, planetimizə cazibə qüvvəsi tətbiq edir. Bu da okeanlarda qabarma və çəkilmə hadisələrinin baş verməsinə səbəb olur. Qabarma və çəkilmə hadisəsi bir gündə müəyyən saatlarda yer üzündəki suların ardıcıl olaraq alçalması və yüksəlməsidir. Belə ki, Ay Yer ətrafında fırlanan zaman planetin bir hissəsinə daha yaxın olur. Aya yaxın olan ərazilərdəki sularda aya doğru qabarma baş verir. Bu, daha çox okeanlarda özünü göstərir. Sular qabaran zaman yaranan boşluqlar yanlardan gələn sularla doldurulur. Beləcə, planetin Aya yaxın yerlərindəki sular yüksələn zaman digər yerlərdəki sular alçalır. Bu yüksəlmə və alçalma hadisəsi bir-birini ardıcıl izləyir. Qabarma və çəkilmə hadisəsi hər gün bir əvvəlki gündən 50 dəqiqə gec baş verir. Buna səbəb Yer ilə Ayın eyni istiqamətdə dönməsidir.
Bundan əlavə, Ay Günəşdən çox kiçik olsa da, Yerlə müqayisədəki uzaqlıq fərqinə görə Ay diskinin Günəş diskini tam örtməsi nəticəsində Günəş tutulması hadisəsi baş verir. Ayın Yerdən uzaqlıq məsafəsi artdıqca tam Günəş tutulması artıq baş verməyəcək.
Ayın Yerdən uzaqlaşması onun orbital dövrünü artırır və Yerin fırlanmasını da yavaşladır. Doğrudur, bu uzaqlaşmanın təsirlərinin özünü göstərməsi milyar?larla il çəkə bilər. Lakin bu, Yer kürəsinin gələcəyinin təhlükədə olduğu həqiqətini dəyişdirmir.
Təsəvvür edək ki, çubuqda sürətlə bir qab fırladırıq. Sürət azaldıqda qab yerə düşəcək və qırılacaq. Yerin fırlanması da yavaşladıqca planetimiz yavaş-yavaş yellənməyə başlaya bilər və bu, fəsillərimizə ciddi təsir göstərəcək. Hazırda fəsillərin bir-birini izləməsi Yerin fırlanması hesabına baş verir. Bəs Yer kürəsi qeyri-sabit olarsa?
Dünyanın bəzi yerlərində dondurucu soyuqlar, bəzi yerlərində isə alovlu istilər olacaq. İnsanlar buna uyğunlaşa və bundan qoruna bilərlər. Texnologiyaların sürətli inkişafı nəticəsində başqa planetə belə köçə bilərik. Heyvanlar və ya bitkilər üçün isə vəziyyət eyni olmayacaq.
İqlim dəyişiklikləri, Ayın Yerdən uzaqlaşması, su ehtiyatımızın azalması, havanın çirklənməsi kimi hadisələr gələcəkdə planetimizin yaşamaq üçün bugünkü kimi rahat və əlverişli olmayacağını göstərir. Təbii ki, əgər biz bunların qarşısını almaq üçün əlimizdən gələni etməsək. Dünyamızı qorumağa çalışaq!
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

