Həyatımızı asanlaşdıran kəşf - internet
29.10.2022 [12:50]
Bu gün Beynəlxalq İnternet Günüdür
SƏİDƏ Rəhimli
İşıqlar sönən zaman və ya internet əlaqəsi kəsildiyində tez-tez bu sualı veririk: “Görəsən, internet olmayanda nə edirdilər?” 29 oktyabr 1969-cu ildə ilk internet bağlantısı əldə edilənədək insanlar belə bir vasitənin varlığını xəyal belə edə bilməzdilər. İndi isə biz həyatımızın böyük bir hissəsini əhatə edən internetə o qədər çox alışmışıq ki, onsuz həyatı təsəvvür belə edə bilmirik.
Neil Armstronqun Aya enməsindən iki ay sonra baş verən ilk internet bağlantısı ABŞ Müdafiə Nazirliyi tərəfindən işlənmiş “ARPAnet” layihəsi vasitəsilə quruldu və daha sonra on minlərlə proqramçının kollektiv şüuru sayəsində daha da inkişaf etdi. 29 oktyabr tarixi 2005-ci ildən etibarən bütün dünyada Beynəlxalq İnternet Günü olaraq qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd internetin kəşfinin vacib bir hadisə olmasını, onun bütün sahələrdəki əhəmiyyətini vurğulamaq və insanları bu haqda məlumatlandırmaqdır.
İnternet sayəsində bir çox şeyi yerimizdən tərpənmədən, evdən çıxmadan rahatlıqla həll edə bilirik:
* İnsanlar dünyanın müxtəlif yerlərindən bir-birilərilə heç bir vaxt itkisi olmadan əlaqə saxlaya bilirlər;
* Hər kəs istənilən məlumatı asanlıqla əldə edə bilir;
* Şagirdlər, tələbələr dərslərində onlayn iştirak edə bilirlər;
* Onlayn kurslar vasitəsilə istədiyimiz sahəni və ya dili rahatlıqla öyrənə bilirik;
* Ödəməli olduğumuz məbləğləri qarşı tərəfə köçürmək iki dəqiqəmizi belə almır;
* Lazım olan məhsulu və ya geyimi sifariş edirik və 24 saat ərzində qapıya çatdırılır və s.
İnternetin bütün faydalarını tək-tək yazmaq istəsək, bəlkə də ömür yetməz. Çünki onun faydaları texnologiyanın inkişafı ilə hər gün daha da artır. Bütün bunlara görə də internet bəşər tarixinin ən mühüm ixtiralarından biri hesab olunur. Doğrudur, bunun faydaları qədər gənc nəslin inkişafında ziyanının da olduğu söylənilir. İnternetdən səmərəsiz şəkildə istifadə edən hər kəs günlərini məhv edir. Lakin bunu internetin üzərinə yıxa bilmərik. Böyüklər, gənclər, uşaqlar - hər kəs internetdən pis və ya yaxşı, başqa sözlə, istədiyi şəkildə istifadə edir. Bu, onların öz seçimidir.
İnternet olmasaydı, hər şey daha yaxşı olmayacaqdı. Gerimizdə addımlayaraq çətinliklərlə dolu bir həyatı davam etdirmiş olacaqdıq. Çox sadə bir misal gətirək. Xaricdə olan bir tanışınızla əlaqə saxlamağınız nə qədər vaxtınızı alır? İnternetin yaratmış olduğu imkanlar vasitəsilə əlaqə qurmağınız saniyələr içində reallaşır. Amma internetin olmadığı vaxtlarda bu, günlərimizi, hətta aylarımızı alırdı. Bəzi hallarda isə ümumiyyətlə alınmırdı, müşkülə çevrilirdi.
Bununla belə, bəzi ölkələr öz vətəndaşlarına internetdən istifadə etməyə icazə vermir. Çin, Kuba, İran, Şimali Koreya və Suriya kimi ölkələrdə internetdən istifadə ya məhdudlaşdırılıb, ya da hər kəs üçün qadağan olunub.
Bəlkə də internetdən istifadə ilə cəmiyyətin inkişafının qarşısını alan bəzi məsələlər məhdudlaşdırılsa və onun bizə yalnız müsbət tərəfləri təqdim edilsə, daha yaxşı olar. Buna azadlığın məhdudlaşdırılması kimi deyil, insanların zəhərlənməsinin qarşısının alınması kimi baxa bilərik.
Beynəlxalq İnternet Günündə bu xüsusi günün şərəfinə internetin həyatımızdakı əhəmiyyəti və ya internetdən istifadənin mübahisəli məsələləri haqqında maraqlanaraq daha çox məlumat sahibi ola bilərik. Gəlin, bu gün internet vasitəsilə interneti araşdıraq.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

