İnsanları təşvişə salan “zaman səyyahları”
27.07.2022 [10:18]
Gələcəyə səyahət mümkündür, amma....
G.QABİLQIZI
Zamanla səyahət etmək bütün dövrlər üçün bəşər övladını ən çox maraqlandıran mövzu olub. Elm adamları tərəfindən mütəmadi olaraq zamanla səyahətin baş vermə yolları araşdırılır, yeni üsullar, nəzəriyyələr tapılır. Bununla yanaşı müəyyən vaxtlarda özünü keçmişdən, ya da gələcəkdən gəlmiş adam kimi qələmə verənlər də az deyil. Bir müddət əvvəl 2023-cü ildən olduğunu iddia edən zaman səyyahı yanvarın 13-də insanlara düşmən olan bir irqin kəşf ediləcəyini və bunun bəşəriyyət üçün fəlakətli olacağını irəli sürüb. O, Azava adlı yeni planetin kəşf ediləcəyini və bu planetdə yaşayan canlıların insanların düşməni olduğunu iddia edib. Zaman səyyahı bu canlıların 11 sentyabr hücumundan sonra dünyaya zərər verən bir çox hadisələrdə iştirak etdiyini bildirib. İddia edib ki, 13 yanvar 2023-cü ildə dərin, yeraltı mağaraları əhatə edən nəhəng bir çuxur tapılacaq. Həmin çuxur yeni kəşf edilən planetə giriş qapısı olacaq.
Deyilənlərin gerçəkliyinin şübhəli olmasına baxmayaraq, insanlar yenə də zamanla səyahətin mümkünlüyünü araşdırırlar. Bəs zamanla səyahət mümkündürmü? Əslində bu sualı iki yerə bölməkdə fayda var: Gələcəyə səyahət etmək olarmı, keçmişə səyahət etmək olarmı? Birinci sualın cavabını araşdırmalardan bilirik. Bəli, gələcəyə səyahət etmək mümkündür. Bu, Eynşteynin məşhur nisbilik nəzəriyyələrinin nəticəsidir. Üstəlik, bu nəzəri bir iddia deyil və bu, həyatımızın bir parçasıdır. Məsələn, bizə istiqamət tapmağa kömək edən GPS peyklərinə görə, biz hər gün 38 mikrosaniyə (1 mikrosaniyə, saniyənin milyonda biri) gələcəyə səyahət edirik. Bu, çox kiçik rəqəm ola bilər, amma bunu nəzərə almasaq, mövqeyimizi dəqiq müəyyən edə bilməyəcəyik.
Nisbilik nəzəriyyələrinə görə, müxtəlif şəraitdə müşahidəçilər üçün zaman müxtəlif sürətlə axıb keçə bilər. Məsələn, siz dayandığınız zaman sizə nisbətən hərəkət edən cisimdə vaxt daha yavaş keçir. Bu o qədər kiçik bir fərqdir ki, aşağı sürətlərdə hiss olunmur. Lakin sürət fərqi işıq sürətinə yaxınlaşdıqca bu təsir görünməyə başlayır. Bu fenomen vaxtın qısalması kimi tanınır və eksperimental olaraq nümayiş etdirilib. Belə ki, zamanın qısalmasından istifadə edərək gələcəyə asanlıqla səyahət etmək olar.
Sürət zamanın axmasına təsir edən yeganə amil deyil. Cazibə qüvvəsi həm də məkan-zamanı əyərək zamanın axınını dəyişir. Cazibə qüvvəsi artdıqca vaxt yavaşlayır. Məhz buna görə peyklərə görə gələcəyə səyahət edirik. Yerin səthində cazibə qüvvəsi kosmosdakından qat-qat yüksəkdir. Buna görə də vaxt boş kosmosa nisbətən Yer səthində daha yavaş keçir. Yerin kütləsi çox böyük olmadığı üçün bu yavaşlama ancaq atom saatları kimi çox həssas saatlar tərəfindən təsbit edilə bilər və praktiki fərq yaradan zaman səyahəti edilə bilməz.
Bununla belə, neytron ulduzları və ya qara dəliklər kimi yüksək cazibə qüvvəsi olan yerə səyahət etməklə vaxtı nəzərəçarpacaq dərəcədə yavaşlatmaq olar. Belə bir mühitə girən və çıxan bir kosmik gəmi əsrlər, hətta milyonlarla il gələcəyə qədəm qoya bilər. Ulduzlararası filmdə baş verən zaman səyahəti məhz bu cür zaman səyahəti idi.
Keçmişə səyahət etmək olarmı?
Bu sualın cavabı birinci sual kimi aydın deyil. Keçmişə səyahət etməyə imkan verən nisbilik tənliklərinin həlli var. Bununla belə, bu həlləri təmin edən şərtlərin fiziki olaraq həyata keçirilə biləcəyi müzakirə mövzusudur. Əgər insan işıq sürətindən daha sürətli səyahət edə bilirsə, zaman xüsusi nisbilik tənliklərinə uyğun olaraq keçmişə axmağa başlayır və insan keçmişə səyahət edir. Lakin nisbilik nəzəriyyəsinə görə, heç bir kütləvi cisim işıq sürətinə çata bilməz, ona görə də işığın sürətini aşması çətin görünür. Keçmişə səyahət etməyə imkan verən başqa bir fiziki sistem, soxulcan dəlikləri kimi tanınan məkan-zaman körpüləridir.
Bunlar Eynşteynin tənliklərinin icazə verdiyi tunellər kimi düşünülə bilər, girişi məkan-zamanın bir nöqtəsində, çıxışı isə məkan-zamanın başqa bir nöqtəsindədir. Əgər soxulcan dəlikləri yarada bilsək, keçmişdə istənilən zaman və məkana səyahət etmək mümkündür. Ancaq belə zaman dəhlizlərini yaratmaq üçün ekzotik maddə kimi tanınan mənfi enerjili materiyaya sahib olmalıyıq. Hələlik belə bir maddədən xəbərimiz yoxdur.
Keçmişə səyahəti mümkün edən başqa bir quruluş isə Frank Tiplerin irəli sürdüyü Tipler silindridir. Tiplerin hesablamalarına görə, Günəşin kütləsindən 10 dəfə böyük olan uzunsov silindr hazırlanarsa və bu silindr dəqiqədə bir neçə milyard dəfə fırlanmaq üçün sürətləndirilə bilərsə, zaman maşını yaradıla bilər. Bu diskin ətrafında spiral yolla hərəkət edən kosmik gəmi getdiyi istiqamətdən asılı olaraq keçmişə və ya gələcəyə səyahət edə bilər. Tiplerin hesablamalarda istifadə etdiyi silindr sonsuz uzunluqdadır. Lakin onun sözlərinə görə, çox uzun və bir qədər sürətli fırlanan silindr də zamanda səyahət etməyə imkan verə bilər.
Hər nə qədər nəzəriyyələr gələcəyə səyahət etməyin mümkünlüyünü təsdiqləsə də, keçmişlə bağlı isbatlar yoxdur. Deməli, 2023-cü ildən gəldiyini deyən adamın iddiaları uydurmadan başqa bir şey deyil. Çünki söhbət o qədər də uzun bir zaman kəsimindən getmir. Günümüzdə onu bir il əvvəldən gətirə biləcək texnika mövcud deyil, həm də dediklərinin baş verməsi halında əlaqədar qurumlar indidən xəbər tutmalı, tədbir görməli idilər.
Xəbər lenti
Hamısına baxGündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44

