Kosmik sənayemizin qlobal gücü...
26.10.2024 [12:26]
“Azərkosmos” yeni layihələrlə sənaye ixracatçısı kimi mövqeyini gücləndirir
Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) ilə İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı olan “Leaf Space” şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən, “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin Bakı teleportunda 3,7 metrlik “S/X” diapazonlu anten quraşdırılıb. Yeni qurğu sistemi müxtəlif peyklərdən toplanan kritik məlumatların emalı və ötürülməsini, peyk şəbəkələri arasında nəzarəti, eləcə də kosmosdakı cihazların monitorinqini həyata keçirməyə imkan verəcək.
“Azərkosmos”un kosmik arxitekturasına daxil olan yeni nəsil çoxfunksiyalı teleport Avropa, Asiya və Afrika ölkələrindən olan müştərilərə virtual şəbəkə operatoru, kiçikölçülü anten terminalı, Data və digər rabitə və kosmik xidmətləri daha geniş formada və keyfiyyətlə göstərməyə də imkanlar yaradacaq. Teleportun yerləşdiyi coğrafi məkanın əməliyyat və kommersiya baxımından əlverişli olması yeni və daimi müştərilər üçün ən müasir standartlara uyğun xidmət sistemlərini dayanıqlı şəkildə təmin edəcək.
İtaliya şirkətinin ikinci kosmik investisiyası...
Qeyd edək ki, İtaliyanın “Leaf Space” şirkətinin “Azərkosmos”un texniki sisteminə daxil etdiyi yeni anten bloku ikinci investisiya aləti olmaqla, ən təkmil və unikal infrastruktur layihəsi hesab edilir. İtalyan şirkəti 2 il əvvəl Bakı teleportunda 3,7 metrlik ilk “S/X” diapazonlu yerüstü anten quraşdırmaqla peyklərarası informasiya mübadiləsinin emalını təmin etmişdi. Yeni quraşdırılan ikinci antenin istismarı sayəsində Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən əldə edilən məlumat bazası daha da genişlənəcək və “Azərkosmos” regionda böyükşəbəkəli informasiya resursu mərkəzinə çevrilərək imkanlarını gücləndirəcək.
Ölkəmizin kosmik brendi olan “Azərkosmos” son illərdə dünya kosmik ailəsinin etibarlı üzvü kimi dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlığı artıraraq yeni nəsil texnologiyaların tətbiqinə nail olmaqdadır. Bir müddət əvvəl qardaş Türkiyənin “İmpro” şirkəti ilə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Kosmik Agentlik “Göktürk-1” peyki vasitəsilə təsvir və həllərdən istifadəni də əldə edəcək. Türkiyənin yüksək ayırdetmə qabiliyyətinə malik “Göktürk-1” peyki yerin məsafədən müşahidəsini aparan və heç bir coğrafi məhdudiyyət olmadan istənilən nöqtəsindən görüntü əldə etməyə imkan verən nəhəng kosmik şəbəkədir. Peykin təsvirlərindən xəritəçəkmə və planlaşdırma, kənd təsərrüfatı, torpaq örtüyünün tədqiqi, geologiya, ətraf mühitin monitorinqi, fövqəladə halların idarə edilməsi, sahil zonasının idarə edilməsi və su ehtiyatları üzrə müxtəlif proqramların həyata keçirilməsində istifadə olunur. Bu baxımdan, “Göktürk-1” peyki vasitəsilə azad edilmiş ərazilərdə zəruri tədbirlərin, ələxsus da xəritəçəkmə və torpaq islahatları ilə bağlı ərazinin qiymətləndirilməsi və digər məsələləri həll etmək mümkün olacaq.
Çin və ABŞ-ın kosmik nəhəngləri ilə yeni sazişlər imzalanıb
Bundan başqa, “Azərkosmos” ötən ay Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti ilə müqavilə imzalayaraq regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək üçün əlavə peyk resursu bazası qazanıb. Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində, müştərilərə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstəriləcək ki, həmin xidmətləri “Azconnexus”- StarWin” peyk internet platforması birlikdə təchiz edəcək. Sözügedən platformanın üstünlüyü hərəkətdə olan nəqliyyat vasitələrində dayanıqlı və kəsintisiz peyk rabitəsini, habelə stasionar halda peyklə əlaqənin qurulmasını təmin etməsidir. Bu infrastrukturun digər üstün xüsusiyyəti fövqəladə hallar və ekstremal hava şəraitləri zamanı çevik yayım üçün çox əlverişli olmasıdır.
Beynəlxalq əməkdaşlıq çərçivəsində “Azərkosmos” qlobal peyk operatoru olan “ABS” şirkəti ilə faydalı əlaqələr qurub. Sentyabrın ortalarında Niderlandda keçirilən “IBC 2024” beynəlxalq sərgi-konfransında ABŞ-ın eyniadlı şirkəti ilə imzalanmış sazişə əsasən, milli kosmik şirkətimiz Amerikanın peyk vasitəsilə Nigeriya ərazisində öz müştərilərinə “Pay TV” xidmətini təqdim edəcək. Həmçinin dünyanın ən güclü qlobal peyk operatorlarından biri ilə yaxın tərəfdaşlıq “Azərkosmos”un biznes xətlərini genişləndirməyə, təkcə öz peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması sayəsində də gəlir əldə etməyə imkan verəcək.
Kosmik Agentliyin Millətlər Birliyi Təşkilatının üzvləri olan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əməkdaşlığı da cari il ərzində uğurlu layihələrdən hesab edilə bilər. Şirkət Millətlər Birliyinə üzv ölkələrdə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlarla təhlil aparılması, fəaliyyətin qiymətləndirilməsi məqsədilə kompleks proqram hazırlayaraq konsepsiya çərçivəsində Karib dənizi regionunda və Sakit okean ölkələrinin ərazilərində peyk tədqiqatları aparacaq. Tədqiqatlar sayəsində birlik ölkələrində quraqlıq səviyyəsi və riskləri qiymətləndiriləcək ki, bu da qlobal iqlim çağırışlarından irəli gələn hədəflərə xidmət edir.
50 ölkənin 200-dən artıq müştərisinə peyk xidmətləri...
Xarici tətrəfdaşlarla birgə layihələrin icrası milli agentliyimizin müştərilərə təqdim etdiyi coğrafi informasiya üzrə xidmətlərin sayının artırılmasına səbəb olmaqla yanaşı, kosmik bazarda xidmət çeşidlərini də genişləndirərək öz kommersiya portfelini böyütməsinə dərin zəmin yaradır. Yeri gəlmişkən, “Azərkosmos” öz maliyyə imkanlarını artıraraq 2024-cü ilin əvvəllərindən ölkəmizin milli ixrac gəlirlərinə də fayda verməyə başlayıb. Əvvəlki illərdə dövlət büdcəsindən dotasiya alan bu qurum artıq özü gəlirverən subyektə çevrilib. Agentlik ötən il 48 ölkəyə 18 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib və gəlirləri hesabına xərclərini təmin edib. Hazırda Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərərək qlobal və regional peyk xidmətləri bazarında özünəməxsus mövqe qazanaraq Azərbaycan iqtisadiyyatının güclənməsinə, inkişafına töhfə verməyə çalışır.
Ümumilikdə, “Azərkosmos” fəaliyyətə başladığı 10 il ərzində 590 milyon manat gəlir əldə edib. Xidmətlər üzrə gəlirlilik baxımından böyük pay sahibinə malik ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, BƏƏ, Almaniya, Nigeriya və Pakistan ilk sıralarda dayanır.
“Kosmik iqtisadiyyat” quruculuğu ilə bağlı hədəflər...
Türkiyə, İtaliya, İsrail, Polşa, Braziliya, Macarıstan, Pakistan, Cənubi Afrika Milli Kosmik agentlikləri, Çin Milli Kosmik Administrasiyası, Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə sıx əməkdaşlıq edərək beynəlxalq kosmik koalisiyanın tanınmış üzvlərindən birinə çevrilmiş “Azərkosmos” həm də müasir qlobal çağırışlara uyğun olaraq Dördüncü Sənaye İnqilabının aparıcı liderlərindən birinə çevrilməyi hədəfləyir. Bu strateji plana uyğun olaraq milli agentlik “kosmik iqtisadiyyat” quruculuğuna da xüsusi önəm verərək qlobal şirkətlərlə əməkdaşlıq edir. Məqsəd “kosmik iqtisadiyyat”ın inkişafını və genişləndirilməsini təmin etməkdir. Şirkət, eyni zamanda, müasir iqtisadiyyat quruculuğunun əsas trendlərindən biri olan ətraf mühitin qorunmasına xidmət edən “yaşıl layihələrə” də töhfə verməyi planlaşdırır. Bu strateji prioritetə uyğun olaraq “Azərkosmos” buzlaqların monitorinqinin aparılması, iqlim dəyişikliklərinin Xəzər dənizi və çay hövzələrinə təsirinin qiymətləndirilməsi və digər bu tipli layihələr icra edəcək. Ümumilikdə, agentlik ölkəmizdə və müxtəlif regionlarda kosmik texnologiya və coğrafi məlumatların gücündən istifadə etməklə iqlimə davamlılığın gücləndirilməsi, fəlakətlərə hazırlıq riskləri üzrə strategiyaların təkmilləşdirilməsi və davamlı inkişafı dəstəkləyən ekoloji təhlillərin aparılması üzrə fəaliyyətini artırmaq niyyətindədir.
Beləliklə, “Azərkosmos” ölkəmizdə müasir kosmik aparatların istehsalı mərkəzinin qurulması və peyk hazırlanması ilə bağlı tədbirləri davam etdirilir ki, bu prioritet istiqamətlərin gerçəkləşməsi sayəsində Azərbaycan peyk məhsulları ilə yanaşı, kosmik sənaye ixracatçısı kimi dünyada mövqeyini artıracaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

