Keyfiyyətsiz yuxu beynin sürətli qocalmasına səbəb ola bilər - TƏDQİQAT
26.10.2024 [09:53]
Keyfiyyətsiz yuxu beynin sürətli qocalmasına səbəb ola bilər.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ABŞ-da yeni bir araşdırma aparılıb.
“Neurology” jurnalında dərc olunan tədqiqatda pis bir gecə yuxusunun uzunmüddətli olaraq beyin yaşına təsir edə biləcəyi qeyd olunub. Tədqiqatçılar 15 il ərzində yaş ortalaması 40 olan 600-ə yaxın insanı müşahidə ediblər. İştirakçılardan yuxu vərdişləri ilə bağlı “Adətən yuxuya getməkdə çətinlik çəkirsinizmi?”, “Gecələr bir neçə dəfə oyanırsınızmı?” və “Çox tez oyanırsınızmı?” kimi suallar soruşulub. Beş il sonra iştirakçılar qeyri-sağlam yuxunun altı əsas xüsusiyyətini müəyyənləşdirmək üçün ikinci bir sorğunu keçiriblər. Qeyri-sağlam yuxunun xüsusiyyətləri arasında yuxu keyfiyyətinin aşağı olması, gündüz yuxululuğu, yuxuya getməkdə çətinlik, tez-tez oyanma, səhər tezdən oyanma və yuxu müddətinin qısa olması yer alırdı. Bu vərdişlərə əsasən iştirakçılar üç qrupa bölünüb: aşağı qrup (bir və ya heç bir qeyri-sağlam yuxu vərdişi olanlar), orta qrup (iki və ya üç xüsusiyyəti olanlar), yüksək qrup (dörd və ya daha çox xüsusiyyəti olanlar).
Tədqiqatın on ilində iştirakçıların beyin yaşını müəyyənləşdirmək üçün maqnit rezonans görüntüləmə (MRT) və digər cihazlardan istifadə olunub. Nəticələr göstərib ki, yüksək qrupdakı insanların beyin yaşı aşağı qrupdakılardan ortalama 2,6 yaş böyükdür. Orta qrupdakılarda isə beyin yaşı aşağı qrupdakılardan 1,6 yaş böyükdür.
Kaliforniya Universitetindən tədqiqatın müəlliflərindən biri olan professor dr. Kristine Yaffe açıqlamasında bildirib ki, ardıcıl yuxu cədvəli saxlamaq, idman etmək, yatmazdan əvvəl kofein və spirtdən uzaq durmaq, istirahət üsullarından istifadə etmək beyin sağlamlığını qorumaq üçün vacib addımlardır. Tədqiqatçılar, qeyri-sağlam yuxunun beyin yaşlanmasını sürətləndirdiyini sübut etmədiklərini, lakin bu iki faktor arasında əhəmiyyətli əlaqənin mövcud olduğunu vurğulayıblar.
Araşdırmalara görə, az və ya həddindən artıq yatan şəxslərdə diabet, ürək-damar xəstəlikləri, koroner ürək xəstəliyi və insult kimi ciddi xəstəliklərə tutulma riski daha yüksəkdir.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47

