Sürünən zəhərli haqqında bilmədiklərimiz...
16.07.2024 [10:55]
Ümumdünya İlan Günüdür
Yeganə BAYRAMOVA
Yəqin ki, bir çox insanın qorxduğu heyvanlar arasında ilanlar ön sırada yer alır. Hətta bəzilərimiz bu canlını fotolarda belə görməkdən belə məmnun deyilik. Azyaşlı uşaqlar üzərində araşdırma aparan alimlər bu nəticəyə gəliblər ki, daha öncə heç bir heyvan görməmiş körpələr belə müxtəlif heyvan fotoları göstərildikdə ilan olan fotolara fərqli cür reaksiya verirlər.
İlanlar insan həyatında və müxtəlif xalqların mədəniyyətində həmişə xüsusi yer tutub. Onlar mifalogiyada ya cəhənnəm məxluqları kimi təsnif edilir, ya da ilahiləşdirilib ibadət olunurdular.
Yeri gəlmişkən, bu gün-iyulun 16-sı Ümumdünya İlan Günü kimi qeyd olunur. İlanların maraqlı xüsusiyyətləri də yetərincə çoxdur. Hazırkı təsnifata görə, dünyada 3600-ə yaxın ilan növü var.
İlanların çoxu faydalıdır....
3600-ə yaxın ilan növündən yalnız 600-nün, təqribən 17 faizinin zəhəri mövcuddur. İnsanı öldürə biləcək zəhərə malik ilan növlərinin sayı isə daha az - 232-yə yaxındır.
İnsanlar lap qədim zamanlardan ilanlardan faydalanmağa çalışıb. Qədim Romada bəzi ailələr öz həyətlərində, evlərində ilanlar bəsləyib saxlayarlarmış ki, xəstəlik törədən, ziyan verən siçanların, siçovulların kökü kəsilsin.
Bu gün də tibbi-əczaçılıq və kosmetika sənayesində ilan zəhəri qiymətli tibbi xammal kimi geniş tətbiq olunur. İlan zəhərindən istifadə etməklə qan-damar, əsəb, dəri-əzələ sistemi xəstəliklərinin müalicəsində, cərrahiyədə işlədilən müxtəlif dərman preparatları istehsal edilir.
Bütün ilanlar kar olur...
Başqa sözlə, onların xarici qulaq seyvanı olmadığından ətrafdakı səsləri eşitməkdən məhrumdurlar. Bu, onların aciz olduqları mənasına gəlmir. Onlar ətrafdakı titrəşimləri hiss etmədə ustadırlar. Həmçinin ilanların ağız boşluğunun arxasında xüsusi bir orqan var. Lamisə orqanı, digər adlarıyla “Jacobso”n orqanı və ya vomeronazal orqan olaraq da bilinən bu orqan ilanın dili vasitəsilə ətrafdan topladığı qoxu molekullarını analiz edərək beynə sinirlərlə siqnallar göndərir. Bütün ilanların haça dillərini tez-tez çölə çıxardıb, yenidən içəri soxmasının səbəbi budur.
İlanların qisası...
Xalq arasında geniş yayılmış inanclardan biri odur ki, kimsə ilan öldürsə, həmin ilanın cütü (ikinci versiyada qardaşları) gəlib ilanın qisasını alacaq. İlanlar əsasən yumurta qoyaraq çoxalır (bəzi gürzə və digər ilan növləri istisnadır). Bu isə o deməkdir ki, ilanlar yumurtadan çıxdıqları andan etibarən valideyn qayğısından məhrum olurlar və elə dünyaya gəldikləri ilk saniyələrdən etibarən qardaşlar arasında qida rəqabəti başlayır. Yumurtadan çıxan balalar hər biri fərqli bir yerə ayrılaraq öz həyatlarını davam etdirirlər. Bəzən yumurtadan yeni çıxan balalardan birini öldürən insanlar digər ilanları gördükdə onların qisas almaq üçün gəldiyini zənn edirlər.
Uzun sözün qısası, heçbir ilan qardaşının və ya cütünün qisasını almaq üçün gəlmir.
İlanlar ac qarnına nə qədər dayana bilər?
İnsanlardan fərqli olaraq, yetkin ilanlar bir neçə ay qidasız yaşaya bilər. Bəzi ilan növlərinin ovlarını həzm etməsi 3-5 gün çəkir. İlanlar enerjilərini çox sərf etmədikləri üçün tez-tez yeməyə ehtiyac duymurlar. Xüsusilə, qəfəsdə olan ilanlar çox az qidalanır. Kiçik və cavan ilanlar həftədə bir dəfə, yetkin ilanlar isə ayda bir dəfə yemək yeyirlər. Nəhəng pitonlar və anakondalar isə aylarla yeməksiz qala bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

