Ya Rəbb, sənin işlərin çox gözəldir!”
24.05.2024 [10:40]
180 il öncə Vaşinqtondan Baltimora ilk teleqraf...
Xəbəri ünvanına çatdırmaq bütün dövrlərdə aktual olub. Bir dövrdə bu işi atlı çaparlar, bir dövrdə göyərçinlər, bir dövrdə isə... Poçt işi tarixin bütün dönəmlərində dünyanın ən ciddi peşələrindən sayılıb - XIX əsrin ortalarına qədər uzaq məsafələr arasında məlumat mübadiləsi yalnız poçt vasitəsilə həyata keçirilirdi. Nə qədər cəld tərpənilsə də, insanlar hadisələr haqqında xəbərləri yalnız həftələr və ya aylar sonra öyrənə bilirdilər. 1837-ci ilə qədər uzaq yerlərə yeganə rabitə vasitəsi gəmilərlə və ya karvanlarla, sonradan isə qatarlarla daşınan poçt idi. Bəşəriyyətin ən mühüm ixtiralarından sayılan teleqrafın icad edilməsi ölkələri və qitələri, hətta insanları bir-birinə yaxınlaşdırdı, insanlara baş verən hadisələrdən cəmisi bir neçə saatdan sonra xəbər tutmaq imkanı yaratdı.
İlk elektrik teleqrafı 1837-ci ildə ingilis ixtiraçıları Uilyam Kuk və Çarlz Uitson tərəfindən hazırlanıb. Qəbuledici cihaza naqillər vasitəsilə elektrik cərəyanı göndərilirdi. Elektrik cərəyanının hərəkətə gətirdiyi göstərici ox lövhədəki müxtəlif hərfləri göstərirdi və çox çətin idi. Müəllifi amerikalı rəssam Samuel Morze olan teleqrafın ikinci variantı daha sadə oldu və gələcəkdə populyarlıq qazandı. Bu, daşınan kağız lentlə özünü yazan cihaz idi.
Samuel Morze 34 yaşına kimi rəssam kimi fəaliyyət göstərib. O, başına gələn bir hadisədən sonra texnika ilə yaxından maraqlanmağa başlayır və öz fikirlərini həyata kecirməyə qərar verir. 1825-ci ildə kuryer ona atasından məktub gətirir, məktubda qeyd olunur ki, onun yoldaşı ölüm ayağındadır. Morze dərhal Vaşinqtonu tərk edib, Nyu-Heyvenə - ailəsinin yanına yola düşür, lakin o çatanda yoldaşı artıq dəfn edilmiş olur. Bu hadisə Samuelin rəssamlığı dayandırmasına səbəb olur və bundan sonra o, məlumatın qısa vaxtda uzaq məsafələrə ötürülə bilməsi yollarını araşdırıb öyrənməyə başlayır...
Teleqraf əlifbası...
1838-cü ildə Samuel Morze teleqraf üçün xüsusi əlifba icad edir. Əlifba onun adına uyğun olaraq Morze əlifbası adlandırılır. Morze əlifbası müxtəlif linqvistik işarələrin - hərflərin, həmçinin iki qısadan - nöqtədən, uzundan - tiredən istifadə edərək rəqəmlərin kodlaşdırılmasının xüsusi üsuludur. Əlifbanı yaratmaq ideyası Samuelə M.Faradeyin kitabları, eləcə də Şillinq təcrübələrindən sonra gəldi. Morze icadını müvəffəqiyyətlə sonlandırana qədər üç il çalışıb.
Morze aparatı...
Morze teleqrafı yaradarkən bir çox çətinliklərlə üzləşdi. O dövrdə Amerikada praktiki olaraq heç bir elektrik cihazı yox idi və Morze hər şeyi özü etməli idi. Morze teleqrafı üzərində işləri 1837-ci ildə tamamladı. O, düzəltdiyi teleqraf aparatı üçün Avropanın bir çox ölkələrindən (Rusiya və Osmanlı dövlətindən də) maddi dəstək istəmişdi. Ancaq ABŞ Konqresi ilk teleqraf xəttinin tikintisinə yalnız 1843-cü ildə pul ayırdı. Xətt Vaşinqton və Baltimor arasında uzanırdı və uzunluğu 64 km idi. Əvvəlcə xətt yeraltı çəkilməyə başladı, lakin izolyasiyanın rütubətin təsirinə tab gətirə bilmədiyi məlum olduqda, xətt yerin səthindən yuxarı çəkildi. Və 180 il bundan öncə - 24 may 1844-cü ildə Morzenin ixtira etdiyi teleqraf aparatı vasitəsilə Vaşinqtondan Baltimora informasiya ötürüldü. Mətndə belə deyilirdi: “Ya Rəbb, sənin işlərin çox gözəldir!”. Bağlamaları ötürmək üçün rus alimi B.S.Yakobi tərəfindən ixtira edilmiş açardan, qəbul üçün isə armaturu kağız üzərində mürəkkəb qələmin hərəkətini idarə edən elektromaqnitdən istifadə edilirdi. Tezliklə bir çox ştatlarda teleqraf xətlərindən istifadə geniş yayılmağa başlayır. Sonralar bu aparat müəllifin adı ilə “Morze” aparatı adlandırıldı.
Hələ də populyardır...
İşarə sistemi kimi, Morze kodunun həm üstünlükləri, həm də mənfi cəhətləri var. Bu kodun üstünlükləri arasında ən sadə cihazlardan istifadə edərək siqnalları yazmaq və çoxaltmaq, əl ilə kodlaşdırma imkanı daxildir. Dezavantajlara gəlincə, bunlara teleqrafın aşağı sürəti daxildir, kodun özü məktub çapı üçün az istifadə olunur və üstəlik, belə bir işarənin ötürülməsi üçün orta hesabla 9-10 elementar mesaj tələb olunur ki, bu da kifayət qədər qənaətcil deyil.
Bu gün Morze əlifbasını öyrənmək, mesajları sintez etmək, əlifbadan istifadə edərək məlumatları kodlaşdırmaq və deşifrə etmək, həmçinin işıqdan istifadə edərək Morze siqnallarını qəbul etmək və göndərmək üçün məşq edə biləcəyiniz çoxlu müxtəlif proqramlar mövcuddur. Hazırda bir çox yeni sistemlər və məlumat ötürmək üçün kodlar olmasına baxmayaraq, Morze kodu hələ də radio həvəskarları arasında populyardır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

