Beynəlxalq siyasətin ikinci paraleli
29.02.2024 [10:35]
Diaspor əlaqələri genişləndirilir
Günel ABBAS
Müsair dövrün reallıqları diaspor anlayışının beynəlxalq münasibətlərin əsas aktoruna çevrildiyini göstərir. Azərbaycan da bu siyasətdən kənarda qalmır. Təsadüfi deyil ki, 46 ölkədə 417 cəmiyyət, assosiasiya, alyans və digər qurumları özündə birləşdirən və aktiv lobbiçilik fəaliyyətini formalaşdıran Diasporla İş üzrə Dövlət Komitəsi 4 ərazi şöbəsi vasitəsilə dünyadakı diasporla möhkəm əlaqə və əməkdaşlığa nail olub. Bu şöbələr Rusiyada 85, Gürcüstanda 48, Almaniyada 34, İsveçdə 31, ABŞ-da 25, Türkiyədə 23, Qazaxıstanda 21, Kanadada 16, Özbəkistanda 13, Niderlandda 11 və İsveçrədə 10 təşkilat olmaqla 11 ölkədə fəaliyyət göstərir. Məhz bu baxımdan lobbiçilik və onun hərəkətverici qüvvəsi olan diasporun əsasını üzvlərinin, dünya azərbaycanlılarının milli birliyi təşkil edir və dövlətimiz də bu faktora xüsusi əhəmiyyət verir.
Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycan ilə əlaqələrini genişləndirməkdir. Respublikamız tarixən müxtəlif ictimai-siyasi və mədəni proseslər nəticəsində dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün fəxarət, mənəvi dayaq və güvən yeri olub. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil qüvvə təşkil etmək səylərinə xüsusi diqqət göstərir.
Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası yaradılıb
Diaspor təşkilatlarının problemlərinin aradan qaldırılması istiqamətində fəaliyyət, onların fəaliyyətinin milli maraqlarımızın gerçəkləşdirilməsinə yönəldilməsi yönündə dövlət siyasəti xüsusilə təqdir olunmalıdır. Dünyada gedən sürətli inteqrasiya prosesləri, beynəlxalq məsələlərdə diaspor və lobbi təşkilatlarının rolunun artması bu sahəyə diqqətin daha da artırılmasını tələb edir. Diasporla İş üzrə Dövlət Komitəsi əslində bu zərurət nəzərə alınaraq yaradılıb. Lakin beynəlxalq siyasətdə ikinci paralel hesab olunan bu fəaliyyətin tənzimlənməsi baxımından bir sıra əlavə tədbirlərə ehtiyac var. Bu tədbirlərdən biri də xaricdə olan özəl diaspor təşkilatlarının sayını artırmaq, habelə onların fəaliyyətini tənzimləyən yeni təşkilatlar formalaşdırmaqdan ibarətdir.
Yeri gəlmişkən, fevralın 24-də Brüsseldə azərbaycanlıların yeni beynəlxalq transmilli lobbiçilik strukturu - Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası (SEAPA) təsis edilib.
Təşəbbüs qrupunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov mətbuata açıqlamasında bildirib ki, Şura Belçikanın paytaxtında keçirilən Avro-Atlantik ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının qurultayında təsis edilib: “Şuranın yaradılmasında məqsəd Azərbaycana qarşı son zamanlar Qərb dövlətləri tərəfindən intensivləşən hücumlar, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması, Ermənistanın silahlandırılması kimi hallara, AŞPA və ABŞ tərəfindən Azərbaycana artan təzyiqlərə qarşı mübarizə aparmaqdır. Həmçinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq və lobbiçilik fəaliyyəti də məqsədlərimiz arasında yer alır”.
S.Qasımov bildirib ki, təşkilat NATO ölkələrində fəaliyyət göstərən bir çox Azərbaycan və Türkiyə təşkilatlarının fəaliyyətlərini koordinasiya etmək niyyətindədir: “Şurada Avropa ölkələri ilə yanaşı, digər ölkələrdəki azərbaycanlılar da təmsil olunacaq. Şuranın Baş katibi 5 il müddətinə seçki yolu ilə seçiləcək. Şuranın yaranması üçün təşəbbüs qrupu bir müddətdir fəaliyyət göstərir. Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası Azərbaycan üçün lobbiçilik fəaliyyəti həyata keçirən bütün təşkilatlara və layihələrə açıq qurum olacaq”.
SEAPA-nın baş katibi yeni təşkilatın məqsədlərini də açıqlayıb. Şura rəhbəri onların arasında Atlantik regionunun hər iki tərəfində yerləşən dövlətlərin diaspor təşkilatlarının lobbiçilik fəaliyyətinin əlaqələndirilməsini xüsusi qeyd edib. O, siyasətçilər, ictimai xadimlər və qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətə xüsusi önəm veriləcəyini deyib. Sahil Qasımov regionda mövcud olan reallıqların Aİ ölkələri və Şimali Amerika ictimaiyyətinə çatdırılması üçün bu qitələrin ölkələrindəki media orqanları ilə sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Baş katibin sözlərinə görə, SEAPA-nın fəaliyyəti Azərbaycan dövlətinin strateji məqsədlərinə və Azərbaycan Prezidentinin siyasi kursuna tam uyğun şəkildə həyata keçiriləcək.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

