Regionların inkişafı əsas hədəflərdən biridir!
27.01.2024 [11:00]
Dövlət proqramları uğurla həyata keçirilir...
Yeganə BAYRAMOVA
Regionların dinamik inkişafı iqtisadiyyatımızı gücləndirən əsas amillərdən biridir. Əvvəlki illərlə müqayisədə regionlarımızın inkişafı müsbət dərəcədə çox dəyişib. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.
Qeyd edək ki, regionların inkişafı eyni zamanda dayanıqlı iqtisadi inkişafda önəmli rol oynayır. Hazırda regionlarımızda iqtisadi aktivliyin artırılması, daxili və xarici sərmayələrin cəlb olunması, istehsal və ixrac imkanlarının artırılması üçün mühüm işlər görülür. Prezident İlham Əliyev hər zaman bu hədəfləri müəyyən edib. Dövlət başçısının bu sahədə yürütdüyü siyasət regionların sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dövlət proqramlarının əsas hədəflərindən biri regionla Bakı arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılmasıdır: “Regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Xüsusən də bölgələrə daha çox investisiyanın cəlb edilməsi vacibdir. Ötən müddətdə regionlarda infrastrukturun qurulması və bunun fonunda, xüsusən də kommunal xidmətlərin əlçatanlılığının təmin edilməsi reallaşdı. Nəticə etibarı ilə rəsmi statistikada regionlarla Bakı arasında iqtisadi fərqin mərhələli şəkildə azalmasını hiss edirik. Bu, zaman tələb edən bir prosesdir və növbəti illərdə proses davam edəcək”.
V.Bayramovun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması ilə regionların inkişafı yeni mərhələyə keçdi: “Artıq yeni mərhələdir. Bir tərəfdən torpaqlarımızın işğaldan azad olunması regionların inkişafı ilə bağlı yeni modelin tətbiqini gündəmə gətirdi. Bu istiqamətdə də işlər davam edir. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizdə idarəetmə forması yenidir. Eyni zamanda “Ağıllı kənd”, “Ağıllı şəhər” prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin salınması həyata keçirilir ki, bu da artıq Azərbaycan üçün regionların inkişafı baxımından yeni bir yanaşmadır.
Əsas hədəflərdən biri də regionlarda formalaşmış infrastrukturun dəyərə çevrilməsidir. Bu istiqamətdə də həm yerli, həm xarici investisiyanın cəlb edilməsi prosesinin təşdiq edilməsi həyata keçirilir. Bu baxımdan gözlənilir ki, regionlarla paytaxt arasındakı fərq azalacaq. Regionlarda ixtisaslı kadrların işlə təmin olunması ilə bağlı dövlət proqramlarının, eləcə də investisiya layihələrinin sayında artımlar var. Bu da, xüsusən də bölgələrimizin inkişafı baxımından vacib hesab olunur”.
Deputat bildirib ki, Prezident tərəfindən regional siyasət planlı, düşünülmüş və mütəşəkkil qaydada həyata keçirilir: “Ölkəmizdə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün şəhər və rayonlarının simasının əsaslı şəkildə yenilənməsini təmin etməklə, hərtərəfli inkişafını gücləndirib. Bu baxımdan ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən kənd təsərrüfatında müşahidə olunan inkişafın əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı siyasi kurs dayanır”.
Millət vəkili qeyd edib ki, regionlarda mütəmadi olaraq reallaşdırılan layihələr bölgələrdə sosial infrastrukturun təminatını, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını özündə ehtiva edir: “Yeni müəssisələrin istifadəyə verilməsi ilə yeni iş yerləri açılır, əhalinin məşğulluğu təmin edilir. Bir sözlə, uğurla icra olunan dövlət proqramları nəticəsində regionlarda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, regionların potensialı xeyli artıb, rentabellik yüksəlib.
Dünya qlobal iqtisadi böhranla üzləşdiyi və işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işlərinin aparıldığı bir vaxtda ölkə başçısı regionların sosial-iqtisadi inkişafını diqqətdə saxlayır. Prezident xüsusilə azad olunmuş bölgələrimizə səfərlərində bir sıra mühüm infrastruktur obyektlərinin açılışını edir. Dövlət başçısının görülən işlərə birbaşa nəzarət etməsi əhalidə böyük ruh yüksəkliyi ilə qarşılanır.
Ölkəmizdə əhalinin sağlamlığının mühafizəsi daim diqqətdə saxlanılır. Bu istiqamətdə paytaxtla bərabər, regionlarda səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi, idmanla məşğul olmaları üçün tibb müəssisələri, sanatoriyalar, idman bazaları istifadəyə verilir”.
V.Bayramov vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının ən uğurlu nəticələrindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının artırılmasıdır: “Bölgələrdə iqtisadiyyatın liberallaşdırılması, investisiya qoyuluşunun həcminin artırılması sahibkarlığın inkişafına təkan verməklə bərabər, sərbəst bazar prinsiplərinin dərinləşdirilməsinə rəvac verir. Bu da milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisini artırır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23

